Baba Vəziroğlu: "Seçim imkanım olsaydı, orta cinsi seçərdim. Onların işi xod gedir... "FOTO\VİDEO

Baba Vəziroğlu: "Seçim imkanım olsaydı, orta cinsi seçərdim. Onların işi xod gedir... "FOTO\VİDEO"Bildirçin"in növbəti qonağı çox sevimli şairimiz Baba Vəziroğludur. Bu gün onun doğum günüdür. Şairi təbrik edirik.
Jurnalistlər əla bilir ki, Baba müəllimlə müsahibə heç də asan başa gəlmir. Danışmaqla da arası yoxdu... Ona baxanda nədənsə həmişə mənə belə gəlir ki, bu insan yalnız və yalnız düşünmək və yazmaq üçün doğulub. Amma sevdiyi insanların əhatəsində olanda, hərdən ürəyi açılır. Heç kimi sıxmadan, ruhunu incitmədən, bezdirmədən saatlarla danışa bilər. Çox şükürlər olsun ki, bizə müsahibəsi zamanı da ürəyi açıldı. Müsahibəmiz çox maraqlı alındı. Buyurun, oxuyun və son sözü siz deyin:
- Sizcə, bizdə qadın olmaq yaxşıdı, yoxsa kişi?
- Yox... nə ondan, nə bundan. Seçim imkanı məndə olsaydı, ara cinsi üstün bilərdim, rus qrammatikası təbirincə, orta cinsi... Bizim bu fani, gidi dünyada onların işi "xod" gedir...
- Müsəlman qəbirstanlığında dəfn olunmaq istəyirsiniz?
- Yox, istəmirəm... İstəyirəm ki, şəhərin ən bahalı yerində, dənizə panoramı olan bir yerdə uyuyum. Ətrafımızda uzaq Qvineyadan gətirilmə həmişəyaşıl sərv ağacları nazlansın, Skandinaviya bülbülləri cəh-cəh vursun, başım üstündə sal Yunanıstan qranitindən abidəm ucalsın...
Əsl müsəlman qəbri isə itib-batmalı, torpaqla bir olmalıdı... Sonuncu müsəlmanı çox-çox illər öncə "Müsəlman qəbri" romanında öldürmüşəm, torpağa dərin-dərin quylayıb məzarını da itirmişəm. Çünki... bu dünyada yeganə müsəlman idi...
- BabVəz əzizdir, yoxsa Baba Vəziroğlu?
- Mənə şəxsi eqomla bağlı əziz heç nə yoxdu, elecə də, adımla bağlı. Adımın hansı çeşidli formatlarda deyilişi, yaxud yazılışı heç eynimə də gəlməz. Adlarda mistika axtarmaq ağıllı adamlara yaraşmaz. Əsas məğzdir...
Mənə əziz olan hər şey əzizlərimlə bağlıdı. Onların adı bəlli bir ovqatda köklənməyim üçün əsas açar rolunu oynayır... Öz adım isə mənə heç nə demir...
Ad başdaşı üzərinə həkk olunmaqdan savayı daha faydalı bir işə yaramaz.
- Oğlunuz nəvənizdən balacadır. Kim gecikdi?
- Bu dünya siyasi partiya iclası deyil ki, kimsə tez (siravi partiya üzvləri) gəlsin, kimsə (rəhbərlik) geciksin... Hər şeyin, hər kəsin öz yeri, öz məqamı. Bu mizan-tərəzini Ali Rejissorun özü müəyyənləşdirir, biz olsa-olsa, onun miskin aktyorlarıyıq.
- Ətli-qanlı xanımlardan xoşunuz gəlir, yoxsa incə-mincə?
- Mən maksimalistəm - ya hər şey, ya heç nə... ya lap çox, ya da heç nə ... İndi siz deyin: mən hansı çəki dərəcəsində qadınlara "bolet"(azarkeşlik) eləyirəm?!.
- Elə həftə olubmu ki, bütün günlərini xəyanət etmiş olasınız?
- Xəyanət?... Siz günlərdən, həftələrdən danışırsınız. Mən bütün ömrümə cavabdehəm. Ki, nə sözümə, nə əqidəmə, nə məmləkətimə, nə dostlarıma, nə oxucularıma dönük, etibarsız çıxmamışam. Oğurluq itə necə yaraşırsa, xəyanət də insana elə "yaraşır". Xəyanət insanın mənəvi iflası, sonudu.
Hə... siz "xəyanət" deyəndə anatomiyaya dair bilgilərimi test etmək fikrindəsinizsə, bəlli televiziya şoularında bunun tanınmış ekspertlərin iştirakı ilə müzakirə mövzusuna çevirməyiniz məsləhətdi.
- "Facebook"da 5000 dostunuzdan neçəsi xanımdı?
- Demək olar ki, hamısı qadındı. Amma onların içində kişilər də var. Dostların içində yox ha, qadınların içində kişilər də az deyil. Qadın kimi baxa bilmədiyim xanımlar "facebook"da dostluq siyahımın ikicinsli olmasını tam təmin edir.
- Elə bir xanım olubmu ki, sizin şeirinizi sevdiyinə görə özünüzü bəxtəvər hesab edəsiniz?
- Mən istəyirəm ki, yalnız özümü sevsinlər, məndən kənara yönələn sevgini qəbul etmirəm, qısqanıram. Çevrəmdəki hər şey dəyişər, itər, yox olar, təzədən yaranar, yalnız özüm təkrarsız və bənzərsizəm. Doğurdan da, "məndən bir də olmayacaq". Şöhrət glib-gedər, maşın xarab olar, bağ quruyar, vacib əlaqələr kəsilər və sevgi bitər. Yalnız mənə olan sevgi bitməz, tükənməz. Mənim üçün şeirlərim həm də maddidir, komfortun bir komplimentidi və onlara olan sevgidən nəinki bəxtəvər olaram, heç eynimə də gəlməz. Sevginiz belə boldusa, yalnız mənim özümü sevin!
- Azərbaycan kişilərinə xanımlar haqqında nə deyərdiniz? Nə məsləhət verərdiniz?
- Kişilərə deyərdim ki, qadınlarla pis hava ilə barışdığımız kimi barışmaq lazımdı. Pis havaya neyləyə bilərsən ki? Uzaqbaşı, evdən çölə çıxmazsan. Kişilərə bir də onu demək istəyirəm ki, qadınlarla mübarizə, mübahisə, mücadilə aparmayın. Bu, böyük və soyuq bir küçəni xırdaca elektrik sobasıyla qızdırmaq cəhdi kimi mənasız və faydasız bir işdi.
- Çox danışmağı sevmirsiniz. Bu nə ilə əlaqəlidi? Danışmağa həvəsiniz yoxdu, deyəcəklərinizi onsuz da deyən var, yoxsa qızılınızın çox olmağını istəyirsiniz?
- Dünyada danışılası tez heç nə qalmayıb. Bu qənaətə indi gəlmişəm. 100 ildi danışmıram, təzə bir söz eşitmək arzusuyla ancaq dinləyirəm, nə yazıqlar ki, kamım ürəyimdə qaldı. Susmağın da, sən demə, bir qara qəpiklik qiyməti yox imiş. Qızılları ancaq danışanlara verdilər. Heyif... vaxtında bilsəydim, dünyanın ən yekə deyingəni olardım. Fəqət "gecdi daha"...
- Vaz keçə bilməyəcəyiniz demirəm, vaz keçmək istəmədiyiniz nemət var?
- Vaz keçilməyək bir şey varsa, o da bu dünyanın özüdür. Çünki vaz keçilməsi mümkünsüz olan nə varsa, elə bu dünyadadı. Elə siz deyənlər də, lap elə mən deyənlər də...
- 62 yaşdan sonra kişi hansı yaşda xanımla birlikdə olmaq istəyir?
- Abdulla Şaiqin gözəl bir təmsili var: "Tülkü həccə gedir"... yadınızdadı?.. Hələ bu nağıllara inanırsınız? Mən daha inanmıram!
- Biz sizi çox istəyirik, siz də bizi çox istəyin, Baba müəllim.
- Mənə görə insani münasibətlər eyni küçədə ikitərəfli yol hərəkəti prinsipi ilə qurulur. Birtərəfli hərəkət zolağında qarşılıqlı ünsiyyət, hörmət, bərabərlik normaları mövcud deyil.
Sevgi də qarşılıq sevir. Əgər doğurdan da, sizin mənə sevginiz olarsa, qarşılığında sevgi görəcəksiniz. Əmin olun ki, mən də sizi çox sevirəm. Publika.az

Xəbərlər     Baxılıb: 1698   Tarix: 10 yanvar 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qarın piyinin səbəbi çox yemək deyilmiş

Yeni araşdırma yaş artdıqca piyin niyə əsasən bel və qarın nahiyəsində toplandığını üzə çıxarıb. Bir çox insan yaşlandıqca çəkisi demək olar ki, dəyişməsə də, qarın nahiyəsinin böyüdüyünü müşahidə edir. Bu isə təkcə esteti

.

İnsultdan əvvəl görünən təhlükəli əlamətlər

Nevroloqlar insultdan əvvəl ortaya çıxa bilən gizli əlamətlərə diqqət yetirməyə çağırıblar. xəbər verir ki, insult bəzi hallarda qəfil baş vermir və beyin günlər, hətta həftələr əvvəl müəyyən siqnallar verə bilər. Lakin b

.

Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar

Yay mövsümü istirahət, səyahət, çimərlik və açıq hava gəzintiləri ilə yadda qalsa da, isti aylar bəzi virus infeksiyalarının yayılması üçün əlverişli şərait yarada bilər. Buna səbəb təkcə yüksək temperatur deyil. Açıq havad

.

Bu bitki yağı bədəndə iltihabı azaldır

İltihabı azalda və ürək və bağırsaq sağlamlığını yaxşılaşdıra bilən yağlar az da olsa var. xəbər verir ki, kətan yağı ənənəvi olaraq işlədici və yara sağalması üçün istifadə edilən üyüdülmüş və preslənmiş kətan toxumlarında

.

Tünd şokolad ürəyə necə təsir edir?

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. -a istinadən bildirir ki

.

Toyuq ətinin yaratdığı ciddi risklər: Alimlərdən yeni araşdırma

Oksford Universitetinin alimləri sənaye üsulu ilə fəaliyyət göstərən quşçuluq fermalarının təhlükəli bakteriyaların yayılması baxımından ciddi risk daşıya biləcəyini bildiriblər. xəbər verir ki, araşdırma zamanı son 45 i

.

Yayda ən çox edilən səhv - Kondisionerin yaratdığı təhlükələr

Yay aylarında sərinləmək üçün geniş istifadə olunan kondisionerlər düzgün istifadə edilmədikdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, ani temperatur dəyişiklikləri, quru hava və baxımsız kondisionerlərd

.

Günvurmadan necə qorunmaq olar?

Yay aylarında havaların həddindən artıq isti keçməsi günvurma riskini artırır. xəbər verir ki, xüsusilə uşaqlar, yaşlılar, xroniki xəstəliyi olan şəxslər və açıq havada çalışanlar daha diqqətli olmalıdırlar. Günvurmadan qorunma

.

Kişi beyni 32 yaşına qədər inkişaf edə bilər – Yeni araşdırma

"Nature Communications" jurnalında dərc olunan yeni araşdırma kişilərdə qərarvermə, impulsların idarə olunması və risk qiymətləndirilməsinə cavabdeh olan beyin nahiyələrinin orta hesabla 32 yaşına qədər inkişa

turlar.az

qadın geyimi reseptler yay geyimləri 2026 uşaqlar və tərbiyə kisiler yataqda əqrəb bürcü intim haqda kosmetika vetene aid atalar sozu məsəllər fitat baldıza aid hakışta tapmaca