BAKIDA BİABIRÇILIQ! Vəkil ona mürəciət edən qadınla cinsi əlaqədə olub hamilə buraxdı, sonra isə...

BAKIDA BİABIRÇILIQ! Vəkil ona mürəciət edən qadınla cinsi əlaqədə olub hamilə buraxdı, sonra isə...Dələduzluq və başqa cinayətlərdə ittiham olunan Bərdə rayonunun İmirli kəndində anadan olmuş 1979-cu il təvəllüdlü Rövşən Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Rövşən Cəfərov özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə əvvəlcədən tanıdığı İsrafil Cabbarova anası Səriyyə Qənbərovaya məxsus, Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozunun ərazisində yerləşən 0,20 ha torpaq sahəsini təklif edib.

O, İsrafil Cabbarovun etibarını qazanmaq üçün onu yaşadığı Nərimanov rayonu, Atatürk prospekti ev 3, mənzil 72 ünvanına gətirib. Rövşən həmin torpaq sahəsini İsrafil Cabbarova satmaq adı ilə ondan 15.500 ABŞ dolları alıb. Bir ay ərzində torpaq sahəsini satmadığı və aldığı pulu geri qaytarmadığı təqdirdə isə inzibati orqanlar qarşısında məsuliyyət daşımasına dair Tamilla Cabbarova, Nazilə Hüseynova, Elçin Hüseynov, Xəlil Cabbarov və Aytən Cabbarovanın iştirakı ilə "Vətəndaşlıq aktı" adlı sənəd tərtib etdirib imzası ilə təsdiq etdirib. O, İsrafil Cabbarovun etibarından sui-istifadə etməklə ondan həmin dövrün rəsmi valyuta məzənnəsinə əsasən 13.507 AZN-nə bərabər 15.500 ABŞ dolları məbləğində nağd pul vəsaitini ələ keçirib.

Dələduzluq

Rövşən Cəfərov sonradan cinayət əməlini davam etdirərək həmin torpaq sahəsini hissələrə bölüb və İsrafil Cabbarovun məlumatı olmadan, tanımadığı Qərib Orucov, Rövşən Kərimov, Eyyub İsgəndərov və Bəxtiyar Yusibova notarial qaydada satıb və onların adına rəsmiləşdirib.

İsrafil Cabbarovun onun barəsində şikayət edəcəyini biləndə məsuliyyətdən yayınmaq üçün sonuncunun bir daha etibarını qazanmaqdan ötrü atası Əhməd Cəfərovun adına rəsmiləşdirmiş həmin torpaq sahəsinin 0.04 ha hissəsinin sənədlərini İsrafil Cabbarova verib. O, əməlini davam etdirərək torpaq sahəsinin sənədlərinin guya itməsi barədə mətbuatda elan verib, atasının adına sənədlərin dublikatını əldə edib.

Hamilə qadını intihar həddinə çatdırdı

Bundan başqa o, Nizami rayonu, Q.Qarayev prospekti 15/29 ünvanında yerləşən ofisdə hüquq məsləhətçisi kimi fəaliyyət göstərərkən hüquqi yardım almaq üçün ona müraciət etmiş Xəyalə Əliyeva (ad və soyad şərti verilib) ilə aralarında münasibət yaranıb. O, Xəyalə ilə bir neçə dəfə cinsi əlaqədə də olub.

O, Xəyaləni onunla ailə quracağı ilə aldadıb. Və qadının adına olan Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunluq sovxozunun ərazisində yerləşən torpaq sahəsində ev tikəcəyinə dair yalan vədlər verib.

O, Xəyaləni buna inandıraraq onunla mütəmadi cinsi əlaqədə olub. Rövşən Xəyalənin hamilə olduğunu bildikdən sonra ondan dölü abort etdirməsini tələb edib.

Rövşən Cəfərov müxtəlif nalayiq ifadələr işlədərək Xəyalə Əliyevanın ləyaqətini mütəmadi alçaldıb və onu özünü öldürmə dərəcəsinə çatdırıb.

Nəticədə maddi təminatdan ümidini itirən, dünyaya gətirəcəyi uşağı təkbaşına tərbiyə etmək məcburiyyətində qalan Xəyalə Əliyeva hüquq məsləhətxanasına gələrək Rövşənin gözü qarşısında mətbəx bıçağı ilə sinəsinə zərbələr vurub. Xəyalə kəskin qan itirmədən ölüb.

Ərindən boşanan qadına qarşı soyğunçuluq

Bundan başqa Rövşən Cəfərov dələduzluq cinayətləri ilə yanaşı soyğunçuluq cinayəti də törədib. O, hüquq məsləhətçisi kimi fəaliyyətini davam etdirərək hüquqi yardım almaq üçün ona müraciət edən Reyhan Atayevanın boşandığı əri Vahid Atayevlə aralarında olan əmlak mübahisələri ilə bağlı məhkəmə proseslərində hüquqlarını təmsil edib. O, Bakı Apelyasiya Məhkəməsindən aldığı icra vərəqəsinə əsasən müştərisi Reyhan Atayeva ilə birlikdə "Kapital Bank"ın 1 saylı Xətai filialına gediblər.

Orada Rövşən Cəfərov Reyhan Atayevanın əri ilə ümumi əmlakının hərracda satılması nəticəsində əldə olunmuş pul vəsaitindən payına düşən 52.200 manat nağd pulun qəbul olunmasında iştirak edib.

Onlar birlikdə Xətai rayon Məhkəməsinə qayıdaraq məhkəmə qərarının icrası ilə bağlı sənədləşmə aparıblar. Sonra Reyhan Atayeva bankdan qəbul etdiyi pulu əl çantasına qoyub. Bunu bilən Rövşən Cəfərov onun saxladığı pulu əldə etmək məqsədilə Reyhanla birlikdə onuncunun evinə gedib.

3 maddəli cinayət işi

O, avtobusda təhlükəsizliyini təmin etmək adı ilə Reyhan Atayevanı müşayiət edib və Ərzurum qəsəbəsi, Turşu küçəsi 10 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında Reyhan Atayevaya həyat və sağlamlığı üçün təhlükəli olmayan fiziki zor tətbiq edərək, çantasını alaraq qaçıb.

Rövşən Cəfərov Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzlqu törətmək) və 180.3.2-cü (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla soyğunçuluq törətmək) maddələri ilə ittiham edilib.

"Hamilə olduğunu bildirdi"

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Rövşən Cəfərov bildirib ki, hüquqi yardım almaq üçün ona müraciət edən Xəyalə Əliyeva ilə 2008-ci ilin noyabr ayında tanış olub, sonra onunla daha yaxın münasibətlər quraraq bir neçə dəfə cinsi əlaqədə olub: "2009-cu ilin əvvəllərində Xəyalə mənə fərdi yaşayış evi tikmək üçün torpaq almaq istədiyini bildirdi və həmin ilin mart ayında onunla birlikdə sökülməkdə olan "Binə" ticarət mərkəzindən 1500 ədəd daş alaraq atam Əhməd Cəfərova məxsus Yeni Suraxanı qəsəbəsində yerləşən 4 sot torpaq sahəsinə boşaltdım. Həmin ilin iyun ayında Xəyalə hamilə olduğunu bildirdi".

"Özünü və məni öldürəcəyi ilə hədələdi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, Xəyalənin ondan hamilə olduğuna inanmayıb və bunun üçün abort etməyi ona məsləhət görüb: "Xəyalə bundan imtina edərək özünü və məni öldürəcəyi ilə hədələdi. Xəyalənin abort təklifimə razı olmadığını gördükdə uşaq dünyaya gəldikdən sonra ekspertiza keçirəcəyimi bildirdim. Oktyabrın 25-də, saat 12.00 radələrində anam ilə birlikdə işlədiyim ofisdə olarkən Xəyalə Əliyeva da ora gəldi. O, yenə də məndən hamilə qaldığını, tərəfimdən bədbəxt edildiyini, aborta razı olmadığını, uşağı doğub üstümə atacağını söylədi. Bundan sonra mənimlə mübahisə etməyə başladı. Uşaq doğulduqdan sonra ekspertiza nəticəsində atalığı müəyyən edilərsə, uşağa özüm baxacağımı bildirdim. Bu zaman Xəyalə Əliyeva "qanımı üstünə tökəcəyəm" cavabını verdi, kompüterdə işlədiyim üçün nə baş verdiyini görməsəm də, otağın ortasındakı iş masasının ayaqlarının qırıldığını eşitdim. Arxaya döndükdə Xəyalənin bıçaqla özünə xəsarət yetirdiyini gördüm".

"Özünü Xəyalənin əri kimi qələmə verməsini xahiş etdik"

Mərhum Xəyalə Əliyevanın anası Fatma Əliyeva (ad və soyad şərti verilib) bildirib ki, 2009-cu ilin may ayında qızı hamilə olduğunu bilib və bununla əlaqədar Rövşən Cəfərovla söhbət edib: "Rövşən Cəfərov qızım ilə ər-arvad kimi yaşayacaqlarını vəd edib. Lakin 2009-cu ilin iyun-iyul aylarından başlayaraq Rövşən Cəfərov qızımı özündən uzaqlaşdırıb, onun başqa şəxsdən hamilə qalmasını və Xəyalə ilə ailə qurmayacağını bildirib. Bununla bağlı ərim və qardaşım bu barədə Rövşən Cəfərovla dəfələrlə söhbət etmələrinə baxmayaraq, müsbət nəticə əldə olunmayıb. Oktyabr ayının 12-də və 13-də ərim ilə birlikdə yenidən Rövşənlə söhbət etdik. Rövşənə evlənməsə belə heç olmasa bir dəfə rayona gəlib özünü Xəyalənin əri kimi qələmə verməsini, pulunu bizim ödəməyimiz şərti ilə Bakıda kirayə ev tutaraq Xəyaləni yanına gəlib-getməsini xahiş etdik. Lakin cavabında Rövşən Cəfərov Xəyalə ilə yaşamayacağını bildirdi. Oktyabrın 25-də, saat 16 radələrində Rövşən Cəfərov mənə zəng vurdu və qızımın özünə xəsarət yetirdiyini bildirdi".

"Bacımı uşağı saldırmağa təhrik edib"

Cinayət işi üzrə mərhum Xəyalə Əliyevanın bacısı Sevda da (ad şərti verilib) şahid qismində dindirilib. O, bildirib ki, 2009-cu ilin aprel-may aylarında bacısı Xəyalənin Rövşən Cəfərovdan hamilə qaldığını bilib: "Bu səbəbdən Rövşən bacıma pis davranıb. O, bacıma həkimə gedərək uşağı saldırmağa təhrik edib. Bütün bunlar bacıma pis təsir edib. Bacım camaat arasında biabır olmaqdan, barəsində edilən söz-söhbətdən qorxub. Lakin abort etmək istəməyib, uşağı doğmaq fikrində olub. Bacımın Rövşən Cəfərova pul verməsinin şahidi olmasam da, onların bir yerdə yaşamalarından ötrü ev tikəcəkləri, bu məqsədlə bacım mişar daşı almasından ötrü Rövşən Cəfərova pul verib. Rövşən bu pula mişar daşı almasından xəbərim olub".

"Anama hədiyyələr alırdı"

Cinayət işi üzrə şahid qismində ifadə verən mərhum Xəyalə Əliyevanın qızı Vəfa bildirib ki, Rövşən Cəfərov anası Xəyalə Əliyeva ilə qeyri rəsmi ər-arvad münasibətlərində olmaqla 2009-cu ilin oktyabr ayınadək yaşayıblar: "Rövşən mənə və anama maddi cəhətdən mütəmadi köməklik edib, hədiyyələr alıb. 2009-cu ilin oktyabr ayının əvvəlində Rövşən anamın ondan hamilə olduğunu biləndən sonra isə həmin uşağı istəməyib. Bu səbəbindən tez-tez mübahisə edib, münasibətini pozmağa çalışıb. Rövşən sonuncu dəfə küsərək bizdən getdi və bir daha qayıtmadı. Oktyabrın 25-də Rövşən anama zəng edib və ofisinə çağırdı. Buna görə də anam saat 10 radələrində evdən çıxaraq Rövşənin işlədiyi ofisə getdi".

"Oğlumdan qızları ilə evlənməsini tələb edirdilər"

Cinayət işi üzrə ifadə Səriyyə Qənbərovanın ifadəsinə görə, 2008-ci ilin sonlarından tanıdığı Xəyalə Əliyevanın oğlu Rövşən Cəfərovdan hamilə qalmasını 2009-cu ilin təxminən avqust ayında bilib: "Xəyalə Rövşən Cəfərovla ailə qurmaq istəyib. Lakin oğlum buna heç cür razılıq verməyib. Xəyalənin valideynləri dəfələrlə ofisə gələrək oğlumdan qızları ilə evlənməsini tələb ediblər. Buna baxmayaraq, Rövşən bu evliliyə razı olmayıb, Xəyalənin abort etməsini təklif edib, uşağı doğacağı təqdirdə isə atalığa dair ekspertiza keçirəcəyini bildirib. Oktyabrın 25-də, saat 12 radələrində oğlumun işlədiyi ofisdə idim. Bu zaman oraya gələn Xəyalə Rövşənlə mübahisə etdi, qəflətən bıçaq çıxararaq özünün sinə nahiyəsinə iki zərbə endirdi".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Cəfərov 12 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən narazı qalıb və apelyasiya şikayəti verib. Rövşən Cəfərov şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Rövşən Cəfərovun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Rövşən Cəfərovun şikayəti təmin edilməyib.

Apelyasiya instansiyasının qərarından narazı qalan Rövşən Cəfərov kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə Rövşən Cəfərovun kasasiya şikayəti təmin edilməyib.

Xəbərlər     Baxılıb: 5892   Tarix: 23 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb

ABŞ-ın Florida Universitetinin alimləri müəyyən ediblər ki, qeyri-invaziv beyin stimulyasiyası yaşlı insanlarda depressiya və narahatlıq əlamətlərini yaxşılaşdırır.   -a istinadən xəbər verir ki, elmi işin nəticələri "Brai

.

İnsanlar arasında maral zombi xəstəliyi yayıla bilər

Amerikalı elm adamları insanlarda xroniki arıqlama xəstəliyinin (CWD) şübhəli iki halının müəyyən edildiyini bildirdilər. Bu prion xəstəliyi maralların beyninə və sinir sisteminə təsir edərək, onları zombiyə bənzər canlılar

.

15 gündə qarın piyini əridən İÇKİ

Yaz aylarında bir çox insan qarın piylərindən xilas olmağa çalışır. Qarın piyi hətta normal çəkidə olan insanlarda belə yarana bilir. Bu piylərdən qısa müddətdə xilas olmaq elə də asan deyil. Ona görə də idman və sağlam qidalanm

.

Bu insanlara tatu olmaz – Həkimdən XƏBƏRDARLIQ

Tatu bəzi insanlar üçün qəti şəkildə zərərlidir. . Milli. -a istinadən xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Svetlana Jaboeva müsahibəsi zamanı deyib. Həkimin sözlərinə görə, tarixdə dəri xərçəngi, melanoma, skuamö

.

Səhər yeməyindən əvvəl idman edin, yoxsa

Səhər yeməyindən əvvəl idman etmək daha sürətli arıqlamağa kömək edir.   -a istinadən bildirir ki, səhər saat 7-9 arasında acqarına fiziki fəaliyyət sürətli və effektiv arıqlamağı təmin edir. . Səhər yeməyində hansı qidala

.

Saxta SİQARETLƏR: məktəblərin qarşısındakı alver, xərçəng riski – EKSPERTLƏR AÇIQLADI

İnsanların əksəriyyətinin ən çox əziyyət çəkdiyi məqamlardan biri də saxta məhsullardır. Dünya statistikasına nəzər yetirsək, daha çox saxta siqaretlərin idxal olunduğunmu görərik. Maraqlıdır, görəsən, saxta siqaretlər insa

.

Bakının ən bahalı ginekoloqları - Qeysəriyyə qiymətləri - SİYAHI

Azərbaycanda son illər bahalaşan tibbi xidmətlərdən biri də qeysəriyyə əməliyyatlarıdır. İcbari tibbi sığorta hələ tam qüvvəyə minməzdən öncə özəl klinikalar demək olar, doğuş və qeysəriyyə sahəsini tam ələ ala bilmişdi

.

Qulaq cingildəməsinin elmi izahı

Qulaqlardakı davamlı səslər təhlükəli bir siqnal ola bilər. Bu əlamətin səbəbinin B12 vitamini çatışmazlığı olduğu bilinir. -a istinadən xəbər verir ki, mütəxəssislər bu əlaməti "tinnitus" adlandırırlar. Bu əlaqəni

.

15 gündə qarın piyini əridən içki

Yaz aylarında bir çox insan qarın piylərindən xilas olmağa çalışır. Qarın piyi hətta normal çəkidə olan insanlarda belə yarana bilir. Bu piylərdən qısa müddətdə xilas olmaq elə də asan deyil. Ona görə də idman və sağlam qidalanm

turlar.az

sonxeber.az yay kolleksiyasi yaz geyimleri 2024 hamilelikde qidalanma imam sadiq mantılar geyim şəkilləri qadın dünyası kosmetika ağır itki atalar sözləri novruz bayramına aid hakışta uşaq nece olur xanım az