BAKIDA DƏHŞƏT! 55 yaşlı kişi bankın qarşısında özünü diri-diri yandırdı- evi əlindən alınır

BAKIDA DƏHŞƏT! 55 yaşlı kişi bankın qarşısında özünü diri-diri yandırdı- evi əlindən alınırBakıda 50-55 yaşlı kişi özünü bankın qarşısında yandırıb.

Musavat.com xəbər verir ki, bankın müştərisi olan şəxs girovda olan evinin əlindən alınmasına etiraz edərək özünü yandırıb.

Hadisə "Bank Respublika"nın Neftçilər prospektindəki filialının qarşısında baş verib.

Özünü yandıran şəxs bankın mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Şahidlərin bildirdiyinə görə, özünü yandıran müştəri banka gələrkən əlində sellofan paket olub. O, bank işçiləri ilə mübahisə etdikdən sonra özünü yandıracağını deyib. Məlumata görə, mübahisəyə səbəb müştərinin banka olan borcunun qarşılığında mənzilinin alınacağımın deyilməsi olub.

Daha sonra bankın qarşısına çıxan şəxs özü ilə gətirdiyi benzini üstünə tökərək əlindəki alışqanla özünü yandırıb. Onun arxasınca çıxan bankın işçiləri və mühafizə xidmətinin əməkdaşı yanğınsöndürən balonla alovun içərisində olan şəxsi söndürə biliblər.

50-55 yaşlarında olan şəxsin əsas qol, boyun və üz nahiyyələri yanıb. Təcili yardıma özü əyləşə bilən şəxs xəstəxanaya aparılıb.

"Bank Respublika"nın "Azneft" filialı hazırda fəaliyyətini dayandırıb. Polis əməkdaşları hadisə yerindədir.
BAKIDA DƏHŞƏT! 55 yaşlı kişi bankın qarşısında özünü diri-diri yandırdı- evi əlindən alınırBAKIDA DƏHŞƏT! 55 yaşlı kişi bankın qarşısında özünü diri-diri yandırdı- evi əlindən alınırBAKIDA DƏHŞƏT! 55 yaşlı kişi bankın qarşısında özünü diri-diri yandırdı- evi əlindən alınırBAKIDA DƏHŞƏT! 55 yaşlı kişi bankın qarşısında özünü diri-diri yandırdı- evi əlindən alınırBAKIDA DƏHŞƏT! 55 yaşlı kişi bankın qarşısında özünü diri-diri yandırdı- evi əlindən alınır

Xəbərlər     Baxılıb: 2815   Tarix: 24 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Yeni orqan kəşf edildi

Alimlər kəllə sümüyündə beynin müdafiəsində rol oynaya biləcək yeni immun strukturlar aşkar ediblər. -a istinadən xəbər verir ki, araşdırma Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri tərəfindən aparılıb. Nəticələ

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu

ABŞ-ın Moderna şirkətinin melanoma xəstələri üçün hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında ümidverici nəticələr əldə olunub. xarici mediaya istinadla xəbər verir ki, söhbət Moderna və Merck şirkətlərinin birg

.

Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı

Yeniyetməlik dövründə təkrar və həddindən artıq alkoqol istifadəsinin beynin strukturuna və fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyənləşib. xəbər verir ki, araşdırma ABŞ-nin Marşall Universitetinin Joan C. Edwards Tib

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

donlar 2026 kosmetika mehsullari toy makiyajlari xiyar tutmasi maskalar saç üçün burcler kisiler kök suyu kosmetika haqisda oglan evi laylalar sirniyatlar vətən həsrəti