Azərbaycanın məşhur şadlıq sarayının sahibi SAXLANILDI

Azərbaycanın məşhur şadlıq sarayının sahibi SAXLANILDIXanim.az xəbər verir ki, məşhur "Xəmsə" şadlıq sarayı və bir sıra başqa biznes obyektlərinin sahibi Mürvət Həsənli Daxili İşlər Nazirliyi (DİN) Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

İdarədən məlumatı təsdiqləyiblər.

Bildirilir ki, M.Həsənli hazırda idarədədir. O, türk iş adamı Ömür Oral və onun türkiyəli vəkilinin Azərbaycanda hədələnməsi ilə bağlı araşdırma çərçivəsində saxlanılıb.

Ö.Oral DİN rəhbərliyinə müraciətində qeyd edib ki, vəkili ilə birgə Bakıya gələn zaman Hava Limanından yerləşəcəyi "Bulvar" hotelinə qədər Mürvət Həsənli tərəfindən təqib edilib. Onu və vəkilini hədələyib. Təqib və təhdid bir neçə ay öncə baş verib, məsələyə Türkiyənin Azərbaycandakı səfirliyi və türk iş adamları qurumu da qarışıb.

İşin qısa məğzi ondan ibarətdir ki, Ö.Oralın sahiblərindən olduğu "Emre Piliç" şirkəti "Siyəzən Broyler" ASC-yə damazlıq yumurta satıb, həmin yumurtaların pulları isə "Siyəzən Broyler" ASC tərəfindən uzun illər Ömür Oralın Azərbaycandakı nümayəndəsi olan "Xəmsə-M" MMC-nin rəhbəri Mürvət Həsənliyə verilib.

"Siyəzən Broyler" ASC tərəfindən 3,8 milyon ABŞ dolları M.Həsənliyə verilsə də, sonuncu "Emre Piliç" şirkətinə bu puldan cəmi 2,1 milyon ABŞ dollarını ödəyib, yerdə qalan 1,7 milyon dollarını isə verməyib.

Ö.Orala bildirib ki, "Siyəzən Broyler" ASC bu pulları ödəməkdən imtina edir. "Emre Piliç" şirkətinin rəhbəri Ömür Oral bu pulları tələb etmək üçün Azərbaycana gələcəyini və lazımi instansiyalara şikayət edəcəyini bildirdikdə, M. Həsənli cavabında bildirib ki, "Siyəzən Broyler" ASC yüksək hakimiyyət dairələrinə məxsus olduğundan, bu şirkətə qarşı hər hansı addım atıla bilməz.

Ö.Oral belə səhv etsə, dərhal həbs ediləcək. Beləliklə də, M. Həsənli Ö.Oralın Azərbaycana gəlişinin qarşısını almağa çalışıb. Ö.Oral deyib ki, bu yolla M.Həsənli "Emre Piliç" şirkətinə çatası təxminən 1,7 milyon ABŞ dollarını qanunsuz şəkildə ələ keçirib. O, Azərbaycana gələndən sonra isə onun özünü təhdid etməyə, oğlunu öldürməklə hədələməyə başlayıb.
BiG.AZ

Xəbərlər     Baxılıb: 5817   Tarix: 04 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ən sağlam ət növü AÇIQLANDI

Bir çox insanın qərəzlə yanaşdığı və hətta mətbəxlərinə daxil etməkdən çəkindiyi bu qida, bədənin ehtiyac duyduğu əsas vitaminləri təkbaşına təmin etmək gücünə malikdir. xəbər verir ki, bu xüsusi növ immunitet sisteminiz

.

Baş ağrısı və nəfəs darlığı yaşayırsınızsa, diqqətli olun

Hipertoniya çox zaman baş ağrısı, ürək döyüntüsü və nəfəs darlığı kimi əlamətlərlə özünü göstərsə də, mütəxəssislər xəstəliyin uzun müddət gizli şəkildə inkişaf edə biləcəyi barədə xəbərdarlıq edirlər. xəbər verir ki, kardiologiy

.

Daha bir ölkədə hantavirus aşkarlandı

Fransada hantavirusla bağlı narahatlıq artır. xəbər verir ki, səhiyyə naziri Stefanie Rist hantavirus epidemiyasına məruz qalan kruiz gəmisində olan fransız sərnişinlərdən birinin test nəticəsinin müsbət çıxdığını açıqlayıb

.

Basmatini taxtından saldı! Ən sağlam düyü növləri bəlli oldu

Düyü dünyada və ölkəmizdə ən çox istehlak edilən qidalar arasındadır. Lakin mütəxəssislər ağ düyüdən daha sağlam alternativlər axtaranlar üçün bir neçə xüsusi növü ön plana çıxarırlar. Emal edilməmiş və ya az işlənmiş b

.

Basmati düyüsündəki o "heyvani" qoxunun səbəbi bəlli oldu

Basmati düyüsünün özünəməxsus ətri bəzən gözlənilən fındıq qoxusu əvəzinə kəskin "tövlə" və ya "axır" qoxusunu xatırlada bilər. Bu vəziyyət həm düyünün təbiətindən, həm də saxlama şəraitindən qaynaqlan

.

Qandakı zərərli yağları azaldan möcüzəvi QİDA

Sinir liflərini qorumaq, D vitamini sintez etmək və hormonların yaranması üçün vacib sayılan yumurta yüksək qida dəyəri ilə seçilir. xəbər verir ki,mütəxəssislər bildirirlər ki, yumurta zülal baxımından ən keyfiyyətli qidalarda

.

Səhərlər ilıq su içsək, nə olar?

Səhər oyandıqdan sonra bir stəkan ilıq su içmək sadə görünsə də, orqanizm üçün olduqca faydalı bir vərdişdir. Həkimlər bu adəti həm ümumi sağlamlığın qorunması, həm də bir çox problemlərin qarşısının alınması baxımından tövsiy

.

Bədəninizi alkoqoldan tez "təmizləmək" üçün sadə ÜSUL

Mütəxəssislər alkoqolun qalıqlarını daha sürətli azaltmağa kömək edən sadə bir üsul aşkar ediblər.  bildirir ki, kanadalı ekspertlərin bu üsulu hiperventilyasiya yəni intensiv nəfəsalma prinsipinə əsaslanır. Mahiyyəti nədir?

.

30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır

İlk 30 dəqiqə: Oyandıqdan dərhal sonra tərkibində 30 qram protein olan səhər yeməyi yeyilir. Protein seçimi: Bu proteinə karbohidratlar və sağlam yağlar da müşayiət edə bilər. 30 dəqiqə idman: Ardınca 30 dəqiqə ərzində aşağ

turlar.az

sac duzumleri gelinlikler adlarin menasi 2026 geyimi balqabaq plov cinsi sağlamlıq gözəl xanım kosmetika qaynanaya aid maya maskasi rus dilin nece orenek sirin qogal kley lekesi