Azərbaycanda zəlzələ təhlükəsi sovuşmayıb - Avtoşoklar davam edir
"Zəlzələnin proqnozunu əvvəlcədən vermək olmur. Əvvəlcədən bir şey bilinir ki, Azərbaycanın ərazisi seysmik ərazidir və zəlzələ daim ola bilər".
Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.
O bildirib ki, noyabrın 15-də yerli vaxtla saat 23:48-də Ağdam ərazisində qeydə alınan 6 bal gücündə zəlzələnin afterşokları hələ davam edir: "Avtorşoklar davam etdiyinə görə hələ onların sayını deyə bilmərik. Avtorşokların çoxu hiss olunmur, yəni 3 bala yaxın olur".
Sözçü qeyd edib ki, zəlzələnin avtorşokları bir neçə gün, hətta bir ay da davam edə bilər: "Dünən olan zəlzələ güclü zəlzələdir. Amma dağıdıcı xarakterli zəlzələ deyildi. Tikinti qaydalarına riayət olunmayan tikililərdə dağıntı olması təbiidir. Azərbaycan seysmik zonada yerləşir, daim ölkə ərazisində təkanların olması normaldır".report
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin