Azərbaycanda RƏZALƏT! - "Atam məni soyundurdu, bakirəliyimi pozdu"

Azərbaycanda RƏZALƏT! - "Atam məni soyundurdu, bakirəliyimi pozdu"Astara rayonunun Tüləgüvən kənd sakini, 1971-ci il təvəllüdlü F.A. həmin rayonunun Pəlikəş kəndində yaşayan qaynatası Y. T.-nın evində olarkən, 5 avqust 1994-cü ildə anadan olmuş, on dörd yaşına çatmayan azyaşlı qızı A. A.-nı aldadıb və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
Qadinsayti.az xəbər verir ki, F. A. öz azyaşlı qızını zorlayıb.

Bundan sonra, F. A. öz cinayət əməllərini davam etdirərək təkrarən, sərxoş vəziyyətdə müxtəlif vaxtlarda Astara rayonunun Pəlikəş kəndindəki qaynatasının evində və Tüləgüvən kəndinə öz evində azyaşlı qızı ilə dəfələrlə cinsi əlaqədə olub. A. A.-nın 14 yaşı tamam olduqdan sonra cinsi əlaqədə olma hərəkətlərini qavramaqla, onların mahiyyətini anlamaq qabiliyyətinə malik olsa da, atasından qorxduğuna görə, ona müqavimət göstərə bilməyib. Ata da qızının müqavimət göstərməməsindən öz xeyrinə bəhrələnib və qızı ilə kef çəkib.

"Atam hər bir qızın ərə getməmişdən əvvəl öz atası ilə cinsi əlaqədə olduğunu dedi"

Məhkəmədə ifadə verən atası tərəfindən zərərçəkmiş A. A. bildirib ki, 14 yaşınadək bacısı M. A. ilə birlikdə Pəlikəş кəndində babası Y. T.-nın evində, ata, ana və qardaşları isə Tüləgüvən kəndində yaşayıblar: "Hərdən atam və anam bizim yanımıza gəlirdilər, 20-30 gün həmin kənddə babamgildə qalırdılar, yenidən Tüləgüvən kəndinə qayıdırdılar. Günlərin bir günü atam kəndə tək gəldi. Bu zaman аtаmla еvdə təк qаldıq. Atam mənə hər bir qızın ərə getməmişdən əvvəl öz atası ilə cinsi əlaqədə olduğunu dedi".

"Atam məni qucaqlayaraq paltarımı soyundurdu"

Zərərçəkmiş qız ifadəsinin davamında atasının ona necə yaxınlıq etməsini danışıb: "Atam hər bir qızın ərə getməmişdən əvvəl öz atası ilə cinsi əlaqədə olduğunu deyəndən sonra mənimlə oynamağa başladı. Həmin vахt uşаq оlduğumdаn аtаmın mənə nə еtdiyini bаşа düşmədim. Atam məni qucaqlayaraq paltarımı soyundurdu. Sonra atam öz paltarlarını da soyundu, bundan sonra mənim qızlığımı pozdu".

"Atam hər atanın öz qızı ilə cinsi əlaqədə olub sonra onu ərə verdiyini dedi"

Zərərçəkmiş ifadəsində daha sonra qeyd edib ki, аtаsının оnunlа cinsi əlаqədə оlduğunu sоnrаdаn аnlаyıb: "Atam mənimlə cinsi əlaqədə olandan sonra üstümü, ora-burasını özü təmizlədi. Sonra heç kimə heç nə deməməyimi, hər atanın öz qızı ilə cinsi əlaqədə olub, sonra onu ərə verdiyini dedi. Bunun üçün bu barədə heç kimə heç nə demədim. Atamla cinsi əlaqədə olandan sonra üç gün keçdi. Üç gündən sonra atam yenidən mənimlə cinsi əlaqədə oldu. Həmin vaxt da Pəlikəş kəndində babamın evində heç kim olmayıb. Atam eyni qayda ilə mənimlə 5-6 dəfə ayrı-ayrı günlərdə cinsi əlaqədə olub".

"Atam sərxoş olub mənimlə cinsi əlaqədə olurdu"

Azyaşlı qız ifadəsində bildirib ki, ayrı-ayrı günlərdə atası ilə cinsi əlaqədə olandan sonra babasının yaşadığı evdən çıxıb: "Mən atamgilin Tüləgüvən kəndində yaşadığı evə getdim. Həmin vaxt atam pul qazanmaq üçün Bakıya getmişdi. Bu ərəfədə atamın bibisi oğlu S. A. ilə nişanlandım. Bir neçə aydan sonra atam Bakıdan evə gəldi. Evə gəldiyi gün kənddə harasa getdi. Axşamüstü təxminən saat 17-18 radələrində sərxoş vəziyyətdə qayıtdı. Həmin vaxt evdə atam və məndən başqa heç kim yox idi. Atam yenə də mənimlə cinsi əlaqədə oldu".

