Azərbaycanlı müğənni Rusiyada qəzada öldü - VİDEO
Reyhan adlı azərbaycanlı müğənni Rusiyada dünyasını dəyişib.
azxeber.com bizim media-ya istinadən xəbər verir ki, bu haqda aktyor və aparıcı Sərxan Kərəmoğlu sosial şəbəkə hesabında məlumat yayıb.
O, həmin xanım sənətçinin dəhşətli avtomobil qəzasında vəfat etdiyini açıqlayıb.
Qəzadan sonra videogörüntüləri və Reyhanın fotosunu izləyiciləri ilə bölüşən Sərxan "Reyhan, Allah sənə rəhmət eləsin. Çox üzüldüm. Reklam sevməyən müğənni idi" sözlərini əlavə edib.
Aktyor bildirib ki, qəza dekabrın 19-dan 20-nə keçən gecə Rusiyanın vilayətlərinin birində baş verib.
"Avtomobildə dörd nəfər olub. Reyhan xanım və üç nəfər isə musiqiçi olub. Onlar toydan qayıdarkən avtomobil qəzasına düşüblər. Musiqiçilər sağ qalsa da, Reyhan xanım aldığı ağır xəsarətlərə görə vəfat edib. Reyxan xanım 30 ildir ki, Moksvada yaşayırdı. Əslən Yevlaxdandır. Çox gözəl müğənni idi. Ailəsinə və yaxınlarına səbr diləyirəm. Allah rəhmət eləsin", - deyə S.Kərəmoğlu vurğulayıb.










8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq