Azərbaycanlı şairdən BƏD XƏBƏR: hazırda vəziyyəti ... - FOTOLAR

Azərbaycanlı şairdən BƏD XƏBƏR: hazırda vəziyyəti ... - FOTOLARAzərbaycan Yazıçılar Birliyinin üzvü, 60 yaşlı şair Fəzail İsmayıl üzvü olduğu qurumun binasında ağır fiziki təzyiqə məruz qalıb.
Xanim.az xəbər verir ki, bu barədə musavat.com-a F.İsmayıl özü bildirib.

Onun sözlərinə görə, hadisə mart ayının 17-də, saat 16.30 radələrində baş verib. Dediyinə görə, AYB-yə həm sədr Anarın bahar bayramını təbrik etməyə, həm də yaxınlaşmaqda olan yubileyi ilə bağlı danışmağa gedibmiş: "Amma Anar müəllimin müşaviri Rauf Aslanov onunla görüşməyimə imkan vermədi. Mən bundan öncə də 7-8 dəfə Anar müəllimin qəbuluna getmişəm. Amma hər dəfə də bu adam məni təhqir edib yollayıb. Bu dəfə də eyni şey baş verdi. Mənimlə söyüş söyərək danışmağa başladı. Heç gözləmirdim. Amma az keçmədən gözləmədiyim vəziyyətdə zərbələrlə vurdu. Başıma, ənsəmə. Yumruqla, kitabla... Gözümdə də korluq əmələ gəldi. Oranın üç qadın və bir nəfər boylu-buxunlu işçisi məni tutdular, otaqdan çıxardılar. Amma ona qədər mən 3-5 dəqiqə boyunca o zərbələri almışdım. Həmin adamlar da dedilər ki, Rauf Aslanov xəstədir, ona fikir vermə. Bilirsiz, bu adam dövlətin biz şair-yazıçılara verdiyi pulu yeyib harınlayanlardandır. Hətta mən ona bu dava zamanı dedim ki, mən hər zaman dövlətin tərəfində dayanmışam. O da qayıtdı ki, "tüpürüm sənin şeirinə də, poemana da. Mən sağ olduqca sən bu dövlətdən təqaüd almayacaqsan. Axırda da dedi ki, bir də bura gəlsən, leşin çıxacaq"".

F.İsmayılın sözlərinə görə, başından aldığı kəskin zərbələrin nəticəsində həmin gün səhhəti pisləşib və qusmağa başlayıb. Ardınca isə təzyiqi yüksəlib: "Evə təcili yardım gəldi. Sonra həkimə getdim. Sonradan əhvalım lap pisləşdi. Damarımdan qan götürdülər. Həkimlər mənə ev şəraitində qalmağımın səhhətimi pisləşdirəcəyini dedilər. Mən də "Semaşko"ya gəldim. Hazırda neyrocərrahiyyə şöbəsində müalicə olunuram".
Azərbaycanlı şairdən BƏD XƏBƏR: hazırda vəziyyəti ... - FOTOLARF.İsmayıl hadisə ilə bağlı Səbayel rayon 39-cu polis bölməsinə şikayət edib. Olayla bağlı ekspertiza da keçiriləcək. Müsahibimizin sözlərinə görə, hadisə AYB sədri Anarın otağının qarşısında baş verib və çox güman ki, onun da xəbəri olub. Amma o, AYB sədrinin buna reaksiya vermədiyini dedi: "Hadisə nəticəsində mənim görmə qabiliyyətim azalıb. Mən özüm də onkoloji xəstəyəm. Sədrlə görüşmək istədiyim üçün nəyə görə bir qoçu tərəfindən döyülməliyəm?"

Hadisə ilə bağlı ittiham olunan tərəflər danışıb. R.Aslanov açıqlamasında bildirib ki, F.Ismayılın sözügedən tarixdə AYB-nin binasında yol verdiyi hərəkət aktlaşdırılıb: "Bayramdan öncə axırıncı iş günü idi və saat 6-ya 10 dəqiqə işləmişdi. Gəlib deyir ki, mən Anarın yanına keçmək istəyirəm. Ona deyiləndə ki, iş günü bitib və bu, mümkün deyil, o zaman artıq-əskik danışmağa başladı. Döyülmək söhbəti isə yalan və şərdir. Orda 5 adam olub, o da aktlaşdırılıb. Məruzə olunub rəhbərliyə. Biz orda adam vuranıq? Adamdır da, çox şey deyə bilər. Mən ondan şikayətçi olmadım.O rəhbərliyi təhqir elədi, içi biz qarışıq. Biz də ona bildirdik ki, belə şey etmək olmaz?"

Müsahib şairi "bir də bura gəlsən, leşin çıxar" deyə təhdid etmədiyini bildirdi. R.Aslanovun dediyinə görə, AYB üzvü olan birinə belə bir söz deməyə nəinki mənəvi, heç hüquqi ixtiyarı yoxdur: "Elə şey olar? Mən orda adi müşavirəm. Ona necə deyə bilərəm ki, bura bir də gəlsən, leşin çıxacaq. O, hara istəsə müraciət edə bilər. Yazdığı bir poema var ki, bizim əlimizdədir. Ağzına gələni yazıb, verib çapa. Özü bilir nələr yazıb orda. Səsini çıxarsa, o sənəd də açıqlanacaq. Siz onun özündən soruşun ki, Raufun əlində nə sənədi var, o, özü biləcək. Sadəcə üzvümüzdür. Poeması var. Orda nə yazıb, yaxşı bilir".

R.Aslanov bildirdi ki, hadisə barədə Anar müəllimin də xəbəri var: "O, otağa girməyib. Sadəcə koridorda dayanıb ki, keçmək istəyirəm. Biz də ona izah etmişik ki, belə olmaz. Onu işçilərimiz yola salıblar. Biz aktlaşdırmışıq ki, o, özünü pis aparıb. Onun etmək istədiyinin qarşını aldıq. Bu və bunun kimiər gəlirlər, nəsə istəyrlər. Alınmayanda da şər-böhtanla məşğul olurlar. Bu adama Yazıçılar Birliyi iki dəfə torpaq alıb. Bu da hər ikisini satıb. Yenə nəsə istəyir, indi də başlayıb şərə".

Müsahib sonda onu da bildirdi ki, şairin iddialarının yalan olduğunu sübut edən faktlar ortadadır. R.Aslanov bu faktlardan biri kimi özünün yenicə ağır əməliyyatdan çıxdığını və qolunu qaldıra bilmədiyini vurğuladı: "Mən martın 8-də, 6 saatlıq ağır əməliyyatdan çıxmışam. Əməliyyat o qədər həssas və ağır idi ki, ölkə xaricində etdirmişəm. Hələ də tikişdəyəm. Onu istəsəm də vura bilmərəm. Ona bir yumruq vursam, ya da sərt hərəkət etsəm, tikişim açılar. Bunu sübut edən həkim rəylərim var əlimdə. Barəmdə deyilənlərin hamısı şər-böhtandır".

Azərbaycanlı şairdən BƏD XƏBƏR: hazırda vəziyyəti ... - FOTOLAR

Xəbərlər     Baxılıb: 3471   Tarix: 24 mart 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

turlar.az

qadın geyimi geyim və ayaqqabılar geymler 2026 qarabasaq pehrizi qadın müdafiəsi sellulit elm haqqında aforizmlər kosmetika cinsi əlaqə xanım az azerb clpaq qadinlari nagillar ana haqqinda bayati