BAKI SAKİNİNDƏN ŞOK TƏKLİF - "Böyrəyimi 20 min manata satıram" - VİDEO

BAKI SAKİNİNDƏN ŞOK TƏKLİF - "Böyrəyimi 20 min manata satıram" - VİDEOSirr deyil ki, son zamanlar Azərbaycan internet məkanında orqan satılması və alınması haqqında elanlara tez-tez rast gəlinir. Birja saytlarında, sosial şəbəkələrdə artıq ev, avtomobil və sairlə yanaşı, insan orqanları da satışa çıxarılıb.

Ziyanın 31 yaşı var. Onunla internet üzərindən tanış olduq. Böyrəyini satdığı haqda elan diqqətimizi çəkdi, onunla görüşmək qərarına gəldik. Zəngləşdik və heç bir tərəddüdsüz görüşə razılaşdı: "Qiymətdə razılaşmaq olar, əslində mən elanda 30 min yazmışdım".

Ziya sağlamlığından tam əmin olduğunu deyir:

- Vallah, bu illər ərzində bir dəfə də həkimə müraciət etməmişəm. Amma bir dəfə analizlərimdə qaraciyərimdə "Hepatit B" olması bildirilmişdi. Onunla bağlı da müalicə aldım, özümü yaxşı hiss edirəm.

- Ümumiyyətlə, bilirsinizmi kimlər donor ola bilər?

- Bəli, bilirəm. Analizlərim müayinələrdən tər-təmiz çıxıb.

Ziya da hamı kimi sağlam yaşamaq istəyir, böyrəyini satdıqdan sonra tək böyrəklə necə əziyyət çəkəcəyini də bilir. Həmsöhbətimiz bu addımı maddi sıxıntı yaşadığı üçün atdığını deyir: "Ehtiyacım var ki, edirəm də. İndi sizdən ayrılandan sonra yenidən həmin doktorun yanına gedəcəyəm. Problemlərim çoxdur. Təkrar analizlərdən keçəcəm. İstəyirsən, sabah gəlin birlikdə gedək analizlər üçün. Heç kim kefindən satmaz ki... Borcum var, ona görə. 20 min manata razılaşaq. Bir böyrək 20 min manata. Amma pulu əməliyyatdan əvvəl verməlisiniz".

Həkim-nefroloq Elnur Fərəcovdan orqan transplantasiyasının hansı şərtlərlə həyata keçirildiyini öyrəndik: "Könüllü olmadan maddi əsaslara görə orqan bağışlamaq qanunla ziddir. Bu, orqan ticarəti sayılır, heç bir halda qəbul oluna bilməz. Qohumdursa, sənədlər üzərində təsdiq olunur. Əlavə olaraq da könüllü olması haqda notariusda sənəd təsdiqlənir. Üç sənəd əsasında orqan bağışlanılır - şəxsiyyət vəsiqəsi, doğum və nikah haqqında şəhadətnamə, bir də könüllülük haqqında hüquqi sənəd".

Millət vəkili Çingiz Qənizadə isə deyir ki, Cinayət Məcəlləsində insan orqan və toxumalarının alqı-satqısı ilə bağlı iki maddə var: "Cinayət Məcəlləsinin 137-ci maddəsinə görə, insan orqan və toxumalarının alqı-satqısı qadağan olunur. Buna görə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Həmin maddənin ikinci hissəsində isə zor tətbiq etmə hədəsi ilə bunu etdikdə, daha ağır sanksiya və 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur".

Bəli, bu addım qanunvericiliklə qadağandır. Amma istər qanunsuz olsun, istərsə də haram, fakt odur ki, onlarla insan imkansızlıqdan internetdə orqanını satmasıyla bağlı elan verib və böyrəyinin, qaraciyərinin müştərisini gözləyir...

Xəbərlər     Baxılıb: 1859   Tarix: 09 fevral 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

turlar.az

geyim dəbləri yemek reseptleri kosmetika mehsullari həkim məsləhəti buga burcu 2026 buruq saclara qulluq zaur baxşəliyev kosmetika novruz bayramı kley lekesi burcler ginekoloq nizami gəncəvi