"Azərbaycanlıya ərə getmərəm..." FOTOLAR

"Azərbaycanlıya ərə getmərəm..." FOTOLAROnlarla Əmbil gölünə yürüş zamanı tanış olduq. Azərbaycan dilində çox az başa düşsələr də, yol boyu hər kəsə gülümsəyir, ünsiyyət qurmağa çalışırdılar.

Yürüşdən qayıdan zaman yolda avtomobilimiz xarab olduğu üçün yarım saat gözləməli olduq. Boş zamandan səmərəli istifadə edərək, əcnəbi yol yoldaşlarımı oxucularla tanış etmək qərarına gəldim.

Müsahiblərimdən biri İmindu Math hindistanlıdır. 2 ildir ki, Bakıda yaşayır. Digəri Ruz Muridir. O, Karib adasının sakinidir. 3 ildir ki, ölkəmizdədir. Hər iki həmsöhbətim SOCAR-ın təşəbbüsü ilə tikilən məktəbdə ingilis dili müəllimi işləyir.

Musavat.com saytının suallarına cavab verməyə razı olan İmindu və Ruz ilə söhbətə Azərbaycana gəliş hekayələriylə başladıq:

İmindu: Əvvəllər Azərbaycan haqda heç bir məlumatım yox idi. İnternetdə araşdırma apardığım zaman öyrəndim ki, ölkənizdə yerləşən məktəbdə vakansiya var, müraciət etdim və müsahibədən keçəndən sonra işə dəvət olundum. İşə qəbul olunandan sonra Azərbaycan haqqında məlumat əldə etməyə başladım. O zaman öyrəndim ki, postsovet ölkələrindən biridir, yeni müstəqillik əldə edib. Fotolardan da ölkənizin nə qədər gözəl olduğu mənə bəlli oldu.

Ruz: Biz də dünyanın neft olan ölkəsiyik. 3 ildir ki, Bakıdayam. Mən ibtidai siniflərə dərs deyirəm. Azərbaycanda dostlarım yaşayır, onlar mənə buraya gəlib işləməyi məsləhət gördülər. Beləliklə, Azərbaycana köçdüm.

- Azərbaycanda sizi ilk nə təəccübləndirdi?

İmindu: İlk gəldiyim zamanlar insanlar mənə fərqli yanaşırdılar, təəccüblə baxır, bəzən gözlərini zilləyirdilər. Bu, məni çox təəccübləndirdi, qaradərili olduğumu mənə hər dəfə hiss etdirəcəklərini düşünmürdüm. Başqa müsəlman ölkələrində də yaşamışam. Onların qanunları sərtdir. Azərbaycan müsəlman ölkəsi olsa da, qadınlara sərt qadağalar qoyulmur, onlar azaddırlar. Hindistanlılar Azərbaycan haqda məlumatlı olmasalar da, burada bizim ölkəmizi, mədəniyyətimizi bilirlər, filmlərimizi sevirlər.

Ruz: Məni Bakının gözəlliyi təəccübləndirdi, burada insan özünü Avropadakı kimi hiss edir. Ailə mədəniyyəti mənim çox xoşuma gəldi. Avtobusa qadınlar minəndə kişilər onlara yer verir, kiçiklər böyüklərə hörmət edir. Ölkəniz çox təhlükəsizdir, günün istənilən saatında küçəyə çıxa bilirsən. Təmiz və təhlükəsiz ölkədə yaşamaq mənim xoşuma gəlir.

- Azərbaycan ilə ölkələriniz arasında hansı oxşarlıqlar var?

İmindu: Hindistanda da övlad valideynin dediyini etməlidir, onlar sərbəst deyillər. Xaricə təhsil almağa, gəzməyə getmək istəyən şəxs mütləq valideynindən icazə almalıdır. İkinci oxşarlıq yeməklərimizdədir. Hər iki xalq aşı, düyüdən bişən yeməkləri sevir. Bizim Holi (rənglər) bayramımız sizin Novruz bayramınıza bənzəyir.

Ruz: Ölkələrimiz arasında oxşar cəhətlər yoxdur. Mən tropik ölkədən gəlirəm. Orada qış fəsli yoxdur, həmişə isti olur. Bizim ölkədə metro yoxdur. İnsanlarımız isə xarici görünüş cəhətdən oxşayır. Avtobusla gedərkən insanlara baxıram, onların üzündə nənəmin cizgilərini görürəm.

İmindu: Azərbaycanlılar xarakter cəhətdən hindlilərdən seçilir. Metroda gedərkən insanları müşahidə edirəm. Bir ailənin iki üzvü yol ilə gedir, danışmırlar, yol boyu susurlar. Sizin insanlar ünsiyyətcil deyillər. Hindistanda isə nəqliyyatda, yolda tanımadığın insanlarla söhbət edə bilərsən. Sizin insanlar çox sakitdir.

- Yeməklərimizdən hansıları sevirsiniz?

İmindu: Kababı, plovu, sac yeməklərini sevirəm. Hindlilərdən fərqli olaraq sizdə plovu aş qarası ilə edirlər, mən aş qarasını xoşlayıram. Bu, sizə xasdır.

Ruz: Mərci şorbasını, Şuba salatını, ləvəngini, lavaşı sevirəm. Azərbaycan yeməklərini çox bəyənirəm. Bir dəfə təyyarədə azərbaycanlı ilə birgə uçurdum. Bizə yemək gətirdilər, o isə imtina etdi. Bildirdi ki, yalnız milli yeməklərinizi yeyir. Bu, məni təəccübləndirmişdi.

- Burada tək yaşayırsınız, subaysınız. Azərbaycanlı bəylə ailə qurarsınız?

İmindu: Heç vaxt azərbaycanlı bəylə ailə qurmaram. Sizin kişilər bizimkilərə bənzəyir, onlar mentalitetə bağlıdır. Müşahidələrim göstərir ki, sizin qadınlar kişilərdən çox işləyir, onlar qoçaqdırlar. Kişilər isə qadınları işlədir və bir az tənbəldirlər.

Ruz: Mən ailə qurmaq üçün yaşlıyam. Ona görə də bu suala cavab verməyəcəyəm.

- Azərbaycanın hansı bölgələrində olmusunuz?

İmindu: Azərbaycanın təbiəti əladır. Bakıda böyük yollar, körpülər, çoxmərtəbəli binalar var. Rayonlar isə yaşıllıqla örtülüdür, bölgələri gəzmək istəyirəm. İndiyə kimi yalnız Şəkidə olmuşdum. Ora qədimi və möhtəşəmdir.

Ruz: Azərbaycanın bölgələrində olmamışam. İlk dəfə Əmbil gölünə keçirilən yürüşə gəlmişəm. Təbiət qoynunda olmağı sevirəm.

Xəbərlər     Baxılıb: 1529   Tarix: 03 may 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Qaraciyərinizə zərər verən üç yatma vərdişi

Qaraciyər sağlamlığı gündəlik vərdişlərdən, xüsusən də yatmazdan əvvəlki davranışlardan birbaşa asılıdır. Gecə saatlarında qəbul edilən alkoqol və yağlı qidalar bu orqan üçün ciddi təhlükə yaradır. .  xəbər verir ki, Hindistandak

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Yaşıl çay xərçəngdən qoruyurmu?

Yaşıl çay ( Camellia sinensis ) yüksək antioksidant tərkibi ilə tanınır. Onun tərkibindəki ən mühüm maddə EGCG adlanan güclü bir kateşindir.  xəbər verir ki, heyvanlar və laboratoriya mühitində aparılan tədqiqatlar göstəri

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Yatanda ayağınızı örtməyin - SƏBƏB

Yuxu zamanı bir çox insan fərqinə varmadan ayaqlarını yorğanın altından çıxarır. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu davranış təsadüfi deyil və orqanizmin təbii mexanizmi ilə bağlıdır. Həkimlərin sözlərinə görə

.

Təbii qarışımla şişkinliyə SON: Yatmazdan əvvəl için

Son vaxtlar sosial mediada sürətlə yayılan "gecə içkisi" trendi Türkiyədə də maraq doğurub. Xüsusilə axşam yeməyindən sonra yaranan şişkinlik və ödemdən qurtulmaq istəyənlər bu təbii qarışığa üz tutur. xəbər veri

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

turlar.az

sac duzumleri kosmetika mehsullari hamiləlik 8 mart tebrikleri balqabaq yagi kişi sonsuzluğu zebra keksi kosmetika novruz bayramına aid hakışda olumu atalar sozu nizami gəncəvi hekaye janri