Azərbaycanda satılan bu dərman xərçəng şişi yaradır

Azərbaycanda satılan bu dərman xərçəng şişi yaradırÜmumiyyətlə, bununla bağlı məlumatlar təsdiq olunduğundan preparatın tətbiqini birinci Dünya Səhiyyə Təşkilatı qadağan etməlidir.
Milli.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Böyük Britaniyanın "Glaxo" şirkətinin istehsalı olan və mədə yarası xəstəliklərində istifadə edilən "Zantac" dərmanının tərkibində kanserogen olması və bunu bilə-bilə bu haqda heç bir məlumat verməməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Professorun sözlərinə görə, yalnız bundan sonra sözügedən məsələnin hüquqi tərəflərinə baxıla bilər.
Adil Qeybulla bildirib ki, 2019-cu ildə preparatın xərcəng şişi törətməsi ilə bağlı məlumatlar yayılandan sonra artıq həyacan təbili çalınmağa başlayıb:
"Bunlar mədədə, qaraciyərdə, prostat vəzidə xərçəng şişi xəstəlikləri yarada bilir. Əgər dərmanın tərkibində kanserogen maddə olduğunu bilib və gizlədiblərsə, buna görə şirkət mütləq məsuliyyət daşımalıdır. Yox, bununla bağlı heç bir məlumat olmayıbsa və sonradan ortaya çıxıbsa, burada hüquqi məsuliyyət artıq başqa çür dəyərləndirilə bilər. Zamanla bu cür preparatlar olur".
Adiq Qeybulla "Ranitidin"in kimyəvi denevrator, yəni, mədəyə gələn azan sinir şaxələrini blok edən bir dərman olduğunu vurğulayıb:
"Onun bir analoqu da "Simetidin", "Famotidin"dir. Bu preparatlar mədə xorasının müalicəsində, hiperasit qastridlərdə, ümumiyyətlə, aşırı turşuluqdan baş verən mədə patalogiyalarında istifadə olunan qiymətli dərman preparatı idi. Bu təsirə görə bütün həkimlər ondan uğurla istifadə edirdilər. Ondan sonra "Proton" pombasın blakatorları tətbiq edilməyə başladı və nəticədə bu dərmanların tətbiqi azaldı. Amma bu gün də praktikada həmin dərmanların tətbiqi var".
"Zantac" mədə turşusu istehsalını azaldan bir dərmandır. Ümumiyyətlə, mədə xorası və GERD xəstəliyini müalicə etmək üçün qəbul edilir. 13 sentyabr 2019-cu il tarixində ABŞ Qida və Dərman İdarəsi (FDA) bəyanat yayaraq, "Zantac" da daxil olmaqla bəzi ranitidin dərmanlarında N-nitrosodimethylamine (NDMA) adında bir nitrosamin safsızlığının olduğunu elan edərək dərman mağazalarında bütün ranitidin məhsullarının satışını dayandırıb. 1 aprel 2020-ci ildə FDA dərman istehsalçılarından ranitidinin bütün növlərini ABŞ bazarından çıxarmasını istəyib.
"Bəs, istifadəsi qadağan olunun bu dərman preparatı Azərbaycanda da istifadə olunubmu? Ümumiyyətlə, bu dərmanlar hazırda Azərbaycanda satışda varmı", sualına Adil Qeybullanın cavabı "bəli" olub.
Xatırladaq ki, bu dərmanın Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri siyahısında qiyməti belədir: ZANTAK RANITIDINE 150 mq Tablet Blister N20, Çin istehsalı 6,95, ZANTAK RANITIDINE 25 mq/ml İnyeksiya üçün məhlul, Ampul 2 ml N5, İtaliya istehsalı 6,45.
Qeyd edək ki, "Blumberq"in məlumatına görə, mədə xorası və yanmasına qarşı olan "Zantac" dərmanını istehsal edən Britaniya şirkəti "Glaxo" dərmanın kanserogen olduğunu bildiyi halda bu barədə məlumat verməyib və bazardan çıxarmayıb. Dərman qəbul edərkən xərçəng riskinin artması haqda məlumat yalnız 2019-cu ildən geniş yayılmağa başlayıb.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1040   Tarix: 17 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

makiyaj etmek qaydalari toy makiyajlari qadin sayti qirmizi uzun donlar tük çıxartma pustenin faydalari qripdən qorunmaq kosmetika novruza aid hakisda dieta badambura naz mila burclerin uyumu