Azərbaycanlılara səviyyəsiz deyən, boşandığı deyilən Günel: "Açıq-saçıq fotolar çəkdirib, partladaram"

Azərbaycanlılara səviyyəsiz deyən, boşandığı deyilən Günel: "Açıq-saçıq fotolar çəkdirib, partladaram"Üç ildir ki, Firuz adlı əcnəbi vətəndaşla ailə qurub, Amerikaya gəlin köçüb. Bir qız anası olan həmyerlimiz ilyarımdır ki, Azərbaycanda yaşayır.

Tanınmış aparıcı, cazibədar xanım Günel Hümbətovanı deyirəm.

O, yeniçağ.az-a müsahibə verib.

- Günel çoxdandır ki, Bakıdasan, nə əcəb həyat yoldaşın səni gözündən uzağa buraxıb?

- Qızım çox balacaydı, anam yanıma gəlib-gedə bilmirdi, fikirləşdim ki, mən gəlim bura. Orda da yaşayacam, burda da.

- Yoldaşın əcnəbidir?

- Müsəlmandır, atası tacik, anası özbək əsillidir. Onu da deyim ki, Firuzla ailə qurduğuma görə peşman deyiləm.

- Adət-ənənələrdəki fərq səni sıxmır ki?

- Yox, oxşar xüsusiyyətlərimiz çoxdur. Qayınanam özü başını bağlayan dindar xanımdır. Amma oğlu, yəni həyat yoldaşım çox açıqfikirli insandır.

- Bəs sənin açıq-saçıq geyimlərin onu qıcıqlandırmır ki?

- Əndazəni aşan açıq-saçıq geyimlər geyinmirəm. Bəlkə də ürəyində mənə irad bildirmək istəyər. Amma heç nə demir. Bəlkə də düşünür ki, irad söyləsə yoldaşımın xoşuna gəlməz. Buna görə heç nə demir.

- Yoldaşının sənə qadağaları var?

- Ümumiyyətlə, bizim bir-birimizə qadağamız olmayıb. İkimiz də azad insanlarıq. Həyat yoldaşımın Amerikaya gedib, yaşaması da azad olmasından irəli gəlib. Azadlıq o demək deyil ki, özbaşına yaşayırıq. Yox, o Amerikada yaşasa da, mütəmadi olaraq bir-birimizdən xəbərdarıq.

- Evli olduğunuz üç il ərzində səndə olan hansı xüsusiyyət onu cəlb edir?

- Bəlkə də azad olmağım, dünyagörüşümüzün uyğunluğu.

- Kişilər azad qadınları sevmir amma... Məsələn, evli kişilər heç vaxt xanımlarının aylarla onlardan aralı qalmasına icazə verməz.

- Hərdən mənə də bu sualı verirlər ki, necə ayrı qalırsınız? Nənələrimiz ömrü boyu ərlərindən ayrı qalıblar. Kişilər illərlə Rusiyada işləyib, pul qazanıb, arvadları da oturub uşaqlarını saxlayıb.

- Sonra da Rusiyadakı uşaqları ata axtarışı ilə Azərbaycana gəlib...

- Mən özümədən çox həyat yoldaşıma inanıram. Mən inanıram ki, onun həyatında heç bir qadın yoxdur, ola da bilməz.

- Əgər bilsən ki, sənə xəyanət edib, reaksiyan necə olar?

- Başıma gəlmədiyi üçün deyə bilmərəm, bu xəyanəti həzm edə bilərəm ya yox?! Amma ən azı qızımın atasıdır, istəmərəm qızım atasız böüyüsün. Çünki mən özüm də atasız böyümüşəm.

- Qarderobda mini ətəklər, dekoltelər çoxdur?

- Var. Əsas odur getdiyin məkana uyğun geyinəsən.

- Özünü gözəl hesab edirsən?

- Çoxlu komplimentlər eşidirəm... yəqin ki, eybəcər deyiləm. Ən çox da sosilal şəbəkədə yazırlar. Amma bütün komplimentlər də bir-birinə bənzəyir.
- Evli xanımlara da sevgi təklifləri olur.

- Mənə də yazırlar, amma hamısına baxıb gülürəm.

- Əsəbiləşmirsən ki?

- Yox, mən buna pis baxmıram. Kimsə kiməsə nəsə təklif edə bilər, bu, normaldır. Mən elə insanam ki, belə şeylərə sadəcə, şərait yaratmıram. İllərdir eyni telefon nömrəsini işlədirəm. Çünki bilirəm ki, insanlar tərəfdən mənə yersiz, xoşagəlməz təkliflər olmayacaq. İnsanlarla baryer saxlayıram.

- ATV-yə qayıtmaq fikrin yoxdur ki?

- Ümumiyyətlə, televiziyalara qayıtmaq fikrim yoxdur. Xaricdə yaşayacam, bura da gəlib-gedəcəm.

- Arada barəndə şayiələr də gəzdi, boşandığın, hətta izdivacının yalan olması ilə bağlı...

- Bilirəm. Öz qulağıma gəlib çatıb bu sözlər. Əsas odur doğmalarım ailəmi gözəl tanıyır. İnsanların mənim barəmdə nə düşünməsi vecimə də deyil. Çünki öyrəncəlidirlər. Bu gün məndən danışacaqlar, sabah başqasından. Xarici saytları izləyirəm, məşhurların fotoları, müsahibələri altında nələr yazırlar.

- Boşanmağa faciə kimi baxırsan?

- Qətiyyən. Sadəcə olaraq, kimsə boşanan kimi başlayırlar müzakirəyə, ağızlarına gələni yazırlar. Üç ildir ailə qurmuşam və mən ailə qurmamışam ki, dağıdım. Amma gələcəkdə hər şey ola bilər heç kəs heç nədən sığortalanmayıb. İndidən böyük-böyük danışa bilmərəm.

- Bəlkə bu şayiələri düşmənlərin yayır...Düşmənlərin çoxdur?

- Çalışıram dostlarım çox olsun. Üç ildir efirdə yoxam, amma hələ də gündəmdəyəm.

- Ümumiyyətlə, şayiələrə reaksiyan necə olur?

- Gülüb keçirəm. Efirə təzə-təzə çıxdığım vaxtlarda pis olurdum. Günlərlə özümə qapanırdım, indi bunu normal qəbul edirəm.

- Suallara qarşı çox həssassan, deyirsən azad fikirli insanam, amma insanların reaksiyasından narahatsan...

- Yox, sadəcə olaraq indi istəmirəm hamı məndən danışsın. Ona qalsa, açıq-saçıq fotolar çəkdirib, partladaram, amma istəmirəm.

- Adam var deyir məndə olan ətək, ya köynəkdən başqasının əynində görsəm havalanaram... Bəs sən?

- Açığı, mənim də xoşum gəlmir ki, geyindiyim paltardan başqasında olsun.

- Yəqin bu səbəbdəndir ki, öz geyim brendini yaratmaq fikrindəsən?

- Bəli. Tezliklə bu ideyamı reallaşdıracam. Hazırda işlər gedir. Geyim üzrə öz brendimi yaradıb, biznes fəaliyyətimlə məşğul olacam. Hamı Günel Hümbətova brendindən danışacaq.

Qeyd edək ki, bir müddət əvvəl tanınmış teleaparıcı Günel Hümbətova, sosial şəbəkədə Azərbaycan millətini təhqir edib.

"Millətimizin 80-90 faizi çox səviyyəsizdir. Qınamayın məni. Səviyyəsiz, savadsız , alçaq. İstəyirsiniz məni asın, kəsin, biabır edin! İstəyirsiniz saytlarda statusumdan xəbər düzəldin. Amma fikrimdən dönməyəcəyəm ki, dönməyəcəyəm !!!".

Xəbərlər     Baxılıb: 2638   Tarix: 25 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu vitaminləri ehtiyacınız yoxdursa, içməyin - XƏBƏRDARLIQ

Son illərdə vitamin və mineral əlavələrinin nəzarətsiz istifadəsi sürətlə artıb. qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan tövsiyələr, tanış məsləhətləri və "tez effekt" vədləri səbəbində

.

ÜST-dən hantavirusla bağlı XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus "MV Hondius" kruiz gəmisində yayılan hantavirusla bağlı ölkələrə xəbərdarlıq edib. xəbər verir ki,o, Madriddə keçirilən mətbuat konfransınd

.

Brazilya qozunun faydaları nələrdir ?

Brazilya qozu Amazon yağış meşələrinə məxsus olan böyük bir Cənubi Amerika ağacının (Bertholletia excelsa) yeməli toxumlarıdır. Bu qoz kokos qabığına bənzəyən bərk, odunlaşmış bir qabıq içərisində olur. Qabıq açıldıqda içində

.

Mədəniz narahatdırsa, bunları edin

Şişkinlik hiss etdikdə düzgün qidaları seçmək həzm sistemini rahatladır və qaz yığılmasını azaldır.  xəbər verir ki, bəzən az yesəniz də mədədə narahatlıq, sanki hədsiz yemiş kimi hiss edirsiniz. Bu vəziyyətdə qidalanmağınız

.

ÜST "Hantavirus"la bağlı təcili brifinq keçirdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) narahatlıq doğuran son Hantavirus epidemiyası ilə bağlı təcili media brifinqi keçirib. xəbər verir ki, sosial media kanallarında canlı yayımlanan görüş zamanı virusun qlobal yayılma risk

.

Dar paltarların gizli təhlükəsi - İnfeksiya riski

Gündəlik həyatda dar paltarlar - xüsusilə cins şalvarlar və bədəni sıxan geyimlər - dəb baxımından cəlbedici görünsə də, sağlamlıq üçün müəyyən risklər yarada bilər. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu cür geyimlə

.

Dəri sağlamlığı üçün ətir necə istifadə olunmalıdır?

Gündəlik istifadə olunan ətir və dezodorant məhsullarının düzgün tətbiqi ilə bağlı mütəxəssislər vacib məqamlara diqqət çəkirlər. Onların sözlərinə görə, ətirin birbaşa dəriyə vurulması bəzi hallarda arzuolunmaz təsirlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

yemek reseptleri sade makiyaj sekilleri həkim məsləhəti qaraqoyunlu dərəsi dogusdan sonra matkanin yigilmasi silikon dodaq məmməd ismayıl kosmetika baldiza aid hakisda kahfe fali hakista sozler dostluq baldiz