Azərbaycanda sərnişinlərlə dolu mikroavtobus yandı: 25 nəfər yaralandı (VİDEO
Cəlilabadda mikroavtobus yanıb, yaralılar var.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Məlik Qasımlı kəndi ərazisində qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, sərnişinləri tarlaya işləməyə aparan mikroavtobus anidən aşıb və sonra alovlanıb.
İlkin məlumata görə, mikroavtobusun salonunda çoxsaylı sərnişin olub. Yaralılar Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Avtobusun yanması nəticəsində xəsarət alan sərnişinlərdən bəzilərinin adları məlumdur. İstipress xəbər verir ki, onlar Siləvəngə və Əliqasımlı kənd sakinləridir:
Günəş və Ülfət Mahmudlu bacıları
Tünzalə Hüseynağa qızı Fərəcova
Könül Mirzəyeva
Mələk Fəxrəddin qızı Rəhimova
Rəvanə Elşad qızı Abbasova
Xuraman Zakir qızı Ağışova
Nəzrin İntiqam qızı Qəhrəmanova
Elnarə Malik qızı Əhmədova
Ən son məlumatlara görə, mikroavtobusda olan 25 nəfər sərnişin yanıq xəsarəti ilə xəstəxanalara gətirilib. Yananların əksəriyyəti sahəyə işləməyə gedən fəhlələrdir.












Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir