Azərbaycanda şagirdlərin çoxu nevrozdur, depressiyadadır - Nevroloq

Azərbaycanda şagirdlərin çoxu nevrozdur, depressiyadadır - NevroloqSon zamanlar şagirdlərin dərs yükünün çox olması, ev tapşırıqlarının ağırlığı onlarda bir sıra psixoloji və nevroloji problemlərin yaranmasına səbəb olub.
Mövzu ilə bağlı AzEdu.az-a danışan həkim-nevroloq, Avropa Nevrologiya Akademiyasının üzvü Qalib Əsədov məsələnin ciddi xarakter daşıdığını vurğulayıb.
"Günümüzdə tətbiq edilən təhsil sistemində repetitorlarla işləmək məsələsi düzgün qurulmayıb. Şagirdlərin beyni həddindən çox yüklənir, istirahət mexanizmləri düzgün tənzimlənmir.
Onlarda xroniki yorğunluq sindromu adlanan hal yaranır. Bu gün yuxarı sinif şagirdlərinin əksəriyyəti həmin problemlərdən əziyyət çəkir. Bəzən, abituriyentlərin qəbul imtahanlarında yüksək bal toplamamasına səbəb məhz həmin sağlamlıq məsələləridir".
Nevroloq bu kimi problemlərdə təhsilverənlərin də günah payını qeyd edir:
"Hətta bir çox mənasız testlər vasitəsi ilə şagirdlər yüklənilir. Bəzi repetitorlar hansısa fənnin mahiyyətini izah etmək əvəzinə, şagirdlərin vaxtlarını testlər vasitəsi ilə alırlar. Onlara şeir əzbərlədən kimi test əzbərlədirlər. Başa düşmədən hansısa problemi əzbərlətmək beyinin həddindən çox işləməsinə səbəb olur".
"Düşünürəm ki, bu gün təhsil sistemində kifayət qədər ciddi problemlər var. Onun keçirilmə qaydası şagirdlərlə bağlı çox əsaslı məsələlər yaradır. Bu, həm məktəblilər üçün, həm də biliklərin mənimsənilməsi cəhətdən zərərlidir. Sağlamlıq baxımından da olduqca ziyanverici xarakter daşıyır".
Nevroloq vurğulayır ki, abituriyentlərin əksəriyyəti nevrozdan əziyyət çəkir:
"Günümüzdə abituriyentlərin əksəriyyəti potensial nevrozdur. Ya qorxu hissi keçirir, ya da ki, depresiyaya meyil göstərirlər. Bu, da beyinin istirahət mexanizminin düzgün təşkil olunmamasına gətirib çıxarır.
Bu kimi problemlərlə yalnız abituriyentlər deyil, ibtidai siniflər də qarşılaşır. Birinci sinif şagirdlərinə çətin mövzular vermək və onlardan bunun qavranılmasını gözləmək heç də uyğun deyil. Həmin uşaqlara nağıl və asan anlaşılan dərslər keçirilməlidir. Elə fənlər tədris olunmalıdır ki, onlar uşağın yadında qalsın, maraqlı olsun. Kitab və dərsliklərə baxdıqda müşahidə olunur ki, onlar senzuradan keçməyib. Təhsil sahəsində çox ciddi problemlər var. İstər dərslik, istərsə də onların tətbiqi ilə bağlı çox ciddi mənfiliklər yaşanır.
Beyinin həddindən çox yüklənməsi savada deyil, savadsızlığa aparır. Ona görə də yeni yetişən nəsildə savadlı olmayan şəxslərin sayı çoxdur, çünki tədris sistemi düzgün deyil".
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1254   Tarix: 18 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

yemek reseptleri maskalar geyim necə seçməli sevişmə biliye aid atalar sozleri 2026 burcler hamilə qadın kosmetika tapmaca oyunlar sevda səməd vurğun muellim seiri