Azərbaycanlı iştirakçı "İşte Benim Stilim"də qovuldu - VİDEO
"İşte Benim Stilim"də iştirak edən azərbaycanlı iştirakçı Vəfa Əlizadə dünənki efirdə qalmaqal yaşayıb.
Xanim.az xəbər verir ki, həmyerlimiz münsiflər heyətinin qarşısında olarkən yarışmaçıların gülməsinə əsəbiləşib. Daha sonra o, yerinə oturmağa gedəndə digər iştirakçı Burcu Yakasızı təhqir edib.
Burcu etirazını bildirdikdən sonra münsiflər kürsüsündə oturan Kamal Doğulu da Vəfaya xəbərdarlıq edib. Aparıcı Öykü Serter Vəfanın sakitləşməsi üçün studiyadan çıxmasını istəyib. Öykü V.Əlizadənin ilk xəbərdarlığını alacağını bildirib.
f Paylaş