Bir qaşıq içmək 10 il öskürəkdən qoruyur – Təbii resept
Son günlərdə mövsümi soyuqdəymə və qrip hallarının artması ilə öskürək bir çox insan üçün ciddi narahatlığa çevrilib. Mütəxəssislər bildirirlər ki, bəzi təbii vasitələr immuniteti gücləndirərək bu problemin qarşısını almaqda kömək edə bilər.
Milli.Az xəbər verir ki, ən çox tətbiq edilən üsullardan biri nənələrin illərlə istifadə etdiyi bal və limon qarışığıdır. Bu qarışıq həm boğazdakı mikrobları azaldır, həm də bəlğəmin atılmasını asanlaşdırır.
Tərkibi:
1 xörək qaşığı bal
Yarım limonun suyu
1 stəkan ilıq su
Hazırlanması və istifadəsi:
Bütün inqrediyentləri qarışdırın və gündə 2-3 dəfə için. Balın sakitləşdirici və antimikrob təsiri boğazı qoruyur, limon isə C vitamini ilə immun sistemini gücləndirir.
Fitoterapevtlər əlavə olaraq zəncəfil, soğan, kəklikotu və qara zirə kimi məhsulların da bəlğəmgətirici və iltihabəleyhinə xüsusiyyətlərə malik olduğunu bildirirlər.
Bununla belə, həkimlər xəbərdarlıq edirlər ki, öskürək uzun müddət davam edərsə və ya bəlğəm artarsa, mütləq mütəxəssisə müraciət edilməlidir.
Bu sadə və təbii resept düzgün istifadə olunduqda soyuq aylarda bədəni qoruyur və boğaz sağlamlığını dəstəkləyir.
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
25 il sonra yenidən "Mumiya"da - Foto
Bu dəfə serial ulduzu olacaq
Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
Qadınlara gül almayın' - Niyamdan kişilərə
Süni tənəffüs aparatına qoşuldu
Yenidən məhkəmədə üz-üzə gələcəklər
Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı