Azyaşlının əlinə mismar batdı - KTM-də əməliyyat olundu
2010-cu il təvəllüdlü azyaşlı sol əlinin bilək nahiyəsindən mismar yarası alaraq ağır infeksiya inkişaf etdirdiyi üçün Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib. Müayinə zamanı ona sol əlin və saidin infiltrasiya fazasında fleqmonası diaqnozu qoyulub.
KTM-in Uşaq Cərrahiyyəsi şöbəsində aparılan müayinələr nəticəsində yarada oksigensiz mühitdə yaşayan anaerob mikrob aşkarlanıb. Bu infeksiya toxumalara ciddi zərər vuraraq dəri çürüməsinə səbəb olub. Şöbə müdiri, uşaq cərrahı İlqar Haqverdiyev və həkim, uşaq cərrahı Murad Əlibəyov tərəfindən pasiyent üzərində fleqmonanın açılması və fasiyotomiya əməliyyatı icra edilib, vətər yataqları təmizlənib.
Uğurlu cərrahi müdaxilə və təxminən iki həftəlik stasionar müalicədən sonra pasiyentin sağlamlığı bərpa edilib. Vəziyyəti qənaətbəxş olduğundan o, ambulator müalicə üçün evə buraxılıb. / milli.az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi