Azərbaycanda kişi qadını əvvəl zorladı sonra...

Azərbaycanda kişi qadını əvvəl zorladı sonra...Seksual xarakterli hərəkətlər etməkdə və qanunsuz silah saxlamaqda ittiham olunan Şəki sakini, 1971-ci il təvəllüdlü İsmayıl Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xanim.az teleqraf.com-a istinadən bildirir ki, İsmayıl Mikayılov Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin 2 may 2006-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq), 305-ci (azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən boyun qaçırma maddələri ilə təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Gecə yarısı təcavüz

2014-cü ildə İsmayıl Mikayılov vaxtından əvvəl azadlığa buraxılıb. O, cəzasının çəkilməmiş 1 il 7 ay 18 gün hissəsini ödəmədiyi halda yeni cinayət törədib.

İsmayıl Mikayılov 16 may 2015-ci il tarixdə saat 3 radələrində yaşadığı Şəki şəhəri, A.Əfəndiyev küçəsi, ev 4 ünvanda tanışı Zaqatala rayonu, Kebeloba kəndində yaşayan Səidə Məmmədovanı (ad və soyad şərti verilib -H. Z.) özündə olan tapança və bıçaqla hədələyib.

O, zor tətbiq edəcəyi ilə hədələyərək Səidə Məmmədovaya qarşı əxlaqsız hərəkətlər edib, daha sonra onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Bundan başqa, o, bir ədəd "Makarov" (PM) konstruksiyalı tapançanı bir ədəd sandıqça, iki ədəd 9 mm kalibrli patronları ilə birlikdə əldə edib. Polis əməkdaşları saxlayan zaman silah-sursat ondan aşkar edilib.

İki maddəli cinayət işi

Bu əməli ilə İsmayıl Mikayılov Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham edilib.

"Əxlaqsızlıq etməməsini bildirdim"

İsmayıl Mikayılovun barəsində olan cinayət işi baxılması üçün Şəki rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Cahid İmanovun sədrliyi ilə araşdırılıb.

Məhkəmədə ifadə verən İsmayıl Mikayılov bildirib ki, Səidə əxlaqsızlıq etməklə məşğul olub. Onun ifadəsinə görə, hadisə baş verən günü Səidəgilə Qəzənfər adlı şəxs gəlib.

Qəzənfər Səidə ilə cinsi əlaqədə olmaq istəyib, amma ikinci imtina edib: "Qəzənfər getdikdən sonra Səidə ilə təbii yolla cinsi əlaqədə oldum. Bundan sonra ər-arvad kimi bir yerdə yaşamağı təklif etdim. Həmçinin bundan sonra ona əxlaqsız hərəkətlərinə son verməsini bildirdim".

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonra Səidə ilə kafeyə gedib: "Yemək yedikdən sonra aldığım avtomobili sənədləşdirmək üçün avtomobilin sahibi Sahib adlı şəxsi də götürüb notariusa getdik. Yaşadığım evə gələrkən polisləri qapımın qarşısında gördüm. Faiq adlı polis əməkdaşı mənə polis şöbəsinə getməyi bildirdi. Polis şöbəsinə gəldikdən sonra Səidə ilə zorla cinsi əlaqədə olduğumu mənə bildirdilər".

İsmayıl Mikayılov bildirib ki, evində aparılan axtarış zamanı bir ədəd bıçaq, bir ədəd "Makarov" tipli tapança aşkar edilib". O, qeyd edib ki, Səidə Məmmədova ondan heç bir orqana, o cümlədən DİN-nin "102" xidmətinə şikayət etməyib: "DİN-nin "102" xidmətinə bu barədə məlumatı Səidə Məmmədova ilə cinsi əlaqədə olmaq istəyinə çatmayan Qəzənfər Yusifov verib".

"Könüllü cinsi əlaqədə oldum"

Zərərçəkmiş şəxs qismində ifadə verən Səidə Məmmədova bildirib ki, İsmayılla birlikdə evə gəlib: "İsmayıl yolda aldığı pivə, redbul, şampan və yeməyi stolun üstünə qoydu. Sonradan adının Qəzənfər olduğunu bildiyim şəxslə İsmayıl yeyib-içdilər. Həmin zaman Qəzənfər mənə əl atdı, mənimlə cinsi əlaqədə olmaq istədiyini bildirdi. İsmayıl isə Qəzənfərə öz etirazını bildirdi, onun getməsini dedi. Həmin şəxs getdikdən sonra öz razılığım ilə İsmayılla bir dəfə təbii yolla cinsi əlaqədə oldum".

Səidə Məmmədova qeyd edib ki, bir az keçməmiş Qəzənfər yenidən gəlib: "İsmayıla dedi ki, o da mənimlə cinsi əlaqədə olmaq istəyir. Lakin İsmayıl ona etiraz etdi və bildirdi ki, elə şey ola bilməz. İsmayılla yalnız bir dəfə könüllü əlaqədə olmuşam. O, mənə qarşı seksual xarakterli hərəkətlər etməyib, hədələməyib. Əksinə İsmayıl mənə bundan sonra ər-arvad kimi bir yerdə yaşamağı təklif etdi. Lakin bundan sonra əxlaqsız hərəkətlərimə son verməyimi bildirdi".

Şahid qismində ifadə verən Qəzənfər Yusifovun sözlərinə görə, saat təxminən 5 radələrində İsmayılgilə gedib: "Həmin vaxt İsmayılgilin evinə daxil oldum. İçəri daxil olanda İsmayıl və Səidənin çarpayıda uzandıqlarını gördüm. Bundan sonra onlarda qalan köynəyimi götürərək öz evimə gəldim".

Həmçinin o, ifadəsində göstərib ki, İsmayıl Səidəyə ər-arvad kimi bir yerdə yaşamağı təklif edib, lakin bundan sonra əxlaqsızlıqla məşğul olmayacağını bildirib: "İsmayıla Səidə ilə yaş fərqinin çox böyük olduğunu, qohum-əqrabaların bu işə nə deyəcəyini fikirləşməsini dedim. İsmayılın Səidənin evində zorla saxladığını düşündüm. Buna görə də DİN-nin "102" xidmətinə bu barədə məlumat verdim. Səidənin İsmayıl tərəfindən qeyr-təbii yolla cins əlaqədə olmasını görməmişəm, İsmayılın evində silah olmasını bilməmişəm".

Bir maddəyə bəraət, digərinə ittiham hökmü

Şəki rayon Məhkəməsinin hökmünə əsasən İsmayıl Mikayılovun ittiham olunduğu Cinayət Məcəlləsinin 150.1-ci maddəsi sübuata yetirilməyib. Məhkəmə ona həmin maddə ilə bəraət verib. O, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib. Prokurorluq protestində İsmayıl Mikayılovun cəzasının ağırlaşdırılmasını istəyib.

Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorluğun protesti təmin edilməyib. Bundan sonra prokurorluq kasasiya protesti verib. Prokurorluğun protesti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, prokurorluğun protesti təmin edilməyib.

Xəbərlər     Baxılıb: 1878   Tarix: 03 may 2017
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bunları etsək daha çox yaşaya bilərik - naturopat Günay Seyfullayeva qlobal problemdən danışdı

Ürək-damar sağlamlığının qorunması uzun və sağlam ömür sürməyin bir nömrəli şərtidir. Bəs ürək-damar xəstəliklərinin təsirlərini azaltmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün nələr etməliyik?. Bununla bağlı saytımız

.

Bu 3 məhsul xərçəngdən qoruyur

Terapevt Yelena Malışeva və kardioloq German Qandelman xərçəngin qarşısının alınması üçün faydalı olan 3 məhsulun adını açıqlayıblar. Onlar bu barədə "Birinci Kanal"da yayımlanan "Sağlam yaşa" proqramınd

.

Kartofun kişilərə faydası - Cinsi aktivlik

Yediyimiz tərəvəzlər bizi tox saxlamaqla yanaşı, bir çox xəstəliklərə də məlhəm olur. axşam.az-a istinadən kartof haqqında bilmədiyiniz yeni məlumatlar təqdim edirik:. 1. Gün işığı və istilik kartofun tərkibində solanin maddəsini

.

Uzunömürlülüyün sirri: hər dərdin çarəsi

Yaponların suşidən tutmuş salatlara qədər demək olar ki, hər reseptdə istifadə etdiyi küncüt qida dəyəri yüksək olan toxumdur. Tərkibindəki vitaminlər, minerallar, antioksidanlar və yağ turşuları sayəsində bir çox sağlamlı

.

Qarın yağlarını əridən 6 QİDA

Daha çox oturaq həyat tərzi, balanssız qidalanma vərdişləri və genetik faktorlar qarın nahiyəsində yağlarına səbəb ola bilər. Ancaq bu yağları sağlam qidalanma ilə əritmək mümkün ola bilər.   -a istinadən qarın yağını azald

.

Sarımsağın ziyanları

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi təsiri var. Xüsusən ac mədəyə və gün ərzində çox miqdarda çiy sarımsaq yemək fəsadlar törədə bilər. axşam.az-a istinadən sarımsağı

.

Novruz bayramından sonra hansı xəstəliklər kəskinləşir?

Bayram günlərində hər evdə masalarda məcməyi dolu şirniyyat, qoz-fındıq, müxtəlif çərəzlər qoyuldu. Ailənin bütün üzvləri uşaqdan tutmuş yaşlıya kimi çayla paxlava, şəkərbura, qoğal yeyəcək, tez-tez də ağzına ləbləbi atacaq

.

Oruclu insan niyə daha sağlam olur?

Oruc tutmaq hər bir müsəlmanın vacib ibadətlərindən biridir. Lakin oruc həm də fiziki-ruhi sağlamlıq üçün çox əhəmiyyətlidir. qafqazinfo-ya istinadən xəbər verir ki, oruc zamanı orqanizmdə hüceyrə yenilənməsi baş verir və toksinlə

.

Tünd şokoladın müalicəvi əhəmiyyəti üzə çıxdı

Alimlər ürək-damar sağlamlığını dəstəkləmək üçün yeni yollar tapmağa davam edirlər. Çindən edilən son araşdırmalar maraqlı nəticə ilə diqqəti cəlb edir: tünd şokolad təkcə müalicəvi deyil, həm də hipertoniya ilə mübarizəd

turlar.az

sonxeber.az həkim məsləhəti kosmetoloq makiyaj instagram interyer dizayni sızanaqlara qarşı maska ana ve usaq baş gicəllənməsi kosmetika hesaplama vətən insan babasil novruz bayramina aid hakistalar