Bakı metrosunda öpüşən gənclərin görüntüsü yayıldı... VİDEO
"Metroda öpüşən gənclərin görüntülərinin yayılması doğru deyil".
Bu sözləri metbuat.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, sözügedən görüntülər yalnız istintaqa təqdim oluna bilər:
"Burada həmin şəxslərin şəxsi həyatı var. Bunu ictimailəşdirmək düzgün deyil".
Qeyd edək ki, tanınmış jurnalist Xəqani Səfəroğlunun metroda iki gəncin öpüşməsi ilə bağlı yazdığı status bir anda gündəmə çevrilib.
f Paylaş