Azərbaycanlı məmur vəzifəsindən çıxarıldı, qızının toyunu təxirə saldı - Dəvətnamələr paylanıbmış...
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov qızının toyunu təxirə salıb.
Xanim.az xəbər verir ki, bakupost-un əldə etdiyi məlumata görə, ötən ilin dekabrında nişanlanan Kəmalə İbrahimovanın toyu aprelin 14-də baş tutmalıymış. Hətta toyun məkanı danışılıb, dəvətnamələr də paylanılıbmış. Belə ki, toyun keçiriləcəyi məkan olaraq "Alov qüllələri"ndəki "Fairmont" otellə razılıq əldə olunub, təşkilati işlər də tamamlanıb. Lakin növbədənkənar prezident seçkilərindən sonra toy təxirə salınıb. Qonaqlara isə səbəb kimi prezident seçkilərindən sonra tədbirlərin çox olduğu, məhz bu səbəbdən toyun başqa tarixə keçirildiyi deyilib.
Mənbənin saytımıza verdiyi məlumata görə, toyu təxirə salan tərəf İbrahimovlar olub. Buna səbəb isə N. İbrahimovun seçkilərdən sonra formalaşdırılacaq yeni kabinetdə yer almayacağı barədə xəbərlər alması olub.
Bundan başqa, toyun keçiriləcəyi məkan üçün və təşkilati işlərə xeyli miqdarda pul xərclənilib.
Qeyd edək ki, K.İbrahimova "DeCamie" moda evinin sahibidir.
Məlumat çün bildirək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-də baş tutub. Seçkilərdən sonra aprelin 18-də Nazirlər Kabineti tam tərkibdə istefaya göndərilib. Prezident İlham Əliyevin sərəncamı ilə N. İbrahimovun yerinə deputat Fuad Muradov təyin edilib. Beləliklə, N. İbrahimov NK-dan uzaqlaşdırılıb.










Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Acqarına qara istiot çeynəməyin faydaları
Tarix Əliyev bu qurumdan şikayətçidir - FOTO
Uzunömürlülük və güclü əzələlərin sirri
Qaynadılmış suyu niyə yenidən qaynatmaq olmaz?
Qoxu itkisi və yuxusuzluğa diqqət: Gizli əlamət ola bilər
"Bezdik, bu qədər cərimə olmaz, 700 manat ödəmişəm
Çuğundur şirəsinin faydaları: Niyə içməliyik?