Bakıda falçı qızları zorlayıb: "Ayılanda gördüm ki, iş-işdən keçib"

Bakıda tələbə, yetkinlik yaşına yenicə çatmış qızları sosial şəbəkələr üzərindən "ov"layan falçı peyda olub. Pessimist ruhda statuslar yazan 18-20 yaşlı qızlara bir xanım profil üzərindən köməklik təklif olunub. Qızlar Yasamaldakı evə dəvət edilib. Orada bihuşedici maddə qatılmış çay, su verilib. Qızları yuxuya verib bakirəliklərini pozublar. Özlərini də təhdid edib, bu haqda heç kimə məlumat verməməyi tapşırıblar.

Axşam.az xəbər verir ki, "Yeni Müsavat"ın redaksiyasına falçının qurbanına çevrilmiş 46 qızdan 2 nəfəri müraciət edib. Onlar başlarına gələn dəhşətli, iyrənc olayı anladıblar. 18 və 20 yaşlarında olan qızlar falçının özünü onlara Mirseymur Mirkamil oğlu Seyidov kimi təqdim etdiyini bildiriblər. Qızlar bildirir ki, əslində o özü haqda ilk gündən qurbanlarına yalan məlumat verib. Buna baxmayaraq, onun kimliyi haqda müfəssəl məlumat ala biliblər.
Redaksiya müraciət edən qızların kimliyi haqda ətraflı bilgilərə malikdir və baş vermiş iyrənc olay haqda hüquq mühafizə orqanlarına, "Təmiz Dünya" İctimai Birliyinə də məlumat verib.

"Quran"da görünür ki, sən əməliyyat olunarkən bakirəliyini itirmisən"

20 yaşlı Ə.A-nın dedikləri: (Adlar şərtidir )

"Ötən ilin noyabr ayında "İnstagram"da bir qızla tanış olmuşdum. Qız biləndə ki, mənim təhsilim, işim, özümlə bağlı bəzi problemlərim var, məni bir falçıya yönəltdi. Həmin falçı özünü Mirseymur kimi təqdim etdi. Dedi ki, seyiddir. Sonradan bildik ki, onun əsl adı Ramil Durduxan oğlu Talıbovdur".

Ə.A-nın dediyinə görə, falçı həmin vaxt Rusiyada yaşadığını deyib və ona göstərəcəyi "köməkliklərə" görə alacağı pulu bank hesabı ilə ödəməyi tələb edib:

"Üst-üstə məndən 900 manat pul aldı. Pulu müxtəlif vaxtlarda bank hesabı ilə ona ödədim. Həmin zaman o, Rusiyada olduğu üçün pulu Anna adlı bir qadının adına göndərmişdim. Bir ay sonra, yəni dekabr ayında isə Bakıya döndü. Mənə dedi ki, gəl "işi" davam etdirək. Bir müddət əvvəl böyrəyimdən əməliyyat olunmuşdum. Bu haqda ona demişdim. Yanında getdikdə dedi ki, "Quran"da görünür ki, sən əməliyyat olunarkən bakirəliyini itiribsən. Bununla məni qorxutdu ki, "həkimə müayinəyə getsən biabır olacaqsan, polisə xəbər verəcəklər, əngələ düşəcəksən, cavan qızsan, həyatını məhv etmə. Gəl, mən özüm sənə bu barədə köməklik edim, yoxsa səni pisliklər gözləyir, sən bədbəxt olacaqsan, pis yola düşəcəksən. Sənə bir dərman verəcəm, 28 gün ərzində yuyunarsan, sonra həkimə gedərsən".

"Çayı içəndə hiss etdim ki, huşum özümdə deyil, heç nəyi hiss etmirəm"

Əvvəl razı olmadım, həkimə getmək istədiyimi dedim. Onda mənə dedi ki, "effekti olmasa, sənin pullarını geri qaytaracam". Onun evinə getdim. Bir qədər aramızda pul söhbəti ilə bağlı mübahisə yarandı. Pulumu geri istəyirdim, bildirdim ki, həkimə gedəcəm. Lakin o məni sakitləşdirməyə çalışdı və mənə çay verdi. Çayı içəndə hiss etdim ki, huşum özümdə deyil, heç nəyi hiss etmirəm. O zaman mənə necə yaxınlaşdığını, zorladığını hiss etməmişəm. Bir müddət sonra yavaş-yavaş özümə gələndə anladım ki, artıq "iş işdən keçib", bakirəliyim pozulub. Məni qaldırıb hamama aparanda onun üstünə atılıb qışqırmağa başladım. O isə mənə dedi ki, "sənə əvvəldən demişdim ki, bakirə deyilsən, indi isə "aybaşı" olmusan. Daha sonra məni evdən qovdu. Bildirdim ki, bu barədə polisə xəbər verəcəm. Dedi ki, "həyatının məhv olmasını istəmirsənsə, bu addımı atmayacaqsan. Özün də universitetdə tələbəsən, gedib dekanına, ailənə, anana bu haqda deyərəm. Arxanda atan və ya başqa dayağın yoxdur, sənə heç kəs kömək etməyəcək".

"Hər dəfə onun evinə gedəndə gizlincə sənəd axtarmağa çalışırdım ki..."

Ə.A-nın sözlərinə görə falçı sonradan dəfələrlə müxtəlif şantaj və təhdidlərlə onu evinə gətirib və cinsi əlaqədə olmağa məcbur edib:

"Hər dəfə onun evinə gedəndə gizlincə sənəd axtarmağa çalışırdım ki, əsl adını öyrənə bilim, polisə müraciət edim. Sonra onun qurbanlarından olan bir xanım mənimlə əlaqə saxladı. Bildirdi ki, ailəlidir, lakin 3 ildir ki, onun toruna düşüb. Mənə köməklik etməyə çalışdı".

Ailəsinin yeganə övladı olan Ə.A. başına gələn olaylara görə 3 dəfə intihara cəhd etdiyini deyib:

"Çox ciddi psixoloji problemlərim yaranıb. Mart ayında artıq dözməyib DİN-in 102 xidmətinə zəng vurdum, başıma gələnləri dedim. Həmin şəxsin ev ünvanını, haqqında bildiyim bütün məlumatları versəm də, bu günə qədər heç bir nəticəsi yoxdur. Əksinə, həmin adam və onun əlaltıları məni hər gün təhdid edir, telefonla zəng edib, məcburən məni görüşə çağırırlar. Hətta bir qadın özünü onun keçmiş həyat yoldaş kimi təqdim edib, məni təhdid edir. Zorlanmağımla bağlı ekspertiza nəticələri də var. Lakin bu günə qədər məsələyə hüquqi qiymət verilməyib, həmin şəxs hələ də azadlıqdadır.

"Bu günə qədər 46 nəfərin başına bu cür oyun gətirmişəm..."

Bir dəfə onunla mübahisə edəndə dedi ki, "bu günə qədər 46 nəfərin başına bu cür oyun gətirmişəm, amma onlar sənin kimi hay-küy salmır". Məsələ araşdırılsa, yəqin ki, həmin qurbanlar da ortaya çıxacaq. Aidiyyəti qurumlardan, hüquq-mühafizə orqanlarından xahiş edirəm, bu məsələdə mənim və digər qurbanların haqqı yerdə qalmasın, cinayətkar öz cəzasını alsın".

"Bir saatdan sonra özümə gəlməyə başladım və anladım ki, məni zorlayıb"

Falçının qurbanı olduğunu bildirən digər tələbə, B.İ. isə bunları söylədi:

"2000-ci il təvəllüdlüyəm, 18 yaşım təzə tamam olub. Bəzi problemlərim var idi. Bir xanımla "İnstagram"da tanış olmuşdum. O mənə dedi ki, bir falçının nömrəsini verəcək, köməklik edəcək. Onun verdiyi nömrəyə zəng elədim. Özünü Mirseyid Seyidov kimi təqdim edən falçı ilə tanış oldum. Telefonla danışan zaman mənə dedi ki, "Yasamalda qalıram, gəlib falına baxdıra bilərsən". Bu söhbət yanvarın 19-da olub. Elə həmin gün evinə getdim. Məni qapıda 19-20 yaşında bir qız qarşıladı. Sonradan bildim ki, həmin qız Ə.A-dır. Beləliklə, falçı görəcəyi iş üçün məndən 500 manat istədi, əvəzində isə mənim problemlərimə, o cümlədən xəstə ata-anama yardım edəcəyinə söz verdi. Ayın 19-da məndən pulu götürdü, sabahı gün məni yenə evində qarşıladı. Mənə evdə sakitləşdirici çay verdi. Çayı içdikdən sonra özümü çox pis hiss etməyə başladım. Onun evində təxminən saat 5-6 radələrində olmuşam.

Bir saatdan sonra özümə gəlməyə başladım və anladım ki, məni zorlayıb. Mən onun üstünə qışqırmağa başlayanda dedi ki, "sən uşaq ikən yıxılmısan, zədə almısan, o vaxt bakirələyini itirmisən. İndi isə səndə soyuqdəymə olub, gedə bilərsən. Qışqıranda isə dedi ki, "məni şərləmə, get evimdən!" Qorxumdan bu haqda heç kəsə bir söz deyə bilmədim. Bir neçə gün sonra zəng edib dedi ki, mənə bu məsələdə köməklik edəcək, yenidən evinə çağırdı. Mən onun evinə getdim. Bu dəfə isə mənə su içirtdi. İkinci dəfə məni belə zorladı. Bu haqda heç kəsə deməməyim üçün məni şantaj, təhdid edirdi. Olanlardan şoka düşmüşdüm. Onun təhdidlərinə dözməyib aprel ayında polisə müraciət etdim. Lakin o, yenidən məni qorxutmağa, "ailənizi dağıdaram, sən mənə heç nə edə bilməzsən, polislər mənim əlimdədir, onların işi məndən keçir" və sairə bu kimi təhdidlər etməyə başladı. Bu haqda polisə müraciət etdim. Onu polis bölməsinə aparıb, sorğu-sual etdilər. Lakin o, məni tanımadığını, ilk dəfə gördüyünü söylədi".

"Cinayətkar cəzasız qalmasın"

B.İ. çıxılmaz vəziyyətdə qaldığını, buna görə aidiyyəti orqanlardan köməklik istədiyini deyib:

"Mənim əsas istəyim budur ki, bizim işimizə baxılsın. Cinayətkar cəzasız qalmasın".

Bakıda falçı qızları zorlayıb: "Ayılanda gördüm ki, iş-işdən keçib"Bakıda falçı qızları zorlayıb: "Ayılanda gördüm ki, iş-işdən keçib"Bakıda falçı qızları zorlayıb: "Ayılanda gördüm ki, iş-işdən keçib"

Xəbərlər     Baxılıb: 2560   Tarix: 20 aprel 2018
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

gozel gorunmek reseptler geyim şəkilləri 2026 yay donlari atalar sözləri veten haqqinda qidalandirici maskalar masaj kosmetika rus dili 2ci ders xerçeng sevda novruz hakistasi yemekler