Bakıda koronavirusla bağlı xəstəxanaya müraciət edən 3 nəfərin KİMLİYİ bilindi
Bakıda koronovirusa yoluxma şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət edən 3 nəfərin adları məlum olub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, həmin şəxslər - 1997-ci il təvəllüdlü Abdul Etibar oğlu Atiba, Rusiya vətəndaşı, 1969-cu il təvəllüdlü Elman Həbib oğlu Mamiyev və Çin vətəndaşı, 1996-cı il təvəllüdlü Zhenghai Liu Youshadır.
Azərbaycan vətəndaşı Abdul Atiba Çində ali təhsil alır, yanvar ayında sessiya tətili ilə əlaqədar Bakıya gəlib. E.Mamiyev isə Rusiyanın Krasnoyarsk vilayətində yaşayır və Azərbaycana qonaq gəlib.
Çin vətəndaşı Zhenghai Liu Yousha isə Bakı Dövlət Universitetinin Tarix fakultəsində amerikasünaslıq ixtisası üzrə 3-cü kurs tələbəsidir.
Müraciət edənlərdən analizlər götürülsə də, onlardan heç birində koronavirus əlamətləri aşkar edilməyib.
A.Atiba və E.Mamiyev müayinə olunduqdan sonra evə buraxılsa da, Zhenghai Liu Yousha yanvarın 27-də xəstəxanaya qəbul edilib və hazırda karantində saxlanılır. Zhenghai Liu Youshanın atası Çində həmin virusdan dünyasını dəyişdiyi üçün o, karantində saxlanılır.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir