Azərbaycanda yumurta kəskin bahalaşdı

Azərbaycanda yumurta kəskin bahalaşdıAzərbaycanda bir müddət əvvəl yumurtanın limitlə satılması ilə bağlı məlumatlar yayılmışdı. Satıcılar bahalaşma və qıtlığın qarşısını almaq üçün yumurtanı adambaşına 20 ədəd olmaqla satışa çıxarmışdılar. Hazırda bu limit aradan qalxsa da, yumurtanın yüksələn satış qiyməti aşağı düşməyib.

Virtualaz.org bununla bağlı araşdırma aparmaq üçün bir neçə marketə baş çəkib. Məlum olub ki, marketlərdə broyler fabriklərində istehsal olunan yumurta bollaşıb. Amma broyler yumurtasından fərqli olaraq, hazırda fərdi təsərrüfatlarda istehsal edilən kənd yumurtasında qıtlıq müşahidə olunur. Ona görə də, bu yumurtanın qiyməti bəzi yerlərdə 45-50 qəpiyə qədər qalxıb. Broyler yumurtası isə 20-25 qəpiyə satılır.

Ölkədəki qıtlıq qonşu Rusiyaya ya da təsirsiz ötüşməyib. Rusiya mətbuatının yazdığına görə, Azərbaycandan göndərilən yumurtanın ixracı dayandırıldığından qonşu ölkədə də bu kənd təsərrüfatı məhsulunda bahalaşma müşahidə olunur. Mənbə qeyd edir ki, Lipetsk vilayətinin bir çox sakinləri payızın ortalarından etibarən yumurta tapa bilmirlər. Payızda yumurta istehsalının azalması bir yana, Azərbaycandan da yumurta idxalı dayanıb. Buna görə də? hazırda Rusiyada yumurtanın bir ədədinin qiyməti 65 rubla – 1,66 manata çatıb.

Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə qiymət artımının mövsümlə əlaqədar olaraq qıtlaşan kənd yumurtasında müşahidə olunduğunu deyir. Onun sözlərinə görə, broyler yumurtası kifayət qədər boldur və bundan sonra daha da bollaşacağı gözlənilir: "Yumurtanın qiyməti qalxmayıb, əvvəl necə idi, indi də elədir. Bazarda ola bilər qiyməti qaldırmışdılar. İndi təzədən düşür. Çünki yer-göy yumurtadır. Əksinə, bundan sonra tələbat olmadığına görə, yumurtanın qiymətinin aşağı enəcəyi gözlənilir. Çünki tələbat azalanda qiymət də enir".

Birlik sədri deyir ki, yumurtanın qiymətini qaldıranlar bazardakı işbazlardır: "Bazar bazardır, orada qanun yoxdur. Bazarda bilinmir kim kimdir. Marketlər, supermarketlər qanunla alırlar, sənədlə satırlar. Niyə onlara müraciət etmirsiniz? Kənddə indi toyuqlar yumurtlamır. Çünki qış gəlib, mövsüm bitib. Bazarda satıcılar 3-4 aydan qalan yumurtanı dədələrinin qiymətinə satışa çıxarırlar. Əslində kənd yumurtasının belə uzun müddətdə qalması mümkün deyil, çox adam buna görə də onu almır".

A.Vəliyev Rusiyanın Lipetsk vilayətində Azərbaycandan alınan yumurtanın ixracının dayandırılması səbəbindən yaranan qıtlığa da münasibət bildirib. Onun sözlərinə görə, ölkəmizdən Rusiyaya heç vaxt yumurta göndərilməyib. Azərbaycandan ancaq cənub ölkələrinə, Əfqanıstana, İrana, İraqa və digər ölkələrə göndərilir, buna görə də, həmin səbəbdən qıtlıq və bahalaşma mümkün deyil.

Xatırladaq ki, sentyabr ayının sonlarından başlayaraq, ölkədə, xüsusilə paytaxt Bakıda yumurta qıtlığı yaranmışdı. Buna əsas səbəb kimi orta və iri quşçuluq təsərrüfatlarında bəslənən quşların xəstəliklərdən mütəmadi olaraq tələf olması və bu təsərrüfatların zərərlə işləməsini göstərilirdi. Lakin Qida Təhlükəsizliyi Agentliyinin açıqlamasına görə, mövsümlə əlaqədar satış məntəqələrində bu məhsullara tələbat artıb. İndiyədək aparılan monitorinqlər zamanı xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quşa rast gəlinməyib.

Xəbərlər     Baxılıb: 1751   Tarix: 19 dekabr 2018
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

sade makiyaj sekilleri hamiləlik qadin dunyasi uşaqlara yemək hazırlama dini geyimler salatlar və qəlyanaltılar dirnaq ucun maskalar kosmetika maskalar xanım az sperma bakire klitor