Bakıda məktəblinin müəmma dolu ölümü - HADİSƏ YERİNDƏN ŞOK GÖRÜNTÜ - FOTO

Dünən səhər saatlarında Qaradağ rayonu Qızıldaş qəsəbəsində yaşadığı evin yaxınlığında meyiti tapılan 13 yaşlı Toğrul Sultanovun ölümü ilə bağlı çoxsaylı suallar qalmaqdadır.

Xanim.az xəbər verir ki, lent.az hadisənin baş verdiyi yerdə olub və meyitin tapıldığı əraziyə gedib. Ailə üzvləri və qohumları 13 yaşlı Toğrulun kanalizasiya suyunun axdığı bataqlıqda necə ölə biləcəyini hələ də dərk edə bilmirlər. Yeniyetmənin atası Zaur Sultanov bildirib ki, uşağın sudurğa keçirməsi ehtimalı da mümkün deyil: "Əvvəlcə dedilər, guya sudurğası tutub. Uşaq martın 15-i günortadan itib, martın 16-sı səhər meyiti tapılıb. Bu necə ola bilər? Uşağın bədənində xəsarət yox idi. Amma ona iynə vurub, narkotik verib də öldürə bilərlər. Sonra da meyitini gətirib həmin əraziyə ata bilərlər. Həm də sağlam uşaq idi. Gördüyünüz bu hasarları hörməkdə mənə kömək edib. Necə ola bilər ki, daş hörə bilən uşaq xəstə olsun?".

Müəmmalı şəkildə vəfat etmiş Toğrulun atası oğlunun öləndən sonra meyitinin həmin əraziyə gətirildiyinə inanır: "Paltarlarının bir hissəsi hələ quru idi. Qəsəbədə it əlindən çölə çıxmaq mümkün deyil. Necə ola bilər ki, meyit o qədər vaxtı həmin yerdə qalsın, it-qurd ona toxunmasın?".

Qohumlarının sözlərinə görə, martın 15-də orta məktəb şagirdlərinin bir çoxu Lökbatan qəsəbəsində keçirilən tədbirə yollanıb. 180 saylı orta məktəbin 7-ci sinif şagirdi olan Toğrul isə tədbirə getməyərək evə qayıdıb. Onun evə qayıtmasını əks etdirən görüntü qonşunun müşahidə kamerasına düşüb. Lakin Toğrul evi tərk edərkən ön tərəfdən, yəni qonşunun kamerasının əhatə dairəsi olan yerdən deyil, hasar istiqamətini seçib. Atası Zaur Sultanov deyir ki, tədbirdən qayıdan böyük oğlu Toğrulu evdə tapa bilməyib: "Daha sonra hamı axtarmağa başlayıb. Mən də işdən təxminən saat 7-də gələndə xəbər tutdum. Bütün gecəni axtarmışıq. Meyitin tapıldığı yerə də dəfələrlə baxılıb. Amma görən olmayıb. Ayın 15-də saat 2 ilə 9 arası onu heç kim görməyib. Mən daş karxanasında işləyirəm, böyük əziyyətlə çörəkpulu qazanıram, 3 uşaq böyüdürəm. Heç onları istədiyim kimi yedizdirə bilmirəm. Bunlar mənim başıma niyə gəlməlidir ki?".

Mərhumun əmisi oğlu Tural Sultanov əlavə etdi ki, meyitin tapıldığı yerdə başqa ayaq izləri var: "Bir insan palçıqlığa, bataqlığa girib özünü boğa bilərmi? Əgər o, özü gəlib bu lilin içində ölübsə, onda ayaqqabıları ilə batmalı idi. Amma təmiz idi. Suyun üzərində onun bədən forması hələ də qalıb. Əgər orda can veribsə, çabalamalı, ətrafa əl-qol atmalı deyildimi. Həm də burda camaat mal-qarasını otarır. Səhər saat 6-7 arası burdan keçən olub və meyiti görən olmayıb. Məlum olur ki, burda nə isə başqa əməl var".

Toğrulun əmisi isə bildirdi ki, Qızıldaşdan su kanalı keçmir: "Deyirlər ki, guya su kanalında boğulub, intihar edib. Bu qəsəbəyə su boru ilə gəlir və qəsəbədə su kanalı deyilən şey yoxdur".

Hadisə yerinə baxış keçirərkən məlum oldu ki, meyitin tapıldığı yer Toğrulun yaşadığı evdən təxminən 200-250 metr məsafədədir və bura birbaşa getmək üçün qonşunun müşahidə kamerasının əhatə dairəsinə düşmək lazımdır.

Qeyd edək ki, əslən Yardımlı rayonundan olan və ailənin ortancıl uşağı olan 13 yaşlı Toğrul martın 15-də saat 14 radələrində evdən çıxıb. Onun meyitini martın 16-da saat 07:30 radələrində Qızıldaşda yerləşən beşmərtəbəli binanın qarşısındakı bataqlıq sahədə bibisi tapıb. Bibisi səhər qardaşıgilə gedərkən yol kənarında uşağın cəsədini görüb və bu barədə məlumat verib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Bakıda məktəblinin müəmma dolu ölümü - HADİSƏ YERİNDƏN ŞOK GÖRÜNTÜ - FOTOBakıda məktəblinin müəmma dolu ölümü - HADİSƏ YERİNDƏN ŞOK GÖRÜNTÜ - FOTOBakıda məktəblinin müəmma dolu ölümü - HADİSƏ YERİNDƏN ŞOK GÖRÜNTÜ - FOTOBakıda məktəblinin müəmma dolu ölümü - HADİSƏ YERİNDƏN ŞOK GÖRÜNTÜ - FOTO

Xəbərlər     Baxılıb: 2336   Tarix: 18 mart 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

.

Stresi saniyələr içində yox edən MƏŞQLƏR

Beynəlxalq balet və dartınma studiyaları şəbəkəsi "LEVITA"nın baş məşqçisi Akulina Baxturina stresi dərhal aradan qaldıran ən effektiv məşqləri açıqlayıb. -a istinadən xəbər verir ki, mütəxəssis bu barədə "

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

turlar.az

aksessuarlar kosmetik vasiteler qis geyimləri 2026 hakista xina noxud sorbasi sözlü şəkillər burcler kisiler kosmetika kökəlmək üçün seksi vicdan novruza aid hakisda balıq