"Nişanlıma həqiqəti danışdım, uşağın atamdаn olduğunu dedim"

Azyaşlı qız həmçinin qeyd edib ki, anası Bakı şəhərinə gedib: "Anam Bakıda olanda qarnım şişdiyi üçün xəstə olduğumu güman etdim. Nişanlım S. A.-nın anası Ə. A.-ya xəstə olduğumu dedim. Səhəri gün Ə. A. ilə birlikdə Astara rayon Mərkəzi Xəstəxanasına getdik. Həmin xəstəxanada həkim məni müayinə edərək hamilə olduğumu dedi, bundan sonra evə qayıtdıq. Nişanlıma həqiqəti danışdım, uşağın atamdаn olduğunu dedim. Bundan sonra bacım M. A.-ya və atamın bibisi Ə. A.-ya həqiqəti danışdım, onlara uşağın atamdаn olduğunu dedim".

"Bacım atamdan polisə şikayət etdi"

Zərərçəkmiş azyaşlı qız ifadəsinin sonunda qeyd edib ki, atasının iyrənc hərəkətləri üzə çıxandan sonra Bakı şəhərində olan anası ilə əlaqə saxlayıblar: "Bacım M.A. telefonda anam ilə danışdı. Anam bizi Bakı şəhərinə çağırdı. Bacım M. A. və qardaşım V. A. ilə birlikdə Bakı şəhərinə getdik. Həmin vaxt anam məni xəstəxanaya apardı. Həkim məni abort etdi. Bundan sonra Bakı şəhərində qaldıq, sonradan bacım M. A. atamın mənimlə cinsi əlaqədə olduğu barədə polisə şikayət etdi".

"Pəncərədən baxanda qaynımın qızı ilə cinsi əlaqədə olduğunu gördüm"

Məhkəmədə şahid qismində ifadə verən G. R. bildirib ki, Tüləgüvən kəndində qaynı F. A.-nın evinə çörək dalınca gedib: "Həmin vaxt evin pəncərəsindən içəri baxdıqda qaynımın öz qızı A. ilə yenicə cinsi əlaqədə olmağa başladıqlarını gördüm. F. A. və qızı ayaq üstə idilər, F. A. qızı qucaqlamışdı, A.-nın yubkasını yuxarı qaldırmışdı, F-nın şalvarı isə aşağı çəkilmiş halda idi. F. A. qızının üzündən, boğazından, sinəsindən öpürdü. F. A. qızı ilə cinsi əlaqədə olmağa çalışıb və ya cinsi əlaqədə olub. Həmin vaxt onların evində azyaşlı qızdan və atasından başqa heç kim olmayıb. Bundan sonra dərhal evə qayıtdım. Gördüklərim barədə ərimə danışdım".

Qızını zorlayan ata ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir

Azyaşlı qızını zorlamaqda təqsirli bilinən F. A. məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə iclaslarında özünü günahkar bilməyən F. A. qızını zorlamadığını iddia edib. Lakin məhkəmə onun bu ifadəsinin özünümüdafiə xarakteri daşıdığı qənaətinə gəlib.

F. A. məhkəmə hökmündən narazı qaldığını iddia edib və barəsində olan hökmün ləğv edilməsini istəyib. F. A. apellyasiya instansiyasından bəraət hökmünün çıxarılmasını xahiş edib.

Lakin işə baxan Şirvan Apelyasiya Məhkəməsinin hakimləri azyaşlı qızını zorlayan ataya bəraət verməyiblər. F. A.-nın apelyasiya şikayətinə baxan hakimlər qərar qəbul edərkən, onun xahişini nəzərə almayıblar. Hakimlər qızını zorlayan atanın barəsində birinci məhkəmə instansiyasının hökmünü qüvvədə saxlayıb. Hazırda F. A. ciddi rejimli cəzaçəkmə müəssəsində cəzasını çəkir./repost.az/

Xəbərlər     Baxılıb: 4775   Tarix: 19 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

turlar.az

sade makiyaj sekilleri reseptler yay geyimləri 2026 biz və kişilər sizanaqlara qarsi maska qızartma qadın alt paltarları kosmetika xerceng hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz qiz evi ucun irem derici qizliq perdesi