Azərbaycanda qardaşdan bacısına qarşı İYRƏNC ƏMƏL: "Qəlbimə şeytan girdi" - VİDEO
Abşeron rayonunda isə qardaş bacsının evini qarət edib.
Xanim.az milli.az-a istinadən xəbər verir ki, Xırdalan şəhərində yaşayan 35 yaşlı Pərvanə Haqverdiyeva rayon polis idarəsinə müraciət edərək, evindən 8400 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Oğurluq baş verən mənzilə baxış keçirilərkən qapının və pəncərənin kilidlərinin sındırılmaması əməliyyatçılarda müəyyən şübhələr yaradıb. Polislər oğurluğun ailəyə yaxın adam tərəfindən törədildiyini ehtimal ediblər. Şikayətçi isə evində Yevlax rayonundan iş axtarmağa gələn qardaşı Pərvindən başqa kənar şəxsin qalmadığını deyib. Pərvin Haqverdiyev sorğu-sualın sonunda əməlini etiraf edib. 30 yaşlı şəxs baş verən hadisənin günahını şeytanda görüb.
Pərvin Haqverdiyev - Saxlanılan şəxs: "Şeytan girdi qəlbimə. Gördüm, götürdüm çıxdım evdən. Peşmanam".
Qızılların satışından əldə etdiyi 5 min manatı Pərvin Haqverdiyev restoranlarda xərclədiyini bildirib.
Pərvin Haqverdiyev: "Yeyib içdim. Olanda fəhlə işləyirəm, olmayanda işləmirəm".
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davamç etdirilir.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Yuxusuz gecədən sonra bunu edin