Azərbaycanın məşhur bacıları QIRĞINA ÇIXDI: "Evimdə yas düşdü, bacım bəzənib toya getdi..."

Azərbaycanın məşhur bacıları QIRĞINA ÇIXDI: "Evimdə yas düşdü, bacım bəzənib toya getdi..."Tanınmış bəstəkar Sədaqət Arifqızı ilə bacısı, məşhur həkim, Azərbaycanda "UZİ Gülər" kimi tanınan Gülər İbrahimova arasında qarşıdurma yaşanıb. Bacılar məhkəmədə üz-üzə gəliblər.

Yenicag.az-a açıqlama verən xanım bəstəkar bacısı ilə ev üstündə düşmən olduğunu bildirib:

"Altı il əvvəl oğlum Ağasının qızı xərçəng xəstəliyindən dünyasını dəyişdi. Həmin vaxt oğlum dedi ki, ana, bu faciədən sonra o evdə yaşaya bilmərəm. Başı qızının dərdinə qarışdığı üçün evin alqı-satqı işini Gülərin oğluna həvalə etdi. Evi 195 minə satdıq. Sonra 165 min verib, uzaq qohumlardan birinin evini oğluma aldıq. Oğlum o evdə 5 il yaşadı, sonra da ailəsi ilə birgə Amerikaya köçdü. İndi bacım Gülər ailəlikcə məhkəməyə müraciət edib. İddia edib deyirlər ki, guya ev onlarındır. Oğlu da deyir ki, həmin evi 6 il əvvəl guya evi öz puluna alıb. Hansı ki, oğlum pulu ona öz əli ilə verib. Ev sənədlə oğlumun adınadır, bu illər ərzində bütün kommunal xərclər də onun adına ödənilib. Bacımgil evini aldığımız uzaq qohumlarını da öyrədiblər, məhkəmədə şahid kimi üzümüzə dururlar".

S.Arifqızı evin oğlunun adına olmasını təsdiq edən sənədləri də məhkəməyə təqdim edib:

"Əlimizdə sənədlər də var. Sadəcə olaraq, o vaxt oğlum pulu ev almaq üçün bacımoğluna verəndə notariusdan sənəd almayıb. Oğlan məhkəmədə deyir ki, guya o pulu öz cibindən verib, bunu da əsas gətirərək, evin ona məxsus olmasını iddia edir. Yəqin fikirləşiblər ki, oğlum Amerikaya köçüb, boş evdir də, ələ keçirək. Bu da mənim doğma bacımın mənə elədiyi pisliklər. Susurdum, amma daha bıçaq sümüyə dirənib".

S.Arifqızı 6 il əvvəl nəvəsinin yas mərasimindən sonra bacısı ilə düşmən kəsildiyini deyir:

"12 yaşında mələk kimi nəvəmi itirdim, həmin gün bacım Gülər bəzənib toya getmişdi. O vaxtdan onunla küsülüyəm. Həmişə paxıllığımı çəkib. İnd idə bütün ailə oğlumun evini əlindən almaq istəyir. Dərdimi kimə deyim, bilmirəm".

Xəbərlər     Baxılıb: 2029   Tarix: 14 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

turlar.az

qadin sayti gozel gorunmek yemek reseptleri alt geyimləri portagalin faydasi yeni paltarlar 2026 doğuşdan sonra kosmetika muellim seiri bayatılar şirin qoğal tanisliq faydalı bilgilər