Bu dərmanları qəbul edərkən qəhvə içməyin - XƏBƏRDARLIQ
Mütəxəssislər bəzi dərmanların qəbul edildiyi müddətdə qəhvə içməyin təhlükəli ola biləcəyi barədə xəbərdarlıq ediblər. Səbəb kofeinin dərmanların tərkibindəki maddələrlə qarşılıqlı təsirə girərək yan təsirləri artırması və ya müalicənin təsirini zəiflətməsidir.
Milli.A xəbər verir ki, həkimlərin sözlərinə görə, aşağıdakı dərman qruplarını qəbul edən şəxslər qəhvədən uzaq durmalıdırlar:
Antibiotiklər: Xüsusilə siprofloksasin və norfloksasin kimi antibiotiklər kofeinin orqanizmdən xaric olmasını ləngidir, bu da ürəkdöyünmə, əsəbilik və yuxusuzluq yarada bilər.
Antidepresanlar və sakitləşdiricilər: Kofein bu dərmanların sakitləşdirici təsirini azaldır, bəzən isə əsəb gərginliyini artırır.
Yüksək təzyiq və ürək dərmanları: Kofein qan təzyiqini qaldıra bilər, bu da hipertoniya xəstələri üçün risklidir.
Diabet dərmanları: Qəhvə qan şəkərini dəyişdirə bilər və bəzi hallarda insulin təsirini azalda bilər.
Yuxu pozğunluqları üçün dərmanlar: Kofein yuxusuzluğu artıraraq bu dərmanların təsirini zəiflədir.
Mütəxəssislər bildirirlər ki, dərman qəbul edən şəxslər həkimlə məsləhətləşmədən qəhvə və digər kofeinli içkiləri (enerji içkiləri, kola, qara çay və s.) içməməlidirlər.
Əgər müalicə dövründə qəhvədən imtina etmək çətindirsə, ən azı dərman qəbulundan 2-3 saat sonra içmək daha təhlükəsiz sayılır.
Milli.Az









Vətən haqqında bayatılar
Qadınları orqazma çatdıran 7 seks pozası
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
"Yalı çapkını"nın aktrisası Bakıda toyda
Uzak şehir'in aktrisası onunla eşq yaşayır
Məşhur aktyor vəfat etdi
"İflic olacağam və yataqda qalacağam
"Hər həftə bir ev alırdım
Məşhur aktyor 22 kilo arıqladı
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi