Azərbaycanda koronavirusun 7 dalğası olacaqmı?

Azərbaycanda koronavirusun 7 dalğası olacaqmı?Artıq Türkiyə, İran, Rusiya Omikronla sürətlənən 7-ci dalğadan bəhs edir.
Koronavirus hələ də var, Azərbaycanda yoluxma hər gün artır. Bəs biz hansısa dalğanı elan etməliyikmi?
Milli.Az bakupost-a istinadən xəbər verir ki, tibb elmləri doktoru, professor Musa Qəniyev Azərbaycanda pandemiyanın təkrar alovlanacağına münasibət bildirib.
"Son günlər BA.4 və BA.5 ştammına yoluxmada artım müşahidə edilir. Bunu "bəziləri" COVID-19 pandemiyasının 7-ci dalğası kimi dəyərləndirir.
Madridin regional Səhiyyə Naziri Antonio Sapatero Omikronun bu variasiyasını hətta "COVID-22" adlandırır.
İddia olunur ki, bu ştammların kontagiozluğu çox yüksəkdir və formalaşmış immunitet onları tanımır. Odur ki, yeni vaksinlər yaradılmalı, insanlar 4-cü, 5-ci və s. dəfə peyvənd olunmalı, qadağalar tətbiq olunmalıdır və s.
Əslində elmi təhlil bunun əksini sübut edir.
Pandemik alovlanmaya səbəb olan hər bir virus infeksiyasının gedişi, "mütləq təhlükəlilik həddi" sayılan 2 əsas parametrilə- yoluxduruculuq (Ro indeksi) və letallıq (ölüm törətmə) əmsalı ilə dəyərləndirilir. Sönməsi 4 fəsli növbələşmə müddətilə dəyərləndirilən viral pandemiyaların başa çatmasının əsas şərti, məlum virusun dövrü mutasiya edərək, xələfləri sələfindən yoluxduruculuq qabiliyyətinin artması fonunda, letallıq əmsalı sıfırlanan mutantının əmələ gəlməsidir.
Bu halda S-spayka zülalında baş verən mutasiya səbəbindən, yoluxma baş verənə qədər, yeni mutantı, formalaşan immunitetin tanımaması tamamilə qanunauyğun bir haldır. Spayka zülalında mutasiya ona görə baş verir ki, virus immun sistemdən yayınaraq, hüceyrəyə daxil olsun və simbioz birgə yaşamaya təminat verəcək şəkilə düşənə qədər, RNT-nin letallıq mutasiyasına məruz qalsın. Bu təbiətin hakim "birgə yaşam" qanunudur. Yəni mütləq haldır. Bütün pandemiyalar zamanı belə olmuşdur və belə də olacaqdır. Məsələn, herpes virusu, artıq demək olar ki, hamıda vardır və bizimlə simbioz yaşayır. Və ya zamanında öldürücü, hazırda isə unudulmaqda olan Ebola virusu və s.
Ana virusun dövrü mutasiyası nəyə görə qorxulu deyildir? Çünki, orqanizmin xüsusi immun hüceyrələri olan limfositlər onunla ilkin qarşılaşma (xəstələnmə və ya peyvənd olunma) zamanı, virusun sürət əksinin total subvahidi (örtük təbəqə, matriks, nukleoprotein sırası və spayka zülalı), gen yaddaşına həkk olan, spesifik antitellər (B yaddaş hüceyrələri) sintez edir.
Bu hüceyrələr "yaddaş kartını" demək olar ki, ömürlük, yəni insan dünyasını dəyişənədək saxlayır. Odur ki, BA.4 və BA.5 ştammını immun sistemin tanımaması dedikdə, burada immunitetin yalnız S-spayka zülalını tanımaması başa düşülməlidir, bütövlükdə virusu deyil.
İmmunitet virusu total subvahid şəklində, yalnız hüceyrə ona yoluxduqdan sonra tanıyır və onunla aktiv şəkildə mübarizə apararaq onu neytrallaşdırır. Odur ki, BA.4 və BA.5 ştammına yoluxma, hazırda ÜST-ün də etiraf etdiyi kimi adi soyuqlama kimi keçməlidir və keçir. Bu ştammların hətta hansısa bir ciddi narahatlığa səbəb olacağını düşünmək belə mənasızdır. Belə bir şey ola bilməz.
Omikron ştammı mutantlarının dövri izlənməsi də bu qanunauyğunluğu təsdiq edir.
Diqqət edin: Omikronun məlum mutantları bunlardır: BA.1; BA.2; BA.3 (XE); XD XF; Deltakron; BA.4 və BA.5.
Bu mutantlardan BA.3 (XE), XD, XF və deltakron hibrid ştammlar olduğundan inaktivdir. Potensial fəal mutantlar BA.1; BA.2; BA.4 və BA.5-dir. Omikronun S-spayka zülalında baş verən bütün 32 total mutasiya bu mutantların hər birinə xasdır.
Onların birinin-digərindən yeganə fərqi, növbəti mutantda, gələcəkdə simbioz birgə yaşayışın təminatçısı olan, kontagiozluğun yüksəlməsinə səbəb olacaq, nisbi aminturşusu itkisidir.
Odur ki, BA.4 və BA.5 mutantlar daha transmissivdir. Onların arasında genom fərqliliyi çox cüzidür və yalnız kontagiozluğun artmasına xidmət edən dəyişiklikdir.
Başqa sözlə, aktiv domendə baş verən və BA.5 ştammın BA.4-dən nisbətən daha yolxucu, lakin patogenliyi daha zəif olmasına xidmət edən aminturşu itkisidir.
Odur ki, bu mutantlar pandemiyanın alovlanması yox, sönməsinin təsdiqidir"
Milli.Az

Xəbərlər     Baxılıb: 1004   Tarix: 21 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları

Xroniki yorğunluq sindromu (həmçinin "Mialgik Ensefalomielit" adlanır) istirahətlə keçməyən, gündəlik fəaliyyətləri ciddi şəkildə məhdudlaşdıran dərin fiziki və zehni yorğunluğa səbəb olan mürəkkəb və uzunmüddətl

.

Xiyarın möcüzəvi faydaları

Yay mövsümünün ən çox istehlak olunan tərəvəzlərindən biri olan xiyar təkcə sərinləşdirici təsiri ilə deyil, həm də sağlamlığa verdiyi saysız-hesabsız faydalarla diqqət çəkir. Tərkibinin təxminən 95-97 faizi sudan ibarə

.

Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər

Yüksək qan təzyiqi hər zaman nəzərəçarpan əlamətlərlə özünü göstərmir. -a istinadən xəbər verir ki, bu barədə RT-yə rusiyalı kardioloq Ella Vinoqradova danışıb. Həkimin sözlərinə görə, stres və ya ağrı fonunda qan təzyiqini

.

İsti havada çimərliyə bu qidaları aparmaq olmaz

Yay aylarında çimərlikdə istirahət zamanı düzgün seçilməyən qidalar qida zəhərlənməsi ilə nəticələnə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-diyetoloq Yelena Solomatina saytına müsahibəsində xəbərdarlı

.

Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək

Son illərdə qalın və baxımlı qaşlar gözəllik trendlərinin ayrılmaz hissəsinə çevrilib. Lakin tez-tez makiyaj etmək, yanlış qaş alma vərdişləri və ətraf mühit amilləri qaşların zəifləməsinə səbəb ola bilər. Kimyəvi tərkibl

.

120 il yaşamaq üçün nə edək?

Sağlamlıq monitorinqi 120 il ömür uzunluğuna çatmağa kömək edə bilər. -a istinadən xəbər verir ki, ömür uzunluğunun 120 ilə qədər artırılması düzgün profilaktik tədbirlər, müntəzəm sağlamlıq monitorinqi və sağlam həyat tərz

.

Günə enerji dolu başlayın: Uzmanlara görə səhər edilməli olan 5 hərəkət

Mütəxəssislər bildirir ki, günə hərəkətlə başlamaq həm zehni ayıqlığı artırır, həm də bədəni fiziki olaraq günə hazırlayır. xəbər verir ki, fitness və sağlamlıq üzrə mütəxəssislərin tövsiyə etdiyi 5 vacib səhər hərəkəti bunlardır:

.

İşdə nə edək ki, daha az yorulaq

Günün böyük hissəsini oturaq vəziyyətdə keçirən insanlar həm sağlamlıq problemləri, həm də enerji çatışmazlığı ilə üzləşə bilər. Mütəxəssislər bildirirlər ki, iş günündə cəmi bir neçə dəqiqəlik hərəkət etmək yorğunluğu azaltmağ

.

Oyuncaqlarda gizlənən təhlükə: Xəbərdarlıq

"Pediatr olaraq valideynlərə ən çox vurğuladığımız mövzulardan biri körpənin ətraf mühit gigiyenasıdır". . xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canl

turlar.az

toy makiyajlari maskalar yay geyimləri 2026 tərəvəz yeməkləri çanta ayaqqabı balıq və dəniz məhsulları tanışlıq saytı kosmetika buga burcu hamilelik toy gecesı nizami gəncəvi qu quşu