Azərbaycanlıların da çox getdiyi bu şəhərdə xəstəlik baş alıb gedir

Azərbaycanlıların da çox getdiyi bu şəhərdə xəstəlik baş alıb gedirSon günlər Türkiyənin Alanya bölgəsində uşaqlar arasında qəribə xəstəlik sürətlə yayılır.
Milli.Az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Əl-ayaq xəstəliyinə yoluxma halları xüsusilə məktəblilərdə tez-tez rast gəlinir və gigiyena qaydalarına əməl olunmayan şəraitdə asanlıqla yayıla bilir. Valideynlər artıq uşaqlarını məktəbə göndərməkdə tərəddüd edirlər. Bu vəziyyət Alanya sakinləri arasında narahatlığın daha da artmasına gətirib çıxarıb.
Bu xəstəlik yüksək hərarət, ağızda yaralar və əl-ayaq nahiyələrində səpgilər ilə özünü büruzə verir. Həmçinin, immuniteti zəif olan uşaqlar xəstəliyə qarşı daha həssasdır. Xəstəliyin əsas yayılma yolları isə birbaşa təmas və gigiyena çatışmazlığıdır.
Həkimlər valideynləri gigiyena qaydalarına ciddi riayət etməyə çağırır. Uşaqların tez-tez əllərini yuması, ümumi istifadə olunan əşyaların dezinfeksiya edilməsi və xəstə uşaqların ev şəraitində izolyasiya olunması tövsiyə edilir. Əlamətləri müşahidə olunan uşaqların isə dərhal tibb müəssisələrinə aparılması məsləhət görülür.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1152   Tarix: 17 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

yay kolleksiyasi kosmetoloq yemek reseptleri ana və uşaq aybaşı portagalin faydasi maraqli toy ideyalari kosmetika xerçeng xerceng muellim seiri xocali olumu