AZƏRBAYCANDA YENİLİK: fahişəlik qanuniləşdirilir?

AZƏRBAYCANDA YENİLİK: fahişəlik qanuniləşdirilir?Təkcə ötən il Azərbaycanın dövlət büdcəsinə fahişəlikdən 36 min manat vəsait daxil olub. Sputnik xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir.

DSK-nın məlumatına görə, 2015-ci ildə hüquq-mühafizə orqanları qədim peşə sahibləri olan 387 nəfəri saxlayıb və cərimələyib. Bu ilin sonunda yüngül əxlaqlı qadınlardan dövlət büdcəsinə daxil olan gəlirlərin bir qədər artacağı proqnozlaşdırılır. Çünki 2015-ci ilin dekabrında İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 524-cü maddəyə əsasən, cərimələr 40-80 manatdan 100 manata qədər artırılıb.

Seks-biznesin işçiləri nəzərəçarpacaq dərəcədə fəallaşıblar. Adının çəkilməsini istəməyən taksi sürücüsünün dediyinə görə, Azərbaycana turist axınından, xüsusilə də ərəbdilli turistlərin artmasından sonra Bakının "gecə kəpənəkləri" öz tariflərini artırıblar. Əvvəllər 20 manata "işləyənlər", indi 100 manatdan aşağı pul verən müştərilərlə razılaşmırlar.

"Amma elə qadınlar da var ki, onlar öz xidmətlərinə görə 1000-3000 manat alırlar. Onlar, xüsusilə model görkəmli qızlardır ki, bilavasitə hotellərdə seks xidmətləri göstərirlər", — taksi sürücüsü bildirib. Yüngül əxlaqlı qadınların əsas hissəsi isə 50-60 manata masaj salonlarında işləyir. Yeri gəlmişkən, elə masaj salonlarının sayı paytaxtda xeyli artıb. Bir qisim qədim peşə sahiblərini isə şəhərkənarı kafelərdə, xüsusilə də Bakı-Sumqayıt yolunun kənarındakı məşhur istirahət mərkəzlərində tapmaq olar. Qeyd etmək lazımdır ki, bir neçə il əvvəl, məhz Bakı-Sumqayıt yolunda hüquq-mühafizə orqanları kütləvi asayişi bərpa etmək məqsədilə, "istirahət zonası" adlandırılan onlarla birmərtəbəli tikililəri dağıdıblar. Lakin bundan sonra elə həmin ərazidə yağışdan sonra çıxmış göbələklər kimi bir neçə evcik tikilib.

Bununla yanaşı, Bakıda fəaliyyət göstərən taksi sürücüsünün sözlərinə görə, şəhərə ərəb ölkələrindən turistlər axmağa başlayandan sonra, qədim peşə sahibləri meyllərini onlara salmağa başlayıblar. Çünki onlar kifayət qədər əliaçıqdırlar. Özəl daşıma xidmətinin sürücüsü belə, tanışlıq üçün əlverişli olan bir sıra istirahət yeri və klubları tanıyır. O, tez-tez həmin yerlərə xariciləri daşıyır və hətta ərəb dilini öyrənməyə cəhd göstərir.

Qeyd edək ki, praktiki olaraq ölkədə hər cür fəaliyyət növü vergiyə cəlb olunur. Bu vəsaitlər ümumdünya iqtisadi böhranının baş verdiyi bu çətin dövrlərdə dövlət büdcəsini doldurmaq üçün bir vasitədir. Belə olan təqdirdə ortaya bir sual çıxır: Ölkədə heç də az pul qazanılmayan fahişəlik leqallaşdırılmayacaqmı?

Yeri gəlmişkən, məhz belə bir təkliflə bir neçə il əvvəl Milli Məclisdə deputat Siyavuş Novruzov çıxış etmişdi. O bildirmişdi ki, fahişəliyin leqallaşdırılması bir çox problemlərin qarşısını ala bilər: "Bir sıra Avropa ölkələri bu problemin həll yolunu tapıb və Azərbaycan da onların təcrübəsindən bəhrələnə bilər".

Onun sözünə qüvvət olaraq bildirək ki, fahişəlik bütün dünyada peşə növlərindən biri kimi tanınıb. Artıq 20-ci əsrin sonlarında o, Niderland, Almaniya, Avstriya, İsveçrə, Yunanıstan, Macarıstan, Latviya, hətta Azərbaycanın tez-tez nümunə götürdüyü qonşu Türkiyədə leqallaşdırılıb. Bununla yanaşı, internet araşdırmalarına əsasən, qeyd edək ki, İspaniya və Çexiya hökumətləri fahişəliyə kifayət qədər dözümlü yanaşır.

Fahişəliyin leqallaşdırılması ideyası kifayət qədər cəlbedici görünə bilər, lakin burada da bir neçə problem var. Misal üçün, bunun parlaq əleyhdarları var. İslam dininə sitayiş edənlər və yaşlı insanlar arasında fahişəliyin leqallaşdırılmasına qarşı ciddi müqavimət var. Və mentalitet yeniliyə müqavimət göstərə bilər. "Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə, bu məsələ heç vaxt parlamentdə qaldırılmayacaq, çünki mövcud qanunvericilik və hökumətin insan alveri ilə mübarizəyə dair fəaliyyəti ilə ziddiyyət təşkil edir: "Leqallaşdırma o deməkdir ki, biz heç vaxt vəziyyətdən çıxış yolu tapa bilməyəcəyik. Leqallaşdırma o deməkdir ki, biz büdcəni süni şəkildə risk qrupunda olan insanların hesabına doldurmaq istəyirik. Bu, insan hüquqlarına, eləcə də qadın hüquqlarına ziddir. Siz əvvəl soruşun görək, seksdən pul qazananların özləri leqallaşdırmanı istəyirlərmi?".

Zeynalova əmindir ki, hətta leqallaşdırılacağı təqdirdə belə, qadınlar adlarının "seks işçiləri" siyahısına yazılmasına və sosial sığorta kartında fəaliyyət növünün bu cür göstərilməsinə razı olmayacaqlar: "Heç kəs zəmanət verə bilməz ki, leqallaşdırma qadın hüquqlarının müdafiəsini təmin edəcək".

Bununla belə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədr müavini Rövşən Rzayev qeyd edib ki, hazırki mərhələdə Azərbaycanda fahişəliyin leqallaşdırılmasına zərurət yoxdur. Digər deputat Zahid Oruc isə, ümumiyyətlə bu sualı cavablandırmaqdan imtina edib. Deputat Hadı Rəcəbli isə sualımızı eşitmək belə, istəməyib.

Eyni zamanda, bir sıra ekspertlər hesab edirlər ki, fahişəliyin leqallaşdırılması iqtisadiyyatın digər bir sahəsinin, hökumətin xüsusilə diqqət ayırdığı turizmin çiçəklənməsinə səbəb olacaq. Yeri gəlmişkən, Türkiyənin özündə fahişəliyin rəsmiləşdirilməsindən sonra turizm bazarında canlanma baş verib. Amma Azərbaycan qardaş ölkənin təcrübəsindən istifadə etməyə hazırdırmı? Bu sual hələlik açıq qalır.

Xəbərlər     Baxılıb: 3170   Tarix: 13 dekabr 2016
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

geyim necə seçməli toy gecesi gelinlikler hakışta toy ucun qisa donlar dolma reseptleri dirnaq ucun maskalar kosmetika vidyolar saglam qidalanma uşaq nece olur ginekoloq haqisda