Azərbaycanda öz qulağını kəsib yeyən şəxs tutuldu – FOTO

Azərbaycanda öz qulağını kəsib yeyən şəxs tutuldu – FOTOCinayətkar aləmdə "Pulya Nəriman" kimi və öz qulağını kəsib yeməyi ilə tanınan şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

"A24.az" bildirir ki, cinayət aləmində "Pulya Nəriman" ləqəbi ilə tanınan, qanunsuz silah ticarəti, xuliqanlıq, oğurluq və cinayətə təşəbbüs etməkdə təqsirləndirilən 56 yaşlı Fətullayev Nəriman Səfər oğlu polislərdən qaça bilməyib. Lənkəran Şəhər Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı qaçmağa cəhd edən N.Fətullayev ayağından xəsarət alıb.

Cinayətkarın əvvəllər saxlandığı zaman polisləri qorxudub ona toxunulmaması üçün qulağının bir hissəsini kəsib yediyi, başqa bir hadisədə isə həbsdə olduğu zaman damdan tullanaraq qaçmağa çalışdığı bildirilir.

Qeyd edək ki, ağır cinayətlər törətdiyinə görə dəfələrlə məhkumluq həyatı yaşamış N.Fətullayev 2008-ci ildə Lənkəran şəhəri Mirzə Məhəmmədhüseyn Axund küçəsində yerləşən və rayonda "Zərgər Şükür"ün evi adlandırılan mənzilə basqın edib.

N.Fətullayev basqın zamanı mərhumun oğlu, Şükürov Şahin Şükür oğlunu qətlə yetirib, onun həyat yoldaşı Əzizə Şükürovaya isə sonradan ölümlə nəticələnən ağır bədən xəsarətləri yetirib. Uzun müddət bağlı qalan bu cinayət işi müddətində N. Fətullayev başqa cinayət əməlinə – silah ticarətinə görə 4 il azadlıqdan məhrum edilib.

Həbsdən azad olunandan sonra Rusiya Federasiyasında yaşayan N.Fətullayev barəsində şübhələr olduğundan onun istintaqa cəlb olunması üçün barəsində axtarış elan edilib. N.Fətullayev Lənkəranda həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə təhvil verilib.

Xəbərlər     Baxılıb: 1718   Tarix: 03 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Yatanda ayağınızı örtməyin - SƏBƏB

Yuxu zamanı bir çox insan fərqinə varmadan ayaqlarını yorğanın altından çıxarır. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu davranış təsadüfi deyil və orqanizmin təbii mexanizmi ilə bağlıdır. Həkimlərin sözlərinə görə

.

Gen terapiyası ilə çox yaşamaq mümkündür?

Dr. Syuell gen terapiyasını belə izah edir: "Problemin yaranmasına icazə verib sonra onun fəsadları ilə mübarizə aparmaq əvəzinə, problemin ən başdan yaranmasının qarşısını alırıq". Onun fikrincə, gen terapiyas

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Qaraciyərinizə zərər verən üç yatma vərdişi

Qaraciyər sağlamlığı gündəlik vərdişlərdən, xüsusən də yatmazdan əvvəlki davranışlardan birbaşa asılıdır. Gecə saatlarında qəbul edilən alkoqol və yağlı qidalar bu orqan üçün ciddi təhlükə yaradır. .  xəbər verir ki, Hindistandak

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

turlar.az

yay kolleksiyasi adlarin menasi kosmetika mehsullari hicab baglama usullari soz haqqinda atalar sozu 2026 ayaqqabı modelləri pirojnalar kosmetika sekis bayati intim lakonizim oxatan