"Babam sənətimi qəbul etmirdi, öləndə halallıq ..." - Günay İbrahimli - VİDEO
Milli.Az xəbər verir ki, ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan müğənni Günay İbrahimli eksklüziv açıqlamalar verib.
Sevilən ifaçı müğənnilik sənətini seçdiyi üçün qohumları ilə problemlər yaşadığını bildirib:
"9 ildən çoxdur ki, bu sənətdəyəm. Bu sənəti seçdiyimə görə, illərdir ki, dayılarımla küsülüyəm. Valideynlərim musiqiçi olduğu üçün məni dəstəkləyiblər, bu sənəti seçməyimə icazə veriblər. İcazə verməsəydilər, mən bu sahədə olmazdım. Dayılarım, qohumlarım gileyləndilər. Amma uzaq qohumlar evə zəng etməyə başlayıblar artıq. Ata-anama deyirdilər ki, niyə qızının müğənni olmasına icazə vermisiniz? Müğənnilərin adı çıxıb çünki. Halbuki, başqa sahələrdə elə hadisələr olur ki, mən onları gözümlə görmüşəm, amma insanlar efirdə onları görmürlər. Müğənnilərimizi qınamasınlar. Hər bir sahədə pis insanlar ola bilər. Dayılarımla münasibətimiz çox soyuyub. Bir dayım var ki, onunla mənim yaş fərqimiz azdır. Onun uşaqları olub, artıq, onların 2-3 yaşı olar, amma mən o uşaqları yolda görsəm, tanımaram".
Tanınmış müğənni seçdiyi sənətə görə nənəsi ilə də münasibətlərinin soyuduğunu, illərdir, görüşmədiklərini açıqlayıb:
"Nənəmlə də aramızda soyuqluq olub, amma bu yaxınlarda danışmışam. Nənədir də, arada danışırıq, gediş-gəliş yoxdur, illərdir onun üzünü görmürəm, amma telefonla danışırıq. Halbuki, bizim evlə nənəmgil arasında 1 kilometr məsafə var. Məni çox istəyir, amma sənətimi qəbul etmir. Efirdə mənlə bağlı nəsə pis bir şey görəndə, zəng edib məni biabır edir. Rəhmətlik babam da sənətimi qəbul etmirdi. Bizə gəlirdi, anamgilə hirsləndirdi ki, yenə qızın çıxıb efirə. Sonra elə oldu ki, babam çox ağır xətəlik keçirtdi, onun yanında təkcə mən olurdum. Şou-proqramdan çıxırdım, babamın yeməyini mən aparırdım yanına. Azərbaycanda mentalitet söhbəti var. Babam istəyirdi ki, mən ailə qurum. Bizim sənətdə də ailə qurmaq bir az çətindir".
Babasının ölümündən dəqiqələr öncə ondan halallıq aldığını söyləyən müğənni efirdə qəhərlənib:
"Bir jurnalın üz qabığına çıxmışdım. Babamın ölümünə bir saat qalmış həmin jurnalı göstərdim ona. O, hiss edib ki, dünyasını dəyişəcək, məni qucaqlayıb öpdü, ağladı, çünki heç bir oğlu yanında deyildi. Babam mənə dedi ki, mən bu sənəti sənə halal edirəm. O anlar hələ də gözümün qabağındadır. Ağlamaq istəmirəm... Babam 74 yaşında dünyasını dəyişdi. Səbəbi də ermənilər olub. Ermənilər o vaxt mənim babamı girov götürmüşdülər, onun əziyyətlərinin nəticəsində də vəziyyəti ağırlaşdı".









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama
Azərbaycanda daha bir məşhur veriliş bağlandı
12 illik evlilik bitdi - BOŞANDILAR
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?