Bakıda DƏHŞƏT! İtin üzərinə benzin töküb yandırmaq istədi, olanlar oldu - FOTO
Balaxanı sakini küçə itinin üstünə benzin tökərək od vurub.
Sabunçu rayonu Balaxanı qəsəbəsində insanlığa sığmayan bir addım atılıb.
Bu barədə qaynarinfo.az-a daxil olan məlumata görə, Balaxanı sakini küçə itinin üstünə benzin tökərək yandırmaq istəyib. Digər sakinlərin bu cəhdin qarşısını alması nəticəsində itin həyatını xilas etmək mümkün olub. Daha sonra iti yandırmağa cəhd göstərən şəxs acığa düşərək sakinlərin yanında Balaxanı bələdiyyəsinə zəng edib və qəsəbə ərazisində yaşayan itlərin məhv edilməsini tələb edib.
Qeyd edək ki, həmin sakinin əlaqə saxladığı bələdiyyə işçisi bu şəxsin yaxın qohumudur. Bələdiyyə işçisi olan Arazxanım adlı məsul şəxs sakinin istəyinə müsbət cavab verərək yaxın günlərdə itlərin bələdiyyə orqanı tərəfindən məhv ediləcəyini bildirib. Bundan sonra, sakinlər Balaxanı bələdiyyəsinə zəng edərək Arazxanım adlı həmin bələdiyyə işçisinə etirazlarını bildiriblər. O isə cavabında sakinlərə ərazidə yaşayan itləri məhv edəcəklərini və heç kimin bunun qarşısını ala bilməyəcəyini bildirib.
Balaxanı qəsəbəsi sakinləri bildiriblər ki, bununla əlaqədar sabah saat 10-da Sabunçu rayon İcra Hakimiyyəti qarşısında toplaşacaqlar.
Qeyd edək ki, Azərbaycan 2007-ci ildən heyvanlara humanist münasibəti tələb edən konvensiyaya qoşulduqdan sonra itlərin öldürülməsi rəsmən dayandırılıb. Heyvanlarla qəddar davrananlara, onları şikəst edən və ya öldürənlərə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələr 25 manatdan 500 manata qaldırılıb. Lakin buna baxmayaraq, bu sahədə vəziyyət hələ də ürəkaçan səviyyədə deyil.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama
Azərbaycanda daha bir məşhur veriliş bağlandı
12 illik evlilik bitdi - BOŞANDILAR
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?