Bakı 2017-ci ili möhtəşəm atəşfəşanlıqla qarşıladı

Bakı 2017-ci ili möhtəşəm atəşfəşanlıqla qarşıladı2016-cı il sona çatdı. Yola saldığımız il tarixdə ölkəmizin inamla inkişafı ili kimi qalacaq.
Qadınsaytı.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan başa çatan bu ildə siyasi və beynəlxalq mövqelərini daha da möhkəmləndirdi, mühüm uğurlar qazandı. Azərbaycan iqtisadiyyatında da bir çox nailiyyətlər əldə edildi. Azərbaycanın iqtisadi sahədə apardığı islahatlar əvvəlki illərdə olduğu kimi, beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildi. 2016-cı ildə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsini təsdiq etməsi, sənaye parklarının yaradılması, kənd təsərrüfatının inkişafına dəstəyin göstərilməsi əhəmiyyətli məsələlərdir.

Prezident İlham Əliyev tərəfindən 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan edilmişdi. Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi dünyanın diqqətini müxtəlif dinlərin və millətlərin, etnik qrupların nümayəndələrinin əsrlərdir mehribanlıq şəraitində yaşadığı ölkəmizə yönəltdi.

Bu il Azərbaycan Ordusu daha da gücləndi. Aprel ayında erməni silahlı qüvvələrinin təxribatının qarşısını alan ordumuz düşmənə sarsıdıcı zərbələr vurdu və Azərbaycan işğal edilmiş torpaqlarının bir hissəsini azad etdi. Tarixi qələbəmiz olan aprel döyüşləri Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi.

Bakıda bu il keçirilən "ADEX 2016" ikinci Beynəlxalq müdafiə sərgisində ölkəmizdə istehsal olunan yeni növ hərbi məmulatlar nümayiş etdirildi. Beynəlxalq nümayəndə heyətlərinin sərgiyə maraq göstərməsi Azərbaycanın mühüm strateji tərəfdaş kimi dünyada və regionda yüksək rolunu bir daha göstərdi.

Əvvəlki illərdə olduğu kimi, ötən il də Azərbaycan bir sıra mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdi. Bu sırada Formula-1 Avropa Qran-prisini, 42-ci Ümumdünya Şahmat Olimpiadasını, IV Qlobal Bakı Forumunu, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresini və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının XVI Baş Assambleyasını və digər tədbirləri qeyd etmək olar. Bundan başqa, Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsi, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq Trans-Adriatik boru kəməri - TAP-ın təməlinin qoyulması, tarixdə ilk dəfə olaraq Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi, Roma Papası Fransiskin Azərbaycana pastoral səfəri yola saldığımız ildə tariximizə yazılmış ən yaddaqalan hadisələrdəndir.

2016-cı ildə "Rio-2016" Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları parlaq qələbələrə imza atdılar - 18 medal qazandılar. Medalların sayına görə Azərbaycan dünya miqyasında 200 ölkə arasında 14-cü yerə layiq görüldü.

Beləliklə, həm hərbçilərimiz, həm də idmançılarımız müstəqilliyinin bərpasının 25 illiyini qeyd edən bu bayram ilində Azərbaycana qələbə sevinci bəxş etdilər. Bütün bunlara əsaslanaraq tam əminliklə demək olar ki, 2016-cı il ölkəmiz üçün böyük uğurlarla yadda qalacaq.

2017-ci ildə isə Bakı IV İslam Həmrəylik Oyunlarına, Formula-1 Azərbaycan Qran-prisi yarışlarına və digər mühüm idman tədbirlərinə ev sahibliyi edəcək. Yeni ildə paytaxtımızda, həmçinin V Qlobal Bakı Forumu, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

Tarixə uğurlu il kimi yazılan 2016-cı il möhtəşəm atəşfəşanlıqla yola salındı. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda təşkil olunan bayram atəşfəşanlığını paytaxtın minlərlə sakini izləyib.

Bulvar ərazisində müxtəlif yerlərdə hündür şam ağaclarının bayramsayağı bəzədilməsi və işıqlandırılması Dənizkənarı Milli Parka xüsusi gözəllik verirdi.

Bu möhtəşəm gözəlliyi seyr etmək üçün şəhərimizin küçə və meydanlarına axışan bakılılar və paytaxtımızın qonaqları əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət nəticəsində gündən-günə gözəlləşən, yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraq və heyranlıqla seyr edirdilər.

Köhnə ili xoş ovqatla yola salan xalqımız Yeni ilə yeni arzular, ümidlər və qələbələr sorağı ilə qədəm qoydu.

Qədəmlərin uğurlu olsun, 2017-ci il.

Xəbərlər     Baxılıb: 1664   Tarix: 01 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Saçlarınız üçün ən yaxşı qulluq üsulları AÇIQLANDI

Saçların sağlam və sürətli uzanması bir çox insanın maraqlandığı mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, saçın uzanma sürəti yalnız kosmetik vasitələrdən deyil, həm də qidalanma və ümumi həyat tərzindən birbaş

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş

Azərbaycan mətbəxində içalat arasında qaraciyər və böyrək qədər məşhur olmasa da, dana dalağı əslində qida dəyəri baxımından ən zəngin ət məhsullarından biri hesab olunur. Çox vaxt süfrələrdə diqqətdən kənarda qalan bu qid

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

turlar.az

sac duzumleri reseptler geyim və ayaqqabılar gilasın faydası biliye aid atalar sözləri sağlam ol ilk tibbi yardım kosmetika uşaq şeirləri cinsi seksual haqisda tut ağacı tutdudu