Bakıda 62 dərəcə isti olub? - nazirlikdən açıqlama
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakıda avtobus dayanacağının elektron lövhəsində havanın temperaturunun 62 dərəcə qeyd olunması haqda məlumatlara münasibət bildirib.
Axşam.az xəbər verir ki, ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, avtobus dayanacağı tam günəş şüasının təsiri altında olduğundan dəmir qızdığı üçün, eyni zamanda asfaltın istisi nəticəsində belə bir rəqəm əmələ gəlib.
Onun sözlərinə görə, Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun temperatur ölçən qurğuları xüsusi meydançalarda yer səthindən 2 metr hündürlükdə yerləşir: "Bir daha qeyd edirəm ki, sırf günəş şüasının təsiri, habelə asfaltın istisi nəticəsində lövhə temperaturu 62 dərəcə göstərib".
G. Məmmədova qeyd edib ki, stansiyalardan alınmış temperatur göstəricilərinə əsasən, Bakıda və Abşeron yarımadasında dəqiq 42-43 dərəcə isti müşahidə olunur.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda avtobus dayanacaqlarından birinin elektron lövhəsində temperaturun 62 dərəcə göstərildiyi foto yayılıb.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin