Bakıda 29 yaşlı qadının qopmuş qolu bərpa olundu - (Foto)
Bakıda ağır yol-nəqliyyat hadisəsi zamanı sol qolu travmatik amputasiya olunan 29 yaşlı qadın uğurla əməliyyat edilib.
Milli.Az xəbər verir ki, hadisədən sonra zərərçəkən Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə çatdırılıb. Burada damar cərrahı Sadiq Əhmədov, plastik-rekonstruktiv cərrah Tale Qasımov və Travmatologiya və Ortopediya İnstitutunun travmatoloqu Babək Əliyevin iştirakı ilə təcili cərrahi əməliyyat həyata keçirilib.
Həkimlərin koordinasiyalı müdaxiləsi nəticəsində qopmuş qol yenidən bərpa olunub. Əməliyyatdan sonra bərpa edilən damarlarda qan dövranı təmin edilib, ətrafın normal temperaturu bərpa olunub.
Məlumata görə, ən mühüm nəticələrdən biri xəstənin bilək və barmaqlarında hərəkət funksiyasının yenidən bərpa edilməsidir.
Müəllif: Nərmin Mahmudova(Milli.Az müxbir)









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir