Azərbaycandan 300 milyon Avro çıxarıldı: Həbslər başladı...

Azərbaycandan 300 milyon Avro çıxarıldı: Həbslər başladı...Danimarkanın Mərkəzi Kriminal Polisinin əməkdaşları "Danske Bank"ın Estoniya filialının çərşənbə günü altı, dünən isə dörd əməkdaşını həbs edib. Onlar müştərilərə çirkli pulların yuyulmasına imkan yaratmaqda ittiham edilirlər.

Estoniyanın "Delfi" nəşrinin məlumatına görə, saxlanılanlarla bağlı ölkənin Mərkəzi Kriminal Polisi və Baş Prokurorluq birgə mətbuat konfransı keçirib.

Bildirilib ki, Danimarka hökuməti "Danske Bank" rəhbərliyinə qarşı ölkə qanunvericiliyinin dörd maddəsinin pozulması ilə bağlı ittiham irəli sürülüb.

İttihamlar 2007-ci il fevralın 1-dən 2016-cı il yanvarın sonlarınadək olan dövrü əhatə edir. Bankın Estoniya bölməsində rezidentlər tərəfindən edilən 200 milyard avro həcmində əməliyyatların hər biri şübhə altına düşüb.

"Biz bu məsələnin tam araşdırılmasını istəyirik. Bununla bağlı sentyabr ayında lazımi sənədlər təqdim edilib. Prokurorluqla əməkdaşlıq edəcəyik", - bankın icraçı direktoru Yesper Nilsen deyib.

Baş prokuror Lavli Perlinqin sözlərinə görə, cinayət araşdırması bir ilə yaxın davam edib.

"Şübhəli şəxslər müştərilərlə işləyən və çirkli pulların yuyulmasında iştirak edən bank əməkdaşlarıdır. Sözügedən cinayət Gürcüstan və Azərbaycanda törədilib. Çirkli pulların yuyulması zamanı əldə edilən ümumi məbləğ 300 milyon avrodur", - dövlət ittihamçısı qeyd edib.

"2017-ci ildə istintaqa necə gəldiniz? Birmənalı cavabı yoxdur. Hər şeydən əvvəl, 2010-2017-ci illərdə çirkli pulların yuyulması və irəli sürülən ittihamı başa düşmək lazımdır. Bizdə məlumatlar olsa da, bunu sübut edə bilməmişdik", - dövlət prokuroru Marek Vahinq əlavə edib.

Vahinq onu da bildirib ki, 2017-ci ilin yayında araşdırmaçı jurnalistlər lazımi məlumatları üzə çıxarıblar.

Dünən prokurorluq 10 nəfərin həbsi ilə bağlı qərar verib. Həmçinin, onların mülklərinə də həbs qoyulduğu bildirilib. Ehtimal edilir ki, bu insanlar fəaliyyətlərinə görə pul alıblar. Ümumi məbləğ 1,5 milyon avro olub.

Mərkəzi Kriminal Polisinin rəhbəri Ayvar Alavere deyib ki, dünən araşdırmaların açıq fazası başlayıb: "Biz 10 nəfəri həbs etdik".

Alavere bildirib ki, bu insanların öz müştəriləri olub, ancaq onlar şəbəkə üzərindən işləyib: "Saxlanılanlardan biri Yuriy Kidyayevdir".

Hazırda o, "Citadele"də çalışır. "Citadele"nin Estoniyadakı filialının rəhbəri Yan Laytmyae Kidyayevin həbsini şərh etməyib.

Məlumatlarda qeyd edilib ki, cinayət araşdırılması 2017-ci ilin noyabrında başlanılıb. Sübut edilib ki, bankda fəaliyyət göstərən qaydalar çirkli pulların yuyulmasına formal şəkildə mane olub və onlar yerinə yetirilməyib. Həmçinin, iddia olunub ki, bu fəaliyyətlə məşğul olan əməkdaşların işindən idarədə xəbərdar olublar.

"Danske Bank"ına qarşı araşdırmalar Avropa İttifaqı və ABŞ tərəfindən aparılır. "Danske Bank Group"un filialları dünyanın 14 ölkəsində yerləşir.

oxu.az

Xəbərlər     Baxılıb: 1631   Tarix: 20 dekabr 2018
f Paylaş

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

sade makiyaj sekilleri hamiləlik qadin dunyasi uşaqlara yemək hazırlama dini geyimler salatlar və qəlyanaltılar dirnaq ucun maskalar kosmetika maskalar xanım az sperma bakire klitor