Bakıda avtobus sürücüləri qadını içki məclisində zorladılar — Şok cinayət

Bakıda avtobus sürücüləri qadını içki məclisində zorladılar — Şok cinayətBakıda qadını zorlayan avtobus sürücüləri Ali Məhkəməyə kassasiya şikayəti veriblər.

Cinayət məcəlləsinin zorlama maddəsi ilə məhkum olunan Tacəddin Zeynalov və Camal Tağıyevin məhkəmə prosesi mart ayının 12-də hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, 2017-ci ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 30 yaşlı qadını zorlamaqda, qanunsuz həbs etməkdə, seksual xarakterli hərəkətə məcbur eləməkdə təqsirli bilinən Tacəddin Zeynalov 8 il, Camal Tağıyev isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2017-ci ilin dekabrında 4-cü mikrorayon, Mir Cəlal Paşayev küçəsində qeydə alınıb.

30 yaşlı Sahibə Məmmədova (ad və soyad şərti verilib) Nəsimi rayon Polis İdarəsinə təcavüzə məruz qalması ilə bağlı müraciət edib. Bildirib ki, o, 65 nömrəli sərnişin avtobusunda həmin avtobusun sürücüsü Camal Tağıyevlə tanış olub. Bir neçə gün sonra isə Camal Tağıyevin evindəki qonaqlıqda iştirak edib. Qadın yeyib-içmək məclisində 61 nömrəli avtobusun sürücüsü, 1979-cu il təvəllüdlü Tacəddin Zeynalov ona qarşı qeyri-etik hərəkətlər edib. Bu zaman Sahibə Məmmədova ona etirazını bildirib.

Bundan sonra sürücülər Sahibəni zorlayıblar. Tacəddin Zeynalov Cinayət Məcəlləsinin 145.2.4-cü (qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 149.2.1-ci (zorlama, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) , 149.2.4-cü (zorlama, zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə, 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) və 29.150.1-ci (seksual xarakterli hərəkət etməyə cəhd) maddələri ilə, Camal Tağıyev isə yalnız 149.2.4-cü maddəsi ilə ittiham edilib.

//Ölke.az

Xəbərlər     Baxılıb: 2162   Tarix: 04 fevral 2019
f Paylaş

Oxşar xəbərlər

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

turlar.az

qis geyimləri 2026 reseptler adlarin menasi xınayaxdı sözləri arıqlamaq quru yemekler kartof maskasi uz ucun kosmetika heyati kahfe fali atalar sozu novruz bayrami hakisda novruz hakista