Azərbaycandan QAÇAN məşhurları tanıyın - ŞOK SİYAHI

Azərbaycandan QAÇAN məşhurları tanıyın - ŞOK SİYAHIOnların tanımayan yoxdur. Bir zamanların məşhur müğənniləri, aparıcıları, bəstakarları, aktrisaları...
Aşağıdakı sıyahıda adlarını sadaladığımız məşhurlar bizə bəlli olan və olmayan səbəblərdən Vətəni tərk ediblər.
Xanim.az bildirir ki, bununla bağlı BiG.AZ araşdırma apararaq onların kimliyini və getmə səbəblərini müəyyənləşdirdi:
Müğənni-aktrisa Firəngiz Rəhimbəyova - Onun adı ötən əsrin 80 və 90-cı illərində Azərbaycanda çox məşhur idi. F.Rəhimbəyova 1993-cü ildən qızı Raisa ilə birgə ABŞ-ın Los Anceles şəhərində yaşayır. O, 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. Müğənni artıq nənədir. Onun bir qız nəvəsi var.
Aktrisa Natəvan Məmmədova - O, "Azərbaycanfilm"-in çəkdiyi "Park" və digər filmlərdə obrazlar yaradıb. Lakin sonradan kinodan uzaqlaşaraq tamam ayrı sahəyə üz tutub. O, İnşaat Unversitetinin memarlıq fakültəsinə daxil olaraq memarlıq üzrə magistr dərəcəsi alıb. 90-cı illərin ortalarında Azərbaycanı tərk edib. 1997-ci ildən İsraildə yaşayır.
Aktrisa İnarə Quliyeva - Sənətçi 1950-ci il yanvarın 4-də Moskvada anadan olub. 1972-ci ildə Rus Teatral İncəsənət Akademiyasını (GİTİS) bitirib. 1994-cü ildən Rusiyanın əməkdar artistidir. Azərbaycanın bir neçə bədii filmlərindən rol alıb, tamaşaçı aktrisanı "Qaynana"-da Afət rolundan, və "Alma almaya bənzər" filmində müəllimə rolundan tanıyır.
Aktrisa Vətəni tərk edib Rusiyaya köçməsinə belə aydınlıq gətirib:
"Bakıda olarkən Mərkəzi Komitədə Kino bölümünün rəisi məni köhnə "Moskva" otelində otağına dəvət etmişdi ki, orada mənə ad vermələri üçün sənədlərə qol çəkim. Mən isə bu dəvəti rədd etdim və getmədim. Bu hadisədən sonra Bakıda mənim üçün rol tapılmadı, hamı məni unutdu və artıq 30 ildən çoxdu ki Bakıda məni yada salan yoxdur".
Müğənni Rövşən Hicrəti - 90-cı illərdə ekstravaqant imici ilə gündəmdə olan sənətçi cinsini dəyişərək qadın olub. O, Vətəni tərk edərək hazırda Hollandiyada yaşayır. Adını isə dəyişərək Roşana Lamborgini qoyub. Hazırda ərdə olan müğənni Hollandiyada müğənnilik fəaliyyətini davam etdirməkdədir. Yeri gəlmişkən, Roşananın əri də azərbaycanlıdır.
Aparıcı Səxavət Nur - Amerikaya köçüb. O, bir müddətdir ki, Vaşinqtonda yaşayır.
Bəstəkar Günel Sərdarqızı bir müddət öncə Türkiyəyə köşmüş, bir az sonra Türkiyə vətəndaşına ərə getmişdir.
Aktrisa Məlahət Abbasova - 1991-ci ildə Türkiyə vətəndaşı ilə ailə qurub və bundan sonra [b]İstanbulda yaşayır. Onun Uğur və Sudə adında iki övladı var.
Aparıcı Günel Musəvi - 2009-cu ildə Amerikanın Alabama ştatının Troy şəhərində "Troy" Universitetində təhsilini davam etdirməyə yollanıb.
2010-cu ildə Amerikanın Minnesota ştatının Sent Pol şəhərinə köçüb və "Metrostate Universitety"-də Uşaq Psixologiyası üzrə təhsilini davam etdirir. Hazırda ərdə olan eks-aparıcının bir qızı var.
Aparıcı Rüfət Ağayev - Hazırda ABŞ-da yaşayan apacı təhsili ilə əlaqədar televiziya və radiodan müvəqqəti uzaqlaşıb.
Aktrisa Nəzrin Cavadzadə - 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə gedib. Aktrisa açıq-saçıq şəkilləri ilə mütəmadi olaraq Türkiyə mediasında gündəmdədir.
Müğənni İradə İbrahimova - 2009-ci ildə Türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı qurub və hazırda Türkiyədə yaşayır. Onun bu izdivacdan 2 övladı var.
Müğənni Ziyafət Yaqubova - Avstriyada yaşayır. Vaxtilə Vətənində sevilən müğam ifaçısı, daha sonra isə estrada müğənnisi kimi fəaliyyət göstərən ifaçı küsərək ölkəni tərk edib.
Yayılan şaiyələrə görə, Ziyafət xarici vətəndaşla ailə həyatı qurub.
Aparıcı Aynur Talıbova - özündən 15 yaş kiçik oğlanla ailə qurduqdan sonra ailəsi ilə birlikdə ABŞ-a köçüb. Hazırda onların bir oğlu var.
Model Nigar Talıbova - 1975-ci ildə Bakı şəhərində anadan olub. Hazırda Türkiyədə yaşayır və fəaliyyət göstərir. Nigar Talıbovanın həyat yoldaşı Ekim Alptekin adlı türk iş adamı, milyonçudur. O, həmçinin Türk-Amerika İşadamları Dərnəyinin sədridir.
Keçmiş model artıq 2 qız, bir oğul anasıdır.
Müğənni Ayan Babakişiyeva- Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Dünya Taekvondo Federasiyasının Gənclər Komitəsinin üzvü Füzuli Musayev ilə eşq macərası yaşadıqdan sonra onun təqiblərindən bezərək, qızı və anası ilə birlikdə Türkiyəyə köçüb.
Müğənni Nərgiz Güvən - "Aypara" qrupunun eks solisti Türkiyə vətəndaşı ilə nikaha girərək vətəni tərk edib.
Bəstəkar Vüsalə Hikmət - Türkiyəyə ərə gedib. Bir övladı var.
Müğənni Aygün İsmayılova - Türk vətəndaşı Halukla ailəli olan sənətçi övladı ilə birlikdə Türkiyədə yaşayır və öz müğənnilik fəaliyyətini davam etdirir.
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev - 2005-ci ildən Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitəsinin Səhnə Sənətləri Fakultəsinin professorudur.
Aparıcı Ayşə Kərimova - "Çardaq" verilişindən tanınan 2006-cı ildə Türkiyə vətəndaşı ilə ailə quraraq İstanbula köçüb və hazırda da orada yaşayır.
Əməkdar İncəsənət Xadimi, aktyor Cahangir Zeynalova - 1995-ci ildə Türkiyə Cumhuriyyətinə Universitetdə dərs demək üçün dəvət olunub. Hal hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışmaqdadır.
"N brother" qrupunun üzvü Anar ailə quraraq İsrailə köçüb
90-cı illərin məşhur qruplarından olan "Karvan" və "Yuxu" qrupunun solistlərin olan Mikayıl və Zaur. Onların hər ikisi də fəaliyyətini Türkiyədə davam etdirir.
Repçi Uran- Bir müddət əvvəl ailəsi ilə Fransaya köçən repçi artıq birdəfəlik Avropada yaşamağa qərar verib. Xatırladaq ki, Uranın bir qız övladı var.
"HOST" qrupunun keçmiş üzvləri Promete (Pərviz İsaqov), Qaraqan (Elxan Zeynallı), Dərviş (Fərid) və AiD (Orxan Zeynallı) Amerikaya köçüb.
Harvard Universitetinin məzunu olan Qaraqan hazırda Nyu-Yorkda yaşayır. Qrupun digər üzvlərinin də Amerikaya bu yaxınlarda köçdüyü deyilir. Əldə etdiyimiz məlumata görə, məşhur rep ifaçıları: AiD və Promete Amerikada həmişəlik qalmaq fikrindədir.
Sonda onu da qeyd edək ki, müğənni Elariz Məmmədoğlu və repçi Elmir bu yaxınlarda "Green Kart"a müraciət ediblər. Hər iki məşhur növbəti mərhələyə keçiblər. Onların Vətəni tərk etməyi isə hələ ki sual altındadır.

Xəbərlər     Baxılıb: 2387   Tarix: 09 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

makiyaj etmek qaydalari toy makiyaji sekilleri gozel gorunmek uşaq yeməyi paxlavalar xina ucun bayatilar bulka reseptləri kosmetika nagillar kökəlmək üçün qiz evi haxista gozellik baliq burcu