Azərbaycanlı aktyor təhqir etdi: "İndiki komediyalar bambılılıq, obrazlar isə bambılı obrazlardır"

Aktyorların qonorarları çox aşağıdır

Film sənayesinin inkişafı birbaşa ona ayrılan maddi vəsaitdən asılıdır. Bura eyni zamanda sənət adamlarının, aktyorlarının maddi rifahları da daxildir. Yaradıcı insanların güzəranın yaxşılığı onların yaradıcılığına birbaşa təsir edən amildir.

Məhz həvəslə baxdığımız dünya ulduzları bir film çəkilişlərindən ağlasığmaz qonorarlar alır.

Məsələn, aktyor Dueyn Conson ötən il ərzində 64 milyon dollardan çox qazanc əldə edib. Onun rol aldığı film isə kinoteatrlardan 474 milyon dollar gəlir əldə edib.

Aktrisa Cennifer Lourens isə 2016-cı ildə bank hesabını 46 milyon dollar artırıb. "Ac oyunlar" və "İks adamlar" filminin əsas qəhrəmanı olan aktrisa oynadığı filmlərə 653 milyondan çox qazanc gətirib.

"Çətin tapşırıq" filmlərinin baş qəhrəmanı Tom Kruz isə keçən il 53 milyon, Ceki Çan 61 milyon, Skarlett Yohansson 25 milyon, Cennifer Eniston isə 21 milyon dollar qazanıb.

Onların hər biri qiyməti on milyonlarla ölçülən imarətlərdə yaşayır.

Azərbaycanda isə vəziyyət təmamilə fərqlidir.

Aktyor Anar Əliyev bu haqda geniş və ətraflı məlumat verdi. O, hazırda çəkilən film və seriallarda aktyorlara verilən qonorarın utancverici məbləğ olduğunu dilə gətirdi:

"Bu gün filmlərdə bir aktyora verilən məbləğ 50-100 manat arası dəyişir. 100 manatı da nadir hallarda verirlər. Ən yaxşı halda xalq artistlərinə verilən qonorar 75 manatdır".

O, bu gün aktyorların müqaviləsiz işə cəlb olunmasından da narahatlığını bildirib:

"Müqavilə tələb edən kimi "demaqoq" adlandırıb, çəkilişdən kənarlaşdırırlar. İndi rejissorlara güclü aktyorlar lazım deyil. Film çəkənlər ancaq ucuz başa gələn, çox gəlir götürəcək iş barədə düşünürlər".

"Kağız qəbir" filmində baş rolu canlandıran Anar Əliyev bu film üçün də qonorarının az olmasını bildirdi:

"Bu film türklər tərəfindən maliyyələşdirilmişdi. Buna baxmayaraq baş rolu canlandırmaq üçün qonorarım heç 500 manat da deyildi. Amma bu vətənpərvər ruhda olan film olduğundan mən buna razılaşdım. Pul verməsəydilər də, mən o filmə çəkilərdim. Filmin çəkilişləri həm Azərbaycanda, həm də Türkiyədə reallaşdı. Orada bizə olan münasibəti görən aktyorlar təəccüblərini gizlədə bilmirdilər. Hətta zarafatyana da deyirdilər ki, evdə görmədiyimiz diqqəti bizə burada göstərirlər. Bu, sənətə və sənətçiyə olan qiymət idi. Bu münasibətin qarşılığında aktyor daha da həvəslə öz rolunu canlandırır.

Bir sıra serialda epizodik rol oynayan aktyor heç vaxt serialda çəkilməyəcəyini bildirib:

"Çox qəribə tendensiya yaranıb. Aktyorlar seriala çəkilir. Rejissor ilə aktyor arasında münasibət pis olsa, dərhal həmin obraz serialda ölür və onu başqası ilə əvəz edirlər. Ya da 4-5 seriya çəkilir, amma aktyorlara pul verilmir. Serial efirə çıxdıqdan sonra çəkiliş sənət adamları qonorarlarını alır".

Anar Əliyev yerli tamaşaçıdan da narazılığını bildirib:

"Bu ilin əvvəli "Kağız qəbir" filminin təqdimatı oldu. Çox sayda ziyalı adam gəldi. Amma zal ağzına kimi dolmadı. Gəlin ondan bir gün əvvəl və bir gün sonra təqdim olunan komediya filmlərinə baxaq. İynə atmağa yer yox idi. Mən komediya filmlərinin əleyhinə deyiləm; əgər o komediya situasiyaya uyğundursa. Amma söz oyunu olan komediyalar, ağzına gələni deməklər, özünü dəliliyə vurmaq komediya deyil. Əliağa Ağayevin "Odey, taksi, min, get", Bəşir Səfəroğlunun "Ölünün də qıdığı gələr?" sözləri indiyədək hər kəsin yadındadır. Bunlar komediyadır. İndikilər isə bambılılıqdır. Kimin yadındadır, indiki komediyalardan olan sözlər? İndiki obrazlar da bambılı obrazlardır".

Qeyd edək ki, Azərbaycanda əksər sənət adamları kasıb şəraitdə yaşayır. Bəziləri isə kasıbçılıq içində, xəstəliklərini müalicə etməyə maddi imkanı olmadığından dünyalarını dəyişiblər. Onların sırasında Xanım Qafarovanı, Nuriyyə Əhmədova, Gülnar Salmanovanı misal göstərmək olar.
Azərbaycanlı aktyor təhqir etdi: "İndiki komediyalar bambılılıq, obrazlar isə bambılı obrazlardır"Azərbaycanlı aktyor təhqir etdi: "İndiki komediyalar bambılılıq, obrazlar isə bambılı obrazlardır"Azərbaycanlı aktyor təhqir etdi: "İndiki komediyalar bambılılıq, obrazlar isə bambılı obrazlardır"Azərbaycanlı aktyor təhqir etdi: "İndiki komediyalar bambılılıq, obrazlar isə bambılı obrazlardır"

Xəbərlər     Baxılıb: 1886   Tarix: 24 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Yatanda ayağınızı örtməyin - SƏBƏB

Yuxu zamanı bir çox insan fərqinə varmadan ayaqlarını yorğanın altından çıxarır. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu davranış təsadüfi deyil və orqanizmin təbii mexanizmi ilə bağlıdır. Həkimlərin sözlərinə görə

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

turlar.az

gozel gorunmek adlarin menasi makiyaj instagram ailə hamiləlik xəstəliklər zorlama səhnə qadindunyasi.az kosmetika vətənə aid bayatılar novruza aid hakisda dolca birlik haqqinda brusell bakteriyası