Azərbaycanda tüğyan edən virus COVID-in yeni ştammıdır? - Həkim açıqladı

Azərbaycanda tüğyan edən virus COVID-in yeni ştammıdır? - Həkim açıqladıSon zamanlarda insanlar arasında yayılan virus təkcə qrip deyil. Çünki havaların soyuması özü ilə bərabər müxtəlif növ virusların yayılmasına da səbəb olur. Hazırda insanlar arasında sözügedən virusun koronavirusun yeni ştammı olması ilə bağlı fikirlər yayılıb.
Maraqlıdır, görəsən, bu virus həqiqətən də koronavirusun yeni ştammıdır?
Milli.Az bildirir ki, məsələ ilə bağlı həkim Adil Qeybulla Lent.az-a açıqlamasında bildirib ki, pandemiya bitsə də hələ də ayrı-ayrı ölkələrdə epidemioloji ocaqlar davam edir. 
Onun sözlərinə görə, koronavirusun omikron ştammının çoxsaylı mutasiyaları hələ də yayılmaqda davam edir:
"Bununla yanaşı hər kəsə məlumdur ki, payız fəslində soyuqdəymə, qrip kimi xəstəlikləri törədən viruslar aktivləşir. Adətən koronavirusun ştammları dadbilmə və qoxubilmə qabiliyyətinin itməsi ilə özünü biruzə verir. Ona görə də hazırda qarışıq bir mənzərə var. İstənilən halda soyuqdəymə və ya qrip kimi xəstəliklərə yoluxan insanlar yataq rejimində müalicə almalı, çoxlu maye qəbul etməli və qidalanmaya diqqət etməlidir. Əsasən meyvə və tərəvəz istehlak edilməlidir".
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov isə bildirib ki, hazırda havaların bir qədər soyumasına baxmayaraq, ölkəmizdə koronavirusla bağlı epidemioloji vəziyyət sabitdir. 
O bildirib ki, ara-sıra kiçik dalğalanmalar müşahidə olunsa da, yeni yoluxma halları minimaldır:
"Xəstəlik əksərən yüngül, yuxarı tənəffüs yollarının zədələnmə əlamətləri ilə keçir və fəsadsız ötüşür. Ağır və fəsadlaşmış hallar əsasən risk qrupları arasında təsadüf edir".
Milli.Az

Xəbərlər     Baxılıb: 1568   Tarix: 03 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geymler 2026 donlar 2026 sade makiyaj sekilleri donlar maraqlı faktlar parket döşəmələr elza seyidcahan kosmetika novruz hakistalari haxisdalar hakışda bayati azerbaycan