Azərbaycanda neçə nəfərdə hepatit C virusu aşkarlanıb?
Bu ilin iyuluna qədər Azərbaycanda 934 nəfərdə hepatit C virusu aşkarlanıb.
Bu barədə Milli.Az-a TƏBİB-dən bildirilib.
2023-cü ilin iyul ayına qədər "B və C hepatitli xəstələrin virus əleyhinə dərman preparatları ilə təmin olunması üzrə komissiya"nın fəaliyyəti nəticəsində 1 329 nəfər müayinə olunub. Onlardan 61%-i kişi, 39%-i isə qadındır.
Komissiyadan keçən xəstələrdən 367 (27,6%) nəfərə hepatit B, 934 (70,3%) nəfərə hepatit C və 25 (1,9%) nəfərə hepatit B və C ko-infeksiyası diaqnozu qoyulub.
B və C virus hepatitlərdən müalicə almış insanların sayı 1 086 (müraciət edənlərdən 82%) nəfər olub. Onlardan 502 (46,2%) nəfər Bakı şəhəri qeydiyyatında olanlardır.
Müalicəyə cəlb olunan şəxslərdən 840 (77,3%) hepatit C, 227 (20,9%) hepatit B, 19 (1,7%) nəfər isə hepatit B və C ko-infeksiyasına qarşı dərman preparatları ilə təmin olunub.
Milli.Az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi