Azərbaycanlı xalq artistinə qarşı SUİ-QƏSD: "Yeməyimə şüşə qırığı atdılar"

Azərbaycanlı xalq artistinə qarşı SUİ-QƏSD: "Yeməyimə şüşə qırığı atdılar"Qadinsayti.az Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Ağaxan Salmanlının milli.az-a müsahibəsini təqdim edir.

- Ağaxan müəllim, çox deyirdiniz elə, məni filmlərə çəkmirlər, axır ki, çəkildiniz. Gənclərin ekranlaşdırdığı "Naxox" adlı filmdə sizi də gördük.

- Mən demirəm, çəkmirlər, dəvətlər çox olur, sadəcə olaraq, özüm çəkilmirəm. Daha doğrusu, seçim edirəm. Əvvəlcə ssenariyə baxıram. Görsəm ki, həmin rol yaradıcılığıma yeni nəfəs gətirəcək, qonorarı ikinci plana salıram. Yox, görəndə ki, ssenari ürəyimcə deyil, o halda qiymət oxuyuram. Elə bir məbləğ deyirəm ki, qaçırlar. Ya əlləri gəlmir verməyə, ya da o qədər pulları olmur.

- Bu da ürəyinizcə olmayan filmə çəkilməmək üçün bəhanənizdir yəni. Deyin görək, bir film üçün nə qədər qonorar alırsınız? Bilirəm, səmimi insansınız, bəziləri kimi "yox, qonorarın məbləğini açıqlamıram" deməyəcəksiniz.

- Əgər filmin çəkilişi bir günlükdürsə, min manat, beş günlükdürsə, beş min manat. Əgər ssenari xoşuma gəlirsə, üç gün üçün də min manata razılıq verirəm.

- Bəs sonuncu çəkildiyiniz filmdə qonorardan razı qaldınız?

- Açığını deyim ki, bu filmə dəvət alandan bir qədər əvvəl məni başqa bir filmə çağırmışdılar. Getdim, baxdım, nə ssenari məni qane elədi, nə də qonorar. Qayıdıb bu filmə çəkildim. Burada mənə maliyyə güzəşti də olundu, həm də ssenari xoşuma gəldi. Cavanlar məni hörmət-izzətlə qarşılayıb, yola saldılar.

- Belə də ki, maşallah, heç çeviklikdə cavanlardan geri qalmırsınız ha?

- Bax gözün dəysə, sabaha qədər başıma bir iş gəlsə, yazıb internetdə yayacam ki, ay camaat, jurnalist Cəvahirin mənə gözü dəydi.

- Narahat olmayın, gözümdə yoxdur... Siz deyin görək, filmdə necə uçurdunuz e?

- Hə, orada bir kadr vardı, uçmalıydım, uşaqlar dedilər ki, kaskadyor çağıraq. Dedim, əşşi, qocalmamışam ki, mənim yerimə kimsə oynasın. Amma öz aramızda qalsın, nə təhər uçdumsa, Allah məni saxladı. 99 faiz ölmüşdüm. Uçanda köynəyimin yaxası dartıldı və başladım boğulmağa. Nə baş verib, xəbərim olmayıb. Sonradan mənə dedilər ki, sən yuxarıda çabalayanda biz burada ölmüşdük. Beş dəqiqə sonra özümə gəlmişəm. Amma çəkilişi dayandırmadım.

- Elə məni qaralamısınız, bəs niyə demirsiniz ki, o cavan aktyorların da sizə gözü dəydiyi üçün az qala boğulacaqdınız?

- Elə onları da deyirəm. (gülür)

- Yəqin ki, bu illər ərzində səhnədə ekstremal vəziyyətə düşdüyünüz məqamlar az olmayıb...

- Cəmi bir dəfə olub. "Günaydın, əlahəzrət" tamaşasında kasıb ailənin uşağı rolunda çıxış edirdim. Tamaşada belə bir səhnə var, cəzalandırılıram və otağa salınıram. Orada pəncərədən mənə yemək verirlər, mən də vəhşicəsinə yeyirəm. Tamaşaların birində rekvizit Tamara İvanovnanın mənim üçün hazırladığı məxsusi yeməyi yeməliydim. Elə yeməyi ağzıma aparan kimi hiss etdim ki, ağzımda şuşə qırığı var. Tez arxamı zala çevirib, yeməyi qaytardım, amma özümü elə göstərdim ki, güya yemək yeyirəm. Məni Allah saxladı onda. Səhnədə dekorasiya dəyişən kimi o nimçəni yox eləmişdilər. Nə qədər axtardılar, teatrda o nimçəni tapan olmadı.

- Sizcə, kim eləmişdi bunu, hər halda bu qabaqcadan planlaşdırılıbmış?

- Çox güman ki, planlaşdırılıbmış. Amma heç kimdən şübhələnmədim. Mənim teatrda heç kimlə düşmənçiliyim olmamışdı. Tamara xala and-aman elədi ki, bu şüşədən xəbəri yoxdur. O yazıq nimçəni hazırlayıb, səhnənin kənarına qoyub getmişdi. Şüşə qırığı sonradan atılmışdı boşqaba.

- Küsülü ola-ola səhnəyə çıxdığınız aktyorlar da olub, yəqin...

- Ola bilər, kimləsə küsülü olum, kimdənsə xoşum gəlməsin, amma bərabər səhnəyə çıxmışıq. Heç vaxt aktyorun ixtiyarı yoxdur ki, buna etiraz eləsin.

- Maraqlıdır, tamaşa zamanı hansısa aktrisa qucaqlama, ya öpüş səhnəsinə görə etirazını bildirib?

- Elə şey mümkünsüzdür ki, aktrisa hansısa səhnəni oynamağa etiraz eləsin. Həmin aktrisanı dərhal teatrdan qovardılar.

- Həyat yoldaşınızı tamaşalarınıza aparırsınız heç?

- Həmişə aparmışam.

- Sizi gözəl aktrisalara qısqanmayıb ki?

- Mən özümü elə aparmamışam ki, o məni qısqansın.

- Amma zaman-zaman aktyorların xanımları onları səhnədəki tərəf-müqabillərinə qısqanıblar...

- O aktyorlar özlərini yaxşı aparmayıblar və buna görə də xanımları onları qısqanıblar. Mən həmişə özümü yaxşı aparmışam və aramızda da inam olub. Onu da sənə deyim ki, hələ ömrümdə bir dəfə də olsun xanımım mənə belə şəxsi suallar verməyib. Belə sualları səndən eşidirəm.

- Elə belə suallarla sizi yormadığı üçün cavan qalmısınız da...

- Bu il martın 8-də ailə qurmağımızın 43 ili tamam olacaq. Yox, cavan qalmağımın səbəbi genetika ilə bağlıdır.

- Deyəsən, gec evlənmisiniz?

- 33 yaşımda. Mən karyerist adamam, ona görə gec evləndim. Xanımımla özümüz gördük bir-birimizi, özümüz də sevdik. Ailə qurmağımıza kimsə müdaxilə etməyib.

- Bu illər ərzində kim kimə daha çox dözüb?

- İkimiz də, o mənə, mən də ona. Mən pozitiv adamam. Həyat eşqim çox güclüdür. Heç vaxt keçmişi özümlə bu günə daşımamışam, bu günümü və sabahı düşünmüşəm. Adam var e, soruşur, yadına gəlir, filan vaxt filan hadisə olmuşdu? Deyirəm, yox, yadıma gəlmir. 70 ilin yükünü dalınca aparasan - bu mənlik olmayıb.

- Formada qalmağınız üçün pəhriz saxlayırsız?

- Yox. Adam var, nəfsini saxlaya bilmir, basıb yeyir. Onda hava da, su da yağa gedir. Çünki artıq onda maddələr mübadiləsi pozulur. Mən 1964-cü ildə teatra gəlmişəm, həmin il tamaşalarda geyindiyim paltarları indi də geyinib səhnəyə çıxıram. 30 il əvvəlin şalvarı elə bil əynimə biçilib.

- İnsanlarla rəftarda xüsusi bir silahınız varmı?

- İnsanları sevirəm, hətta məni sevməyənləri də. Buna görə də onlar məcburdurlar məni sevsinlər.

- Bəs ata kimi necə, sərtsinizmi?

- Qətiyyən. Amma tələbkaram. İki oğlum var, biri hüquqşünasdır, o biri iqtisadiyyatı bitirib. Uşaq vaxtı biri qarmon, o biri tar sinfinə gedirdi. Heç biri aktyor sənətini seçmədi, amma mən də onların seçiminə müdaxilə etmədim.

- Teatrdan başqa məşğuliyyətiniz varmı?

- Mən zəhməti çox sevirəm. Bağda işləməyi, xarratlıq etməyi xoşlayıram. Bir də zaman-zaman hobbilərim olub. Cavanlıqda qızılgül açıqcaları yığırdım. Böyük bir kolleksiyam vardı. Bir dəfə xaricə getmişdim, qayıdanda kolleksiyamı tapa bilmədim. Oğlanlarım həmin açıqcaları yazıb, məktəbdəki qızlara paylamışdılar. Ondan sonra bu vərdişi tərgitdim. İndi də əntiq əşyaları toplamağı sevirəm. Evdə anamın cehizi olan iki qədim lampa var, hərdən işıqlar sönəndə istifadə də edirik. Qədim mebel, masa, şkafları yığıram.

- Əməlli-başlı xəzinəniz varmış ki... Birdən oğlanlarınız açıqcalar kimi bu əşyaları da dost-tanışlarına paylayarlar e...

- Yox, o da bir iş idi, həm də uşaq idilər. İndi buna cəsarətləri çatmaz.

Xəbərlər     Baxılıb: 3328   Tarix: 24 yanvar 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

geyim və ayaqqabılar toy gecesi kosmetoloq hind geyimləri qabyuyan masin 2026 donlari dünya mətbəxi kosmetika qadin saglamlig oğlan evine aid hakisda qiz adlari şəkərbura veten haqqinda bayati