Azərbaycanlıların ən çox sevdiyi adlar - SİYAHI

Azərbaycanlıların ən çox sevdiyi adlar - SİYAHIAzərbaycanda ötən il (2016-cı ildə) doğulan körpələrə ən çox verilən ilk beş ad Yusif (3398), Zəhra (3008), Hüseyn (2363), Nuray (2176) və Əli (2197) olub.

Qadınsaytı.az xəbər verir ki, Ədliyyə Nazirliyindən report-a verilən məlumata görə, 2011-ci ildən 2017-ci ilə kimi ölkədə doğulan oğlan uşaqlarına verilən adlar arasında Yusif adı ilk yerdə olub. 2011-ci ildə 4170, ötən il isə 3398 körpəyə Yusif adı verilib. Ümumillikdə isə 2013-cü ildən sonra bu il də daxil olmaqla 17 minə yaxın körpəyə Yusif adı qoyulub.

2011-ci ildən 2017-ci ilə kimi oğlanlara verilən adların siyahısında Yusifdən sonra Əli, Hüseyn adları yer alıb.
2011-ci ildən 2017-ci ilə kimi qızlara verilən adlar arasında Zəhra ilk sıradadır. Qızlara qoyulan adların siyahısında ilk yerləri Zəhradan sonra Nuray və Fatimə adları bölüşüb.

2011-ci ildə 3756, ötən il isə 3008 qıza Zəhra adı verilib. Son beş ildə 16 minə yaxın qız uşağına Zəhra, 10904-nə Nuray, 10549-na Fatimə adı verilib.

Ötən il körpələrə çox verilən adlar arasında Aylin (1667, son beş ildə 7657), Zeynəb (1863, son beş ildə 7655), Ömər (1752, son beş ildə 7366), Ayan (1354, son beş ildə 7299), Məhəmməd (1438, son beş ildə 6743) kimi adlar olub.

Bundan başqa, ötən il oğlanlara verilən adlar arasında Murad, Tunar, Uğur, Ayxan, İbrahim, Kənan, Ümid, Nihad, Həsən, Rəsul, Mehdi, Emil, İsmayıl, Fərid, Ramal, Nihat, Amin, Raul, Tuncay, Sadiq, Nicat, qız uşaqlarına verilən adlar arasında isə Məryəm, Mələk, Ayan, Mədinə, Dəniz, Xədicə, Leyla, Səma, Gülay, Fidan, İnci, Banu, Yağmur, Nəzrin, Damla, Aysu, Ayla, Əsma, Nur, Aydan, Nərgiz, Nazlı, Nigar, Nilay, Ləman kimi adlar üstünlük təşkil edib.
Bu il doğulan körpələrə qoyulan adlar arasında da Yusif (29) və Zəhra (17) adları liderdir.

Xəbərlər     Baxılıb: 1860   Tarix: 21 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Böyük sağlamlıq faydaları VAR

Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz. .  xəbər verir ki, mütəxəssislər soğanı

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

turlar.az

geyim seçimi donlar 2026 gelinlikler prostat dibcekler ev dizaynlari qonaq otagi korpelere qulluq kosmetika arıqla vətən qadin.az maraqli hakistalar azerbaycan