Azərbaycanlı aktrisa: "Mənlə yaşıd olanı sevə bilmərəm, yaşlı kişilərə"

Çəkildiyi "Səfərin ailəsi", "Bacanaqlar", "Tufanlı Səma", "Qanlı yanvar", "Üç badam, bir qoz" filmlərində oynadığı maraqlı obrazları ilə diqqət çəkib. Xarici görünüşünə və naz-qəmzəsinə görə rejissorlar onu çox vaxt sevgili, katibə obrazlarına dəvət edirlər.

Yaşar Nurinin yetirməsi, gənc aktrisa Mila Əminənin Yeniçağ.az-a müsahibəsini təqdim edirik.

– Fikir vermişəm, əksər filmlərdə və seriallarda yalnız sevgili obrazında çəkilirsən. Maraqlıdır, rejissorlar səni başqa obrazda görə bilmir?

– Vallah, özüm də bilmirəm səbəbini. Filmin adını deməyəcəm, ilk dəfə rejissor məni görən kimi dedi ki, bu görünüşünlə səni ancaq sevgili obrazında görürürəm. Bilmirəm nədənsə, əksər serial və filmlərdə hansısa kişinin ya sevgilisi oluram, ya da katibəsi.

– Bəs rejissorların bu təklifi ürəyincə oldu?

– Müğənni-bəstəkar Elza Seyidcahanın bir mahnısı var: "dondan-dona girərik, sevilərik-sevərik, milyon həyata gəlib, milyon dəfə ölərik". Əgər bu, mənim sənətimdirsə, sənətimi sevirəmsə, obrazın öhdəsindən gəlirəmsə, tamaşaçı tərəfindən qəbul olunuramsa, niyə də etiraz edim?

– Amma həmkarların arasında etiraz edənlər də var…

– Rejissor məni o rolda görürsə, mən də öhdəsindən gəlirəmsə, qəbul edirəm.

– Sevgili obrazından sonra yəqin ki, zəhləni tökənlər də çox olur?

– Hə, sosial şəbəkədə o qədər yazırlar, amma heç birinə cavab vermirəm. Ardından da yazırlar ki, sən çox özündənrazı xanımsan. Baxır nə barədə. Görəndə ki, kimsə mənə sevgi dolu etiraflar edir, cavablandırmıram.

– Açıq-saçıq təkliflər olur?

– Bu yaxınlarda Türkiyədən mənə təklif gəldi. Dedilər, böyük pul müqabilində gecə geyimlərini geyinib, reklam etməyinizi istəyirik. Onu da dedilər ki, bu şəkillərin İstanbulda yayılacaq. Razılıq vermədim.

– Niyə?

– Mentalitetimizə uyğun deyil.

– Bəs bayaqdan deyirsən, rejissor hansı rolu versə oynayaram?

– Lap açıq geyinib, özümü biabır etmərəm. Bunu özümə yaraşdırmıram.

– Niyə ki, dünya ulduzları da alt paltarlarını da reklam edir…

– Onlar edir e, amma mən bunu Azərbaycanda edə bilmərəm.

– Demək ki, cəmiyyətdən, söz-söhbətdən qorxursan?

– Yox cəmiyyətdən qorxmuram və heç vaxt da cəmiyyətin fikri ilə oturub-durmamışam.

– Bəs bayaqdan deyirsən mentalitet-filan…

– Sadəcə, bu, Azərbaycanda mümkün deyil. Ailəm də buna imkan vermir. Mən xarici ölkələrdə yaşasaydım, ya işləsəydim, buna razılıq verərdim.

– Getdiyin məclislərdə, tədbirlərdə səni ən çox hansı rolunun adı ilə çağırırlar?

– "Tufanlı səma" serialındakı adımla… Mənə "Səma" deyirlər.

– Filmlərdə gözəl sevgilisən, bəs həyatda?

– Yox, sevgi-zad istəmirəm. Sevgiyə başım qarışsa, onda sənətdən uzaq düşərəm.

– Hardan bilirsən?

– Başıma gəlib, bir dəfə sevmişəm, bir il sənətimdən ayrı düşmüşəm. Nəinki sənətdən e, həyatdan uzaqlaşdım. Ona görə də dəyməz.

– Axırı necə oldu?

– Bir il onun sevgilisi oldum, axırda da başqası ilə evləndi, ayrıldıq.

– Niyə?

– Xəyanət elədi.

– Sənin kimi gözəl xanıma?

– Elə gözəl xanıma xəyanət edirlər də.

– Depressiyaya düşmədin ki?

– Düşdüm, fikir elədim.

– Növbəti dəfə seçim edəndə ehtiyatlı olarsan.

– Elə edəcəm. Heç vaxt özümlə yaşıd oğlan seçməyəcəm. Kişi məndən on-on beş yaş böyük olmalıdır.

– Qoca kişini neynirsən ki?

– Həyat təcrübəsi məndən üstün olmalıdır. Eyni yaşıdımı heç vaxt sevə bilmərəm. Özüm belə qərar vermişəm. Niyə vaxtım boşuna getsin ki…

– Yəni indiki oğlanlar deyirsən vaxt aparır?

– Hə, çoxundan narazıyam. Dəyər verməyi bacarmırlar. Bütün xanımlar mənimlə razılaşar yəqin. İndiki oğlanlar bu gün sevgilisindən ayrılır, iki gündən sonra başqa qızın yanında olur. Heç iki gün də qəm çəkmir. Üçüncü gündə hamısı sosial şəbəkədə özünə sevgili axtarır.

– Amma 15 yaş böyük kişilərin çoxu evlidir axı?

– Niyə 35-36 yaşında həyatını quran kişilər var. Hər halda biləcəksən ki, yanında kişi gedir.

– Birdən evli kişi sənə aşiq oldu, dedi ki, səni saxlayım, razılıq verərsən?

– Yox, razılıq vermərəm.

– Elə təkliflər olur?

– Əlbəttə olur. O təkliflərə qarnımız toxdur. Mən satılacaq qadın deyiləm, mənə dəyər verən kişi yanımda olmalıdır.
Azərbaycanlı aktrisa: "Mənlə yaşıd olanı sevə bilmərəm, yaşlı kişilərə"Azərbaycanlı aktrisa: "Mənlə yaşıd olanı sevə bilmərəm, yaşlı kişilərə"Azərbaycanlı aktrisa: "Mənlə yaşıd olanı sevə bilmərəm, yaşlı kişilərə"

Xəbərlər     Baxılıb: 2156   Tarix: 28 aprel 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Gen terapiyası ilə çox yaşamaq mümkündür?

Dr. Syuell gen terapiyasını belə izah edir: "Problemin yaranmasına icazə verib sonra onun fəsadları ilə mübarizə aparmaq əvəzinə, problemin ən başdan yaranmasının qarşısını alırıq". Onun fikrincə, gen terapiyas

.

Bir məşq səkkiz xroniki xəstəlik riskini azaldır

Tədqiqatçılar Böyük Britaniya Biobank məlumatlarından istifadə edərək təxminən 470 min insanın hərəkətlərini 9 il boyunca izləyiblər. Nəticələr göstərib ki, ümumi fiziki fəallığının cəmi 4 faizini yüksək intensivlikli məşqlər

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

turlar.az

geymler 2026 geyim və ayaqqabılar qadin sayti öskürəyin təbii müalicəsi limon maskasi bilinçik resepti balın faydaları kosmetika hakista novruz bayramina aid hakistalar itburnu vətən həsrətinə aid bayatılar vetene aid atalar sozu