Bakıda film kimi hadisə: Ata övladı az pul qazanır deyə başını qırxaraq döydü + ŞOK FOTOLAR

Bakıda film kimi hadisə: Ata övladı az pul qazanır deyə başını qırxaraq döydü + ŞOK FOTOLARBakıda qeyri-adi hadisə baş verib.
Xanim.az xəbər verir ki, "Best FM" internet radiosunun əməkdaşı, baş prodüser vəzifəsində çalışmış Elxan adlı şəxsin atası tərəfindən döyüldüyü iddia edilib. Bu haqda "Best FM" internet radiosunun rəhbəri Aqil Böyükxanoğlu sosial şəbəkədə yazaraq onun fotolarını paylaşıb:

"Bizim radionun (internet üzərindən fəaliyyət göstərir - red.) Elxan adlı əməkdaşı atası tərəfindən döyülüb. Ata oğlunu evə az pul gətirdiyi üçün saçını qırxıb və döyüb", - deyə Aqil Böyükxanoğlu bildirib.

Radio rəhbərinin sözlərinə görə, əməkdaşları atası tərəfindən ilk dəfə zorakılığa məruz qalmır:

"İlk dəfə atası Elxanı vuranda, mən müdaxilə etmişdim. O da söz vermişdi ki, bir də oğluna əl qaldırmayacaq. Daha sonra külqabı ilə oğlunu vurub və qaşını yarıb. Biz bunu da bağışladıq. Xəbərdarlıq etdik ki, bir də belə hal təkrarlansa, biz oğlunuzun şəkillərini mediada paylaşacağıq".

A.Böyükxanoğlu bildirib ki, atası Elxanın ortancıl qardaşını da pul üstündə döyüb və oğlan buna görə evdən qaçmışdı.

"Elxanın atası spirtli içki düşkünüdür. Bir oğlunu da döymüşdü. Oğlan da evdən qaçmışdı. Biz də sonradan onu evə qaytardıq və ata da söz verdi ki, bir də belə hal təkrarlanmayacaq. Lakin sonradan o, Elxanı vəhşicəsinə döydü. Bu barədə polisə müraciət etmişik. Daxili İşlər Nazirliyindən də məsələ barədə ölçü götürüləcəyi bildirilib", - deyə o, əlavə edib.(olke.az)

Xəbərlər     Baxılıb: 2204   Tarix: 12 mart 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

turlar.az

qadin dunyasi qadin sayti qadın geyimi peçenye reseptləri əqrəb bürcü immun sistemi qidalanma qaydaları kosmetika maraqli hakistalar hakistalar seksi lakonizm uzeyir