Azərbaycanda yoxa çıxan 5000 eşşək görün haralarda imiş – RƏSMİ AÇIQLAMA

Azərbaycanda yoxa çıxan 5000 eşşək görün haralarda imiş – RƏSMİ AÇIQLAMAAzərbaycanda 5000 eşşəyin yoxa çıxması məsələsi bayram günlərində ən çox müzakirə olunan mövzu oldu.

Sosial şəbəkə istifadəçilərində, ictimaiyyət arasında bu məsələ xeyli maraq doğurub.

İnsanların bu məsələ ilə bağlı mövqeyi ondan ibarətdir ki, eşşəklərin yoxa çıxmasının səbəbi onun ətinin dönərxanalarda istifadə edilməsidir.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, 2015-ci ildə Azərbaycanda 40 min eşşək var idisə, 2016-ci ildə bu rəqəm 35,8 min baş təşkil edib.
"Qafqazinfo" 5000 eşşəyin yoxa çıxmasının səbəbləri ilə maraqlanıb.

Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev açıqlamasında bildirib ki, eşşəklərin yoxa çıxmasının birinci səbəbi yeni nəslin doğulmaması ilə bağlıdır:

"Bu, o deməkdir ki, 5000 yeni eşşək doğulmayıb ki, artım olsun. Bütün canlılar kimi eşşəklər də ömrünü başa vurub təsərrüfatdan çıxırlar. Bundan əlavə, insanlar eşşəklərin yeni nəslinin doğulub-törəyib artmasında maraqlı deyillər.

Məsələn, qoyunçuluqda hamı cəhd edir ki, bir ildə heç olmasa bir, yaxud iki quzu alsın. Maldarlıqda çalışırıq ki, hər inəkdən bir buzov alaq. Ancaq təkdırnaqlı heyvanlarda atlarda və eşşəklərdə elə bir stimulverici motiv yoxdur. Ona görə də, təbii ki, eşşəklər ehtiyaca uyğun olaraq azalır.

Üçüncüsü, eşşəklər, atlar, qatırlar nəqliyyat vasitəsi kimi istifadə olunur. Ancaq kiçikhəcmli, müxtəlif növlü nəqliyyat vasitələri meydana çıxdıqca onlara ehtiyac azalır. Ona görə də insanlar yeni nəslin törəyib artmasında maraqlı deyillər".

Şöbə müdiri yoxa çıxan eşşək ətindən dönərxanalarda istifadə olunması məsələsinə də cavab verib. O, vətəndaşlardan xahiş edib ki, əgər kimsə eşşək ətindən dönərxanalarda istifadə olunduğunu bilirsə, Dövlət Baytralıq Nəzarəti Xidmətinə müraciət etsin.

Onlar da mütəxəssis səviyyəsində bunu araşdırsın: "Elə-belə kənardan, fakt, sübut olmadan bunu demək düzgün deyil. Bir məsələdə kimsə subyektiv fikrini deyirsə, bu, o demək deyil ki, faktlara söykənir. Ancaq kimdəsə elə fakt varsa, müraciət etsin və araşdırılsın".

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən də məsələyə münasibət öyrənilib. Xidmətin mətbuat rəhbəri Yolçu Xanvəli bildirib ki, qurumun apardığı reydlər və ekspertiza laboratoriyalarında keçirilən araşdırma zamanı eşşək ətindən dönərxanalarda istifadə olunması faktına rast gəlinməyib.Qafqazinfo.az

Xəbərlər     Baxılıb: 3453   Tarix: 27 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

turlar.az

toy makiyaji sekilleri qadin dunyasi hamilelikde qidalanma evin bəzədilməsi kətə reseptləri aparici serxan keremoglu zirinc faydalari kosmetika oglan evi tanisliq üzeyir hacıbəyli şəkərbura qu quşu