Bakıda it döyüşünə qarşı çıxan gənci ölümcül döydülər
Bakının mərkəzində gənc rəssam ölümcül döyülüb.
Criminal.az saytına verilən məlumata görə, ''Yarat'' Müasir İncəsənət Təşkilatının üzvü, rəssam Batunay Haqverdiyev naməlum şəxslərin hücumuna məruz qalıb. Məlumata görə, Britaniya Rəssamlıq Akademiyasının məzunu olan B.Haqverdiyev axşam saatlarında evinin eyvanında dayanarkən xoşagəlməz mənzərənin şahidi olub. Cangüdənləri ilə gəzişən bir nəfər öz itini sahibsiz və arıq itin üstünə aparararaq döyüşdürmək istəyib. B.Haqverdiyev onlara irad tutur və iti götürərək kənara qoymaq istəyir. Bu zaman həmin şəxslər tərəfindən ağır söyüşlərlə təhqir olunur. Bu zaman əlbəyaxa dava başlayır. Üç nəfər iri cüssəli oğlan B.Haqverdiyevi huşunu itirənədək döyürlər. B.Haqverdiyev ağır vəziyyətdə xəstəxanaya aparılaraq əməliyyat olunur. B.Haqverdiyevin anası Yelena Haqverdiyeva Criminal.az saytına açıqlamasında bildirib ki, oğlu Tibb Universitetinin Xəstəxanasında əməliyyat olunub, vəziyyəti yaxşı deyil. Zərərçəkmişin anası hadisə barədə ətraflı məlumat vermək istəmədi.
Yasamal rayon Polis İdarəsinin 27-ci bölməsinin təhqiqarçısı Eldar Mirzəzadə Criminal.az saytına buldirdi ki, B.Haqverdiyevi döyən şəxslərin kimliyi hələlik məlum deyil. Onun sözlərinə görə, B.Haqverdiyev hadisə baş verən zaman 3 nəfər olublar. Hazırda araşdırma aparılır.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Zaur Kamal yenidən efirə qayıdır? - ARB TV-dən açıqlama
Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir
Bu dövrdə qadının gözəlliyi kapitala çevrilib' - Nura
Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir
Rusiyada qazaxıstanlı reperə cinayət işi açıldı
Rihanna müəlliminə ev aldı
Məzarı açıb ölən modelin başını oğurladılar
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?