Bağçaya gedən uşaqların sağlamlığı TƏHLÜKƏDƏ: bunu etməsək... - Professordan XƏBƏRDARLIQ

Bağçaya gedən uşaqların sağlamlığı TƏHLÜKƏDƏ: bunu etməsək... - Professordan XƏBƏRDARLIQTürkiyəli professor Mehmet Ceyhan Omikron ştamının qızılca və su çiçəyindən daha yoluxucu olmadığını qeyd edib. 
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkim Omikronun yoluxma əmsalını 4,5-5 qiymətləndirib. 
"Qızılca və su çiçəyinin yoluxma əmsalı 16-18-dir. Onlar niyə yayılmır və böyük pandemiyaya səbəb olmur? Çünki bu viruslara yoluxduqda ömürlük immunitet qazanılır, hətta istifadə edilən peyvəndlər də ömürlük immunitet verir. Lakin Omikron ştamının yaratdığı immunitet çox aşağıdır. Əvvəlki variantlarla müqayisədə daha az immunitet yaradır, sanki immunitetdən gizlənir. Nəticədə Omikron ştamına yoluxan bir xəstə bəzən 2 həftə sonra immuniteti yetəri qədər olmadığı səbəbiylə ikinci dəfə bu virusa yoluxa bilir. Hətta bir ay ərzində 3 dəfə Omikrona yoluxanlar da var. 
Kütləvi immunitet yarandıqdan sonra pandemiyanın bitəcəyi fikri ilə razı deyiləm. Ölkələr qabaqlayıcı tədbirlərini artırır, sərhədlərini bağlayanlar var, ölkəyə girişləri çox yaxşı nəzarət etməyə çalışırlar. Bir qismi 2 PCR testi istəməyə başlayıb. Bir PCR testi ilə ancaq 50 faiz diaqnoz qoya bilərsiniz. Üstəlik, Omikrona yoluxan 100 insan arasında test etsəniz, 100 insandan 50-sini müəyyən edə bilirsiniz". 
Daha sonra professor əlavə edib ki, yeniyetməlik dövründə olan uşaqlar xəstəliyi ən çox yoluxduran qrupdur. Bu, onların hərəkətli həyat tərzi ilə izah olunur. 
"Hazırda Omikrondan ən çox 0-5 yaş qrupu təsirlənib. Əvvəl alışmadığımız bir yaş qrupudur. Bu yaş qrupunun yoluxmadığını düşündüyümüz üçün bağçalar açıldı, bütün dünya belə etdi. Hazırda bağçaya gedən uşaqların sağlamlığını qorumaq üçün tədbirlər görülməlidir. Heç bir dəyişiklik etməsək, idarəetməni virusun öhdəsinə buraxırıq", - infeksionist qeyd edib. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1457   Tarix: 15 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

gözəllik məhsulları yay kolleksiyasi toy makiyajlari qadın sağlamlıq abşeron tortu kartof maskasi uz ucun qaraciyər kosmetika bayatilar tərəzi bürcü dovsan səməd vurğun oyunlar