Bakıda məşhur biznesmenin oğlu 200 minlik maşınla qızı öldürdü - FOTOLAR

Dünən saat 16 radələrində Bakının Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən metronun "Neftçilər" stansiyası istiqamətinə gələn yolda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Xanim.az Lent.az-a istinadən xəbər verir ki, maşınla 24 yaşlı Xəyalə Məmmədovanı vurub qaçan Fərəcli Ağaəli Füzuli oğlunun qəzanı 99 BS 999 dövlət nömrə nişanlı "Porsche Cayenne Magnum" markalı avtomobillə törətdiyi üzə çıxıb. Kamera görüntüləri əsasında sürücü və nəqliyyat vasitəsi müəyyənləşdirilib.

Bildirilir ki, hadisəni törədən A.Fərəcli tanınmış iş adamı Füzuli Fərəcovun oğludur. O, Bakıxanov qəsəbəsində yaşayır və burada bir neçə restoranı var. Qəzanı törədən avtomobilin qiyməti isə 200 min manatdan başlayır.

*****

10:38

Bakıda avtomobilin vurduğu qadın xəstəxanada ölüb. Lent.az xəbər verir ki, dünən saat 16 radələrində Bakıxanov qəsəbəsindən "Neftçilər" metrostansiyası istiqamətinə gələn yolda naməlum avtomobil Xəyalə Məmmədovanı vurub. Ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına aparılan qadın orada ölüb. Araşdırmalarla müəyyən edilib ki, qəzanı törədən avtomobili Fərəcli Ağaəli Füzuli oğlu idarə edirmiş. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, dünən Bakıda yol qəzalarında 2 piyada ölümü faktı qeydə alınıb ki, bu hadisələrin hər ikisi Bakıxanov qəsəbəsində baş verib.

*****

05:08

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xanim.az-ın "report"-a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, sürücüsünün adı hələlik açıqlanmayan minik avtomobili şəxsiyyəti məlum olmayan 25-27 yaşlı oğlanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

Hazırda Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ölmüş şəxsin kimliyini araşdırır.

Hadisəni törətmiş sürücü saxlanılıb.
Bakıda məşhur biznesmenin oğlu 200 minlik maşınla qızı öldürdü - FOTOLARBakıda məşhur biznesmenin oğlu 200 minlik maşınla qızı öldürdü - FOTOLAR

Xəbərlər     Baxılıb: 1628   Tarix: 04 may 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Təbii qarışımla şişkinliyə SON: Yatmazdan əvvəl için

Son vaxtlar sosial mediada sürətlə yayılan "gecə içkisi" trendi Türkiyədə də maraq doğurub. Xüsusilə axşam yeməyindən sonra yaranan şişkinlik və ödemdən qurtulmaq istəyənlər bu təbii qarışığa üz tutur. xəbər veri

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Stresi saniyələr içində yox edən MƏŞQLƏR

Beynəlxalq balet və dartınma studiyaları şəbəkəsi "LEVITA"nın baş məşqçisi Akulina Baxturina stresi dərhal aradan qaldıran ən effektiv məşqləri açıqlayıb. -a istinadən xəbər verir ki, mütəxəssis bu barədə "

turlar.az

donlar 2026 toy makiyajlari yemek reseptleri qaragatin faydasi varikozun mualicesi sepsis xesteliyi yay paltarlari kosmetika novruz bayrami vətən haqqında bayatı burclerin uyumu azerbaycan bir arzum